Nedim Delibaş: "Azərbaycan üçün sevincimdən ağladım"-MÜSAHİBƏ

20.05.2011 | 8690 dəfə oxunub

rnrn

rnrnrnrn

Hazırda internet jurnalistikası insanların həyatında mühüm rolrnoynamaqdadır. Xəbərləri qaynar olaraq oxucularına çatdıran internet qəzetlərirndemək olar ki, xəbərləri tez yayımlamaq baxımından qəzet və televiziyalarırngeridə qoyur. Biz də bu dəfə müsahibimizi internet jurnalistikasının tanınmışrnsimalarından olan birini seçdik. Həmin o şəxs ki, Azərbaycanla yaxından əlaqəsirnvar. Türkiyədən olan  jurnalist və təşkilatçı Nedim Delibaş hətta qardaşrnölkədə təşkil olunmuş "İlin idman adamaları" beynəlxalqrnmükafatlandırma mərasiminin təşkilatçısı olmuşdur. Belə ki, Nedim Delibaş rn"Neftçi" klubunun prezidenti Sadıq Sadıqovu və AFFA-nın prezidentirnRövnəq Abdullayevi həmin  mərasimdə mükafatlandırmışdı.

rnrn

Hazırda NedimrnDelibaş  Türkiyədə Spornews.com`un baş direktoru və Santrahaber.com`un yazarıdır.  

rnrn

Nedim bəy,  biz sizi tanıyırıq ancaq tanımayanlar üçün bir daha özünüzü təqdim edərdiniz.  Nedim Delibaş kimdir?

rnrn

-Əvvəlcə qardaş Azərbyacana salam vərnsevgilərimlə təşəkkür edirəm. Nedim Delibaş 1970-ci ildə Qaziantepdə doğulan və 7 uşaqlı birrnailədən gəlir. 1977-ci ildən etibarən  Mersinə yerləşdik. Təhsilimi Mersində tamamladım. Evimiz İdmanrnKompleksinə çox yaxın idi.  Tez-tez basketbol matçlarına gedirdim. Birdə baxdım özüm idmanın içərisindəyəm . Amma media sektoru ilə tanış olmağımrn1996-cı   ilin fevral ayından başladı. MersinrnTeleviziyasında idman müxbirliyi və aparıcılıq etdim. 2002-ci ildən günümüzə qədər də idman mətbuatında çalışıram. Bundan əlavə bir çox mərasimlərin təşkilatçılığınırnetdim.

rnrn

 

rnrn

 Hansı vəzifələrdə oldunuz, 1996-cı ildən bu günə qədər nələr etdiniz ?

rnrnrnrn

-Yerli regional və  media quruluşlarında TV aparıcılığı, idman müxbirliyi və idman qəzetinin təsisçisi olmuşam. Əsas Mersin olmaqla  İstanbul, Qaziantep, Ankara, Şimali Kipr müxtəlif mükafatlarım oldu. Cəmi 11 dəfə müxtəlif mükafatlarla təltif olunmuşam. Çoxrnqiymətli ustadlar ilə iş imkanım oldu. Hamısından çox əhəmiyyətli şeylər öyrəndim.. Və nəticəsində buralara qədər gəldim.

rnrn

Hazırda internet qəzeti olanrn Spornews.com və Santrahaber.com`da yazırsınız. Xüsusilə bir çox məşhur insana nəsib olmayan "Facebook"rnsosial şəbəkəsində də sizi izləyən minlərlə adam var.  Niyə məhz  internet mediasını seçdiniz. Hər haldarnqəzet və televiziya da ola bilərdi...

rnrnrnrn

-Bu çox əhəmiyyətli bir mövzudur... Türkiyə inanın bir çox Avropa və Dünya ölkəsini texnologiyarnvə elm mövzusunda geridə buraxır. İnsanlar texnologiyaya ornqədər möhtacdır ki, hər kəs əlindəki imkanları çox yaxşı qiymətləndirir. İndiki vaxtda hər kəs bunun çox yaxşı fərqindədir.  Qəzet tirajları inanılmaz dərəcə düşdü.

Bunda bir çox TVrnkanalının və internet saytının böyük payı var.rnİnsanlar oturduqları yerdən qaynar-qaynar bütün baş verən dünya hadisələrindən,rngündəmdən xəbərdar ola bilir, bəzən də ajiotaj yarada biləcək xəbərləri virtual almdə paylaşaraq insanların bunarnreaksiyasını öyrənə bilir.  Mənrnbelə düşünürəm ki, yaxın zamanlarda. başqa sözlə desək 6-7 ildən sonrarnmətbuatın ən böyük silahı internet olacaq. Türkiyədə hər keçən günrnartan internet istifadəçisi sayı da bunun ən böyük göstəricisidir. 

rnrn

Yəni sizə görə artıq yazılı media tamamilə internetə daşınacaq?

rnrn

-Tam olaraq deyil.rnÇünki qəzet mədəniyyəti çox fərqli bir mədəniyyətdir. İnsanlar, kitab oxuya bilməsə belə qəzet şübhəsizrnoxumaq istəyərlər. Amma internet mediası, günümüzdəki xəbərçilik anlayışının tamamilə dəyişməsinə səbəb olmuşdur. Fikir verin, hazırda baş verəcək bir hadisəni həmin dəqiqə internet jurnalistikasında verməkrnmümkündür,  TV üçün canlı yayımrnvasitələri ya da 3G əlaqələri təmin edib hadisərnyerindən əlaqə qurub xəbəri verənə qədər bəziləri xəbəri çoxdan internet portallarındarnyerləşdirmiş olur. Qəzetdə vəziyyət daha darndəhşətlidir. Çünki xəbəri vermək üçün sabahı gözləmək lazımdır. Təbii ki,  hadisəni fərqli bir baxımdan qiymətləndirmək lazım olsa, artıq qəzet müxbirlərinin iş sistemlərirndəyişir. Çünki artıq xəbəri fərqli baxımdan qiymətləndirib daharntəzə  və xüsusi xəbərlər axtarmq məcburiyyətindədirlər. Ona görə ki, oxucu dünən axşam tv kanalından izlədiyi xəbəri ya da internetdən oxuduğu xəbəri ertəsi gün eynilə qəzetdə oxumaqrnistəməz. 

rnrn

Sporajans.org ilə başlayan Sporajans.com.tr ilə davamrnedən bir internet xəbərçiliyi təcrübəniz var. Çox gözəl işlər gördünüz...

rnrn

-Sporajansın hekayəsi əslində xoşbəxt başlayaraq qəmli bir şəkildə davam edən bir şey idi. Çünki, mənrn2009-cu ilin iyunun 6-da ilk dəfə sözügedən saytı açanda üzərimə düşən maliyyərnməsələlərini həll etməkdə böyün bir sıxıntım oldu. Yəni ki, internetrnjurnalistikasıyla məşğul olmaq istəyən adam bunun maddi cəhətini də nəzərərnalmalıdır. Daha sonra isə saytı açmağa qərar verdiyimizdə baxdıq ki maraq həmişəkindən qat-qat çoxdur.rn 2009cu ildə  Mersində 2010-da İstanbulda Sporajans Mükafatlandırma mərasimi oldu. Medianın içindəki sevimli dostlarımın sayəsində 2011-ci ilin fevral ayına qədər gəldim. Sporajans.com.tr-ni təhvil vermək məcburiyyətində qaldım. Mənim üçün o qədər çətin olduki izah edə bilmirəm. Amma həyatdan alacağım dərslər var imiş. Və Sporajans artıq mənim üçün bağlanmışdı... Martrnayında isə qarşıma böyük bir şansrnçıxdı.  Türk Futbolunun Avropa "Qol Kralı" Tanju Çolakla  www.spornews.com xəbər saytını yaratdıq. Bu qısa müddət ərzində www.spornews.com`u müəyyən qədər tanıda bildik.  

rnrn

Əsasən etmək istədiyinizrnfərqli işlər var?

rnrn

 -Əvvəla biz çox güclü bir ailəyik. Qrupumuzda çox hörmətli insanlar var. Mən buradan başda Tanju Çolak "abi" olmaqla  bütün qrupa çoxrntəşəkkür edirəm.Yazılarıyla bizlərə can verirlər. Bizi şərəfləndirirlər. Hər biri çox qiymətli bir "marka"dır. Çox əhəmiyyətli adlar. Onların da bəzən bəzi təklifləri olur. Amma bizim ən böyük layihəmiz  sürpriz olaraq qalsın Çox qısa zamanda bu sürprizi reallaşdırmaq istəyirik. Düşünüəm ki, qarşıdakı mövsüm Türkiyədə bir ilkə imza atacağıq. İlk dəfə tətbiq olunacaq bir sistemlə canlı canlı xeyli adama çatacağıq. Amma məndən çox bir məzmunrnistəməyin. Sürpriz olsun.

rnrn

 

rnrn

Ötən günlərdə Azərbaycan üçün bir yazınız olmuşdu. Buradakı insanlarrnartıq sizi  tanımağa başladılar və çox sevdilər. Burnsevgi necə yarandı biz də təəccübləndik...

rnrnrnrn

-Dekabr ayında Sporajans 2010 İdman Mükafatlandırma mərasimində Azərbaycandan qonaqlarımız olmuşdu. O bir vəsilə oldu. Amma Eurovision mahnı müsabiqəsində tam bir duyğu partlaması yaşadım. Qardaş ölkə Azərbaycan vəfanı dosta düşmənə bir dəfə daha göstərmiş oldu.Azərbaycan üçün sevincimdən ağladım...

rnrn

 Suallarımızırncavablandırdığınız üçün təşəkkür edirik. Çox gözəl bir söhbət oldu.

rnrnrnrn

-Əsl mən təşəkkür edirəm. Son dərəcə səmimi bir söhbət oldu.

rnrn

 Nedim Delibaşın "Facebook" sosial şəbəkəsində olan fan səhifəsinin linki:

http://www.facebook.com/pages/Nedim-Deliba%C5%9F/228454631680

rnrn

Səhbətləşdi: Xəyal AZƏROĞLU

rnrn

 

rnrn

 

rnrn

 

rnrn

 



  #4   Adınız: Ayka;   E-mail: [email protected]

21.05.2011 08:50

Azərbaycanda idman xəbərləri oxuyan qızlar azdı. Amma istərdim ki, qızlar da idman sahəsinə qayğı göstərsin. Necə ki, Türkiyədə qızar stadiona gedir oyunlara baxır. Çox heyif! Nedim Delibaş kimdi ki? Müsahibəni tam oxuya bilmədim...

  #3   Adınız: Mehmet;   E-mail: [email protected]

21.05.2011 08:48

Azerbaycanda yaşayan türk olarak bu röportajdan gürur duydum. Türkiyedeki gazetecilerin kardeş ülkede tanınması çok önemli bence. Nedim Delibaş`ı tanımıyordum, ama bu röportajla onun Baküde meşhur olucağını tahmin ediyorum. Saygılar!

  #2   Adınız: Reshad;   E-mail: [email protected]

21.05.2011 08:45

Qardaş biz də sevincimizdən uçurduq. Türkiyənin bizə vermiş olduğu dəstəyə görə də sizə dərin minnətdarlığımızı bildiriik. Nedim qardaşımıza da işlərində uğurlar arzu edirəm! Hörmətlə Rəşad Məmmədli.

  #1   Adınız: Alik;   E-mail: [email protected]

21.05.2011 00:29

Cox gozel sercidi
Beyenirem onu!

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail