Rail Məlikov: "Heç cür baş açmaq olmur ki, milliyə niyə dəvət almıram" MÜSAHİBƏ

06.08.2013 | 5021 dəfə oxunub

"Qəbələ"nin müdafiəçisi Rail Məlikovun Stadium.az saytına müsahibəsi:

- Artıq "Qəbələ"də ilk oyuna çıxdın...

- Çox sevinirəm ki, iddialı klublardan birində çıxış edirəm. Türkiyə və Avstriyada hazırlıq keçmişik. Məncə çox yaxşı təlim-məşq toplanışı keçmişik. Biz ilk oyunda "Bakı"nı udsaq da, oyundan razı qalmadıq. Sadəcə nəticə bizi qane etdi. Komanda daxilində oyunumuzu heç kim bəyənmədi. Çünki biz hazırlıq mərhələsində sərgilədiyimiz futbolun 40 faizini "Bakı"ya qarşı göstərə bilmədik. Düzdür, əsas 3 xaldır və bunu qazandıq, amma biz daha artığını bacaracağıq.

- Bu oyunda Kalabane çox zəif çıxış etdi. Sənə çox güc düşmədi ki? Çünki onun da əvəzinə qaçırdın...

- Qapımıza vurulan qol ofsaydan vurulub. Ssdəcə top rəqib oyunçunun ayağına dəydiyi üçün çaşdıq, amma qol ofsaytdır. Kalabanenin yerinə qaçmaq deyəndə, taktika belədir, səhvlərimizi sığortalamalıyıq.

- İlk oyunda "Bakı"nı Syominin dəyişiklikləri uddu. Yuri barədə nə deyə bilərsən?

- Yuri Syomin dünya şöhrətli məqşçidir. Onun barəsində nəsə demək mənə yaraşmaz. Amma bir daha əvəzləmələriylə göstərdi ki, nəyə qadirdir. Hər şeyi yenə sübut eti. O, iki əvəzləmə etdi və oyunda ən yaxşı oyunçularda məhz onlar idi. O, hər şeyi düzgün və vaxtında etdi.

- Səncə komandanız medal qazana biləcək?

- İnşallah. Oyunçulara fərdi olaraq nəzər salsaq komandamız çox güclüdür. İlk oyun aldadıcı da ola bilər. Biz isə öz oyunumuzu tam göstərə bilmədik, "Qəbələ" daha artığına qadirdir. Yüz faiz əminliklə deyə bilərəm ki, medal qazanacağıq.

- Bu tur "İnter"lə oynayacaqsız...

- Məşqçilər rəqibin oyununa baxıb analiz edirlər. Gündə iki məşqlə bu oyuna çox ciddi hazırlaşırıq. "İnter" zəif komanda deyil, amma biz də zəif deyilik. Evdə oynamağımızda bizə əlavə üstünlük qazandırır. İlk oyunda uduzublar, çox çətin oyun olacaq.

- Uzun müddətdir milliyə dəvət almırsan. "Qəbələ"nin və sənin uğurlu çıxışın səni yenidən milliyə qaytaracaq?

- Bundan əvvəl Türkiyədə də normal çıxış etdim. Milliyə dəvət almasam da, həmişə komandamızın qələbə qazanmasını isdəyirəm. Ümid sonda ölür. Mən Türkiyədə 25 oyun meydan çıxıb uğurlu çıxış etmişəm və bunun qarşılığında milliyə çağrılmamışamsa, inanmıram bundan sonra da dəvət yollayalar. Heç cür baş açmaq olmur ki, milliyə niyə dəvət almıram.

Söhbət etdi: Ümid



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail