Aqil Nəbiyev millidən kənarlaşdırılmasından danışdı - MÜSAHİBƏ

"HAZIRDA ÜÇ KOMANDA İLƏ DANIŞIQ APARIRAM"

21.05.2011 | 4855 dəfə oxunub

AZAL-ın kapitanı Aqil Nəbiyevin Stadium.Az saytına özəl müsahibəsi:

rn

 Əvvəlcə öz oyunun barədə danış. Mövsümü necə keçirdin?

rn

-  Heç vaxt öz oyunumu bəyənməmişəm. Məncə arxayınlaşmamaq üçün elə belə də eləmək lazımdır. Amma deyə bilərəm ki, hələ oyunumdan razı deyiləm.

rn

 Bəs komandanın oyununu necə qiymətləndirirsən?

rn

-  Tam səmimi və əminliklə deyə bilərəm ki, AZAL bu mövsüm başından yuxarı tullandı. Biz "altılıq"da yer alan komandalar, hətta ikinci "altılıq"da yer alan "Qəbələ" kollektivi ilə müqayisədə futbolçuya ən az pul xərcləyən komandayıq. Buna baxmayarak "Bakı" və "İnter"i arxada qoymağı bacardıq. Amma bundan da yaxşısını edə bilərdik.

rn

 Bunun üçün nə çatmadı

rn

-  Bizim komanda mövsümü 15-16 futbolçuyla keçirdi. Zədəli və cəzalı olan kimi heyəti qurmaqda məşqçiyə problemlər yaranırdı. Bəzi oyunlarda uğursuz çıxış etməyimizin də əsil səbəbi məhz bu idi.

rn

 Kubokda "İnter"i niyə keçə bilmədiz?

rn

-  İlk oyunu səfəərdə keçirdik və qolsuz bərabərlik əldə etdik. Pis nəticə deyildi, amma ikinci oyunda komandamızı tanımadım. Bütün xətlərdə "İnter" qarşısında bərbad oyun göstərdik. Baxmayaraq ki, bu görüşdən qələbə gözləyirdik. 3 gündən bir oyunlar oldu, bəlkə də buna görə yoruldu futbolçular.

rn

 Baş məşqçi Nazim Süleymanov bildirib ki, heç də futbolçuların hamısı, komanda üçün ürəkdən oynamır...

rn

 -  Nazim müəllim bunu hamı üçün nəzərdə tutmayıb. Məşqçi bilir də kimləri nəzərdə tutur. Onun fikirlərinə hörmətlə yanaşıram. Hamı bura pul qazanmaq üçün gəlir. Kim istəməz ki, udub mükafat qazanmasın? Amma hər şey ola bilər, buna baxmayaraq özüm olaraq bu fikirlə razı deyiləm.

rn

 Klubunuzun prezidenti Vaqif Qasımovun fikirləriylə sən də razısan: həqiqətənmi hakimlərlə AZAL-ı sıxırdılar?

rn

 -  Səhvsiz insan olmur. Deyə bilmərəm ki, kimsə bizə qarşı bilərəkdən nəysə etdi. Amma həqiqətən də bəzi görüşlərdə hakim oyunumuzun nəticəsinə təsir edəcək səhvlərə qol verərərk məğlub olmağımıza səbəb oldu.

rn

 "Neftçi" çempionluğa layiq idi? Həqiqətənmi bu komanda ölkənin ən güclüsüdür?

rn

-  Çempion olublarsa, deməli, buna layiqdirlər. Ən güclüsü elə o komanda idi. "Neftçi"nin adı böyükdür. Onlara ÇL-nın oyunlarında uğurlar arzulayıram.

rn

 Avroliqaya getmək şansınız "Xəzər-Lənkəran"dan aslıdır...

rn

-  Gərək vəziyyəti bu həddə çatdırmayaydıq.  Özümüz öz işimizi görməliydik. Ancaq əlacımız odur lənkəran klubuna azarkeşlik edək. Amma inanıram ki, "Xəzər-Lənkəran" kuboku alacaq və AZAL avroliqaya gedə biləcək.

rn

 Öz durumun necədir? Eşitdiyimə görə zədən var...

rn

-  Milli komandaya dəvət almışdım, amma gedə bilməyəcəm. Bu gün AFFA-ya da getmişdim, orada dizimdən "mrt" müayinədən keçdim. Məlum oldi ki, ayağımda arxa "mensk"də zədə var. Daha doğrusu balaca yırtıq, amma böyük problemli bir iş deyil. Müalicəylə iki həftəyə düzələn yüngül zədədir.  Bunu Berti Foqts özü də gördü. Çox sağ olsun, məni başa düşdü və anlayış göstərdi. Buna görə də millidən kənarda qaldım. Oila bilər, əməliyyat oldum, amma düşünürəm, olmasa da olar. Çünki həkimlər dedi iki həftəlik müalicə ilə hər çey qaydasına düşəcək.

rn

 Hansı klublarla daışıq aparırsan?

rn

 - Öz klubumdan başqa iki komanda ildə danışığım gedir. Biri əyalət, biri paytaxt klubudur. Amma əvvəlcə AZAL-ı gözləyəcəm. Mənim istədiyim kimi olsa, elə komandamda qala da bilərəm.  İndi istirahətə gedirəm, hələlik bir az buna ehtiyacım var. Artıq zaman keçir, hansı klubdan daha yaxşı maliyyə şərtləri olan təklif alsam, o komadaya da keçəcəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail