Əfran İsmayılov «Qarabağ»dan getmək istədiyini ilk dəfə Stadium.Az-a açıqladı – MÜSAHİBƏ

23.05.2011 | 22051 dəfə oxunub

«Qarabağ»ın və milli komandanın gənc ulduzu Əfran İsmayılovun Stadium.Az saytına özəl müsahibəsi.

rn

Əfran, arxada qalan mövsüm özün və komandan üçün necə keçdi?

rn

- Mənim üçün yaxşı saymaq olmaz.Çünki elə mövsümün əvvəlində zədələnərək komandadan aralı düşdüm və hazırda ideal formada deyiləm. Amma komandam üçün yaxşı keçdiyini deyə bilərəm. Qarşımızda duran minumum vəzifə Avropa Liqasına vəsiqə qazanan idi ki, onu da bacardıq. Şükürlər olsun ki, indi özümə gəlməyə başlamışam. Və arzu edirəm ki, o anı bir də yaşayım. Düzü, o vaxt zədələnməyəyimə görə kimisə günahlandırmaq olmazdı. Sadəcə ardıcıl olaraq oyunlar oynayırdıq və ayağım «yüklənmişdi». Nəticədə də elə bir hadisə baş verdi. Hazırda oynadığın futboldan narazısan? - Düzünü desəm, indi formaya düşmək haqda fikirləşirəm. Altı ay oynamadım. İndi çalışıram ki, əvvəlki - UEFA-da oynadığım Əfran olum.

rn

Bəs o Əfranı bu ildə UEFA-da görə biləcəyik?

rn

- İnşallah, olacaq, niyə olmur ki. Sağ olsun baş məşqçimiz Qurban Qurbanov, onun da köməkliyi ilə yenidən əvvəlki səviyyəyə dönəcəm. Zədəm sağalan kimi başlatdı məni oynatmağa, amma hər məşqçi bunu etməzdi.

rn

İki mövsümdü pley-off-da dayanırsız. Səncə bu il necə olacaq?

rn

- Bu il qarşımıza məqsəd qoymuşuq ki, qrupa düşək. Baxaq da necə olacaq.

rn

Çempion da ola bilərdiz...

rn

- Düzdü, ola bilərdik. Heç kim də mane olmadı, sadəcə özümüz uduzduq. «Neftçi»ylə son oyunda onları udsaydıq, elə biz də çempion olacaqdıq, amma alınmadı. O, final matçı kimi idi. Amma rəqibi də təbrik edirəm, layiqli çempion oldular.

rn

Səncə layiqli çempion oldular?

rn

- Əlbəttə, layiqli çempion oldular. Heç bir komanda boş yerdən çempion olmur. Mən razı deyiləm ki, «Neftçi»ni çempion etdilər, bu, ancaq boş-bekarçılıqdan yaranan söz-söhbətdir. Güclüydülər ki, çempion oldular.

rn

Belə çıxır ki, «Neftçi» «Qarabağ»dan güclüdür?

rn

- Biz, ən yaxşı futbol oynayan komandayıq.

rn

Necə olur bəs, ən yaxşı futbol oynayan çempion olmur?

rn

- Futboldu, belə şeylər olur.

rn

«Qarabağ» ara-sıra qeyri stabil oynadı...

rn

- Düzdü bu, zədəlilər imkan vermirdi. Rəşad, mən, Maksim və başqa futbolçular bir çox oyunlarda zədə ucbatından oynamadıq. Bu da nəticəyə təsir edirdi. Amma özümüzü toparlayıb avroliqaya gedə bildik.

rn

Ötən mövsüm maraqlı idi çempionat, yoxsa indi?

rn

- Məncə ötən mövsüm. Çünki bu il artıq bir neçə tur əvvəldən çempion məlum idi. Amma ötən mövsüm son saniyəyədək çempion bilinmirdi. Ümumiyyətlə, mən «altılıq» sistemindən narazıyam. Bu sistem olmasa daha yaxşı olar. Bilirsiz necədir, mən özümdən götürəcəm. İnanın ki, heç ikinci «altılıq»dakı komandaların oyunlarıyla maraqlanmıram, bilmirəm orada vəziyyət necədir. Amma deyirlər belədirsə, problem yoxdur, oynayacağıq.

rn

Deyəsən «Qarabağ»dan gedə bilirsən?

rn

- Getmək barədə düşünürəm. Formamı bərpa edim, bir az artırım, gələn mövsüm xaricdə oynamaq barədə düşünürəm. Məncə ölkə kənarına çıxmağın vaxtıdı artıq. Menecerlər ordan-burdan deyirlər. Məsələn, o günləri «Göztəpə»dən gəlmişdilər, amma ora getməkdənsə, «Qarabağ»da qalıb UEFA-da oynamaq daha yaxşıdır. «Qarabağ» rəhbərliyinin də razılığı olsa, UEFA-dan sonra gedərəm Türkiyəyə.

rn

«Qarabağ» səni hansı şərtlər altında buraxacaq?

rn

- Bu klubun pulunu ödəyib çıxmalıyam da. Çünki hələ klubumla müqaviləm var. Məni almaq istəyən klub «Qarabağ»ın haqqını ödəməlidir.

rn

Qarşıda millinin Qazaxıstanla vacib oyunu var...

rn

- Bu oyunu mütləq udmalıyıq, ancaq qələbə barədə düşünürük.  Belçika ilə görüşün nəticəsini ancaq bu yolla sığortalaya bilərik. Əgər Qazaxıstana uduzsaq, bu, bizim üçün faciə olacaq.

rn

«Xəzər-Lənkəran»ın qapıçısı Kamran Ağayev bildirib ki, «Qarabağ» futbol oynadığı üçün sizin komandaya yazığı gəlir...

rn

- Kamrandı da, öz uşağımızdı. Kamran çox danışır, hər gün bir qalmaqallı açıqlama verir. Yəqin, bununla «Neftçi»yə söz atır. Amma o bunu yaxşı mənada deyib.

rn

Söhbətləşdi: Elnur QARACALI



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail