Vaqif Sadıqov: " Bunu kim deyirsə, yalan deyir" MÜSAHİBƏ

23.09.2013 | 5394 dəfə oxunub

AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun Stadium.az saytına müsahibəsi:

Son tura kimi komandanın çıxışını necə qiymətləndirirsiz?

- Normal, elə son turda göstərdi ki, komandanın potensialı var. Baxmayaraq ki, ədalətsiz hakimlik nəticəsində güclü bir komandaya qarşı meydanda 10 nəfərlə qalandan sonra məğlub olmuşuq. Amma komanda özünü ən yaxşı tərəfdən göstərdi. Problemlərimizdə var. Əsas iki futbolçumuz zədə üzündən meydana çıxmadı. Birinci hissədə rəqibdən üstün futbol sərgilədik və 45 dəqiqə azlıqda oynadıq. 70-ci dəqiqədə hakimin kobud səhvindən sonra qapımızda qol gördük ki, bu da oyunun qırılma anı oldu.

- Komandanızın gücü sizi qane edir? Bildiyim qədəriylə qarşınıza Avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyulub...

- Bizim qarşımıza belə məqsəd qoyulmayıb. Bunu sizə kim deyirsə, yalan deyir. Bizim əsas məqsədimiz hər birimizin adıdır. Adımızı yüksəkdə saxlayaq. Əgər biz sevimli işimizlə məşğul oluruqsa, bununla tam ciddi işləməli, nəticə verməliyik. Sonda turnir cədvəlinə baxıb buna qiymət vermək olar. Biz hər oyunda meydana qələbə qazanmaq üçün çıxırıq.

- Onda belə deyək, Avrokuboklara vəsiqə qazanmağa gücünüz çatacaq?

- Mən daha əvvəldə demişəm, komandamız güclənməlidir. Hətta liderliyi ələ alandada bildirdim ki, biz liderə layiq oyun sərgiləmirik. Onu nəzərdə tuturduq ki, Avropaya oynamaq üçün daha güclü komanda yaratmalıqıy. Qışda komandaya ən azı 3-4 güclü futbolçu cəlb edərək yolumuza davam edəcəyik.

- Düşərgədə nizam-intizam necədir?

- Son oyunda futbolçumuzun qırmızı vərəqə almasını hakimin ayağına yazıram. Bundan əvvəl isə "Sumqayıt"ın 2, "Bakı"nın 1, "Qəbələ"nin də 1 futbolçusu bizə qarşı oyunda qırmızı vərəqə alıb. Bu da o deməkdir ki, bizə qarşıda olduqca kobud oynayırlar. Bizim futbolçular bəzən məcburiyyətdən sarı vərəqə alır ki, bu da səviyyədə öz sözün deyir. Çatdırmırlar, məcbur qalırlar buna.


Stadium.Az saytı



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail