Berti Foqts: "Mənim üçün ən gözəl hədiyyə Almaniya üzərində qələbə olardı"

02.06.2011 | 3709 dəfə oxunub

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts AVRO-2012-nin seçm mərhələsi çərçivəsində sabah keçiriləcək Qazaxıstan – Azərbaycan matçı öncəsi bu gün Astanada jurnalistlər üçün mətbuat konfransı keçirib. Konfransda millimizin almaniyalı çalışdırıcısı jurnalistlərin suallarını cavablandırıb:
 
- Qazaxıstanla oyuna hazırlıqlar necə gedir?
- Artıq 20 gün olar ki, biz təlim-məşq toplanışına yığışmışıq. Yaxş olardı ki, jurnalistlər də bu toplanışımızı izlərdi, amma alınmadı. Bütövlükdə, məşqlərimizdən razıyam. Hazırlıqlarımız iki mərhələli idi. Birinci mərhələdə Azərbaycan kubokunun final matçının iştirakçısı olan futbolçular iştirak etmirdi. Həm də hazırlıqlarımızı süni örtüklü meydançada həyata keçirirdik. Çünki Qazaxıstanla oyunumuz məhz belə stadionda olacaq.
 
- Qazaxıstan yığmasını necə dəyərləndirərdiz?
- Almaniya yığmasının baş məşqçisi Yoahim Löv demişdi ki, Qazaxıstan Azərbaycandan daha güclüdü. Hər halda bu seçmə tsiklin püşkatması zamanı sözügedən komanda bizdən fərqli 5-ci səbətdə yer almışdısa, biz sonuncudaydıq. Bu, rəqibin gücündən xəbər verir.
 
- Yəni, siz də razısız ki, qazaxlar bizdən güclüdü?
- Bunu ancaq iki oyundan sonra dəqiq deyə bilərəm. Mən demədim ki, Qazaxıstan Azərbaycandan güclüdü. Mən sadəcə qrupumuzun ən güclü komandalarından birinin baş məşqçisinin bu barədə dediklərini sizə xatırlatdım və püşkatma zamanındakı durumu yada saldım.
 
- Astanada məğlub olsaq, bunu faciə saymaq olar?
- Məğlubiyyət faciə ola bilməz. Faciə yalnız onda olur ki, kimsə dünyasını dəyişir.
 
- Qapıçı Kamran Ağayev deyib ki, Qazaxıstan üzərindəki qələbədən sonra doğma meydanda Almaniyaya məğlub olsaq, bunu faciə sayacaq. Bu fikirlə razısızmı?
- Bu suala cavab vermək istəmirəm. Bunu yaxşı olardı ki, elə Kamranın özündən soruşasız. İnanmıram ki, o, belə söz deyə.
 
- Siz səbətlərdə qazaxların öndə olduğunu qeyd edirsiz, amma FİFA-nın reytinq cədvəlində yığmamız bu rəqibini xeyli qabaqlayır...
- Mən sizinlə razıyam. Amma püşkatma zamanı sənin hansı səbətdən çıxmağın daha vacibdi.
 
- Süni örtükdə oynamağın nə kimi təsirləri ola bilər?
- Bu, hər iki komanda üçün eyni şərtlər altında oynamağa şərait yaradacaq. Şəxsən mən təbii, amma pis vəziyyətdə olan ot örtüyündənsə, süni qazonda oynamağı daha çox istərdim.
 
- Qazaxıstanı hansı oyunlarına görə öyrənməyə çalışmısız?
- Sizi əmin edirəm ki, Qazaxıstan yığmasının zəif və güclü cəhətlərini bu mətbuat konfransında deməyəcəm (gülür). Komandanıza hörmət edirəm. Yaxşı təşkilatlanmış komandadı. Dərhal hiss olunur ki, alman işi var. (qazaxların sabiq çalışdırıcısı Bernd Ştorku nəzərdə tutur – red.).

- Hazırda komandamızda nə kimi problemlər var?
- Bizdə gənc komandadı. Amma buna baxmayaraq, biz burda qələbə qazana və Baklya 3 xalla qayıda bilərik. Sadəcə, bizim iki mövqe ilə bağlı problemlərimiz var. Hazırda məşqlərdə məhz bu problemi aradan qaldırmaqla məşğuluq. Bu, heç də fiziki hazırlıqla bağlı deyil. Amma istənilən halda konkret nə problem olduğunu açıqlamaq istəmirəm.
 
- Komanda sabah hücum, yoxsa müdafiə futbolu sərgiləyəcək?
- Hər bir baş məşqçinin öz fəlsəfəsi var. Mən Azərbaycana gələndə, doqquz müdafiəçi ilə oynayırdılar. İndi isə biz daha sürətli futbol sərgiləməyə çalışırıq. Biz Belçikaya gedib tamamilə müdafiə oluna və 0:1 hesabıyla da uduza bilərdik.

- Siz “Atırau”nin azərbaycanlı baş məşqçisi Ramiz Məmmədovdan məsləhət almısız?
- Mən bu haqda heç nə bilmirdim. Əgər o, öz ölkəsini sevirsə, özü zəng edə bilərdi. Amma istənilən halda bu, rəqib komandaya münasibətdə hörmətsizlik olardı.
 
- Hesab etmirsiz ki, Qazaxıstan üzərində səfər qələbəsi Azərbaycan futbolunun 100 illiyinə ən gözəl hədiyyə olardı?
- Biz də bu hədiyyəni etməyi çox istəyirik. Amma mənim üçün ən gözəl hədiyyə Almaniya üzərində qələbə olardı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail