Karlos Alberto: "Azərbaycanda yaxşı braziliyalı futbolçular var"-MÜSAHİBƏ

02.06.2011 | 3954 dəfə oxunub

Futbol yığmamız sabah AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.Stadium.az xəbər verir ki, Berti Foqtsun yetirmələri Almatıda Qazaxıstan millisi ilə üz-üzə gələcək. Geriyə boylandıqda, komandamızın azsaylı səfər qələbələrindən birini məhz bu rəqib üzərində qazandığını görürük.
 
Millimiz 2004-cü ilin aprelində Karlos Alberto Torresin başçılığı altında Qazaxıstan yığmasını 3:2 hesabı ilə məğlub etmişdi. Düzdü, həmin qarşılaşma yoldaşlıq xarakterli bir matç idi, amma istənilən halda qələbə, elə qələbədi.
 
Qazaxıstan üzərində qazanılan qələbədən 7 il ötüb və Torres artıq yığmamızın “sükanı arxasında” yox, vətənindədir. Buna rəğmən, braziliyalı futbol əfsanəsi ilə əlaqə saxlayıb, həm hal-əhval tutduq, həm də ona tanış rəqiblə oyunumuz ərəfəsində fikirlərini öyrəndik.
 
- Salam, cənab Torres.
- Salam.
 
- Necəsiniz? Nə işlə məşğulsunuz?
- Yaxşıyam, çox sağ olun. Hazırda Braziliya çempionatının A seriyasında çıxış edən “Botafogo”da çalışıram. Klubun baş meneceriyəm. Mövsüm yenicə başladığından iş-güc çoxdu.
 
- Azərbaycan futbolu ilə maraqlanırsınızmı?
- Maraqlanmaq deyəndə, ancaq internet vasitəsi ilə bəzi şeylərdən xəbər tuturam. Yəni ölkənizlə bağlı qarşıma nəsə xəbər çıxanda mütləq oxuyuram. Amma ümumən götürəndə, son illər Azərbaycan futbolunda baş verənlər barədə ətraflı məlumatım yoxdu.
 
- Azərbaycanda kiminləsə əlaqə saxlayırsınız?
- Xeyr, heç kimlə. Deyəsən, ancaq jurnalistlərin yadına düşürəm (gülür).
 
- Həmyerliləriniz Flavinyo, Rodriqinyo, Denis Silva və Alessandro Viana da Silvanın formasını geyindiyi “Neftçi” ölkə çempionu oldu. Bundan xəbəriniz var?
- Bəli, haradasa belə bir məlumat oxudum. Ümumiyyətlə, Azərbaycanda yaxşı braziliyalı futbolçular var. Bildiyim qədər, onlar çıxış etdikləri komandalarda aparıcı rol oynayırlar. Əminliklə deyə bilərəm ki, braziliyalılar Azərbaycan futbolunun inkişafında xüsusi önəm daşıyırlar və çempionatınıza rəng qatırlar. Bizim futbolçular ölkənizin, onların karyerasında tramplin ola biləcəyinin fərqindədilər.
 
- Millimizi qarşıda AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Qazaxıstan yığması ilə səfər matçı gözləyir. Biz bu rəqibi artıq bir dəfə Almatıda yenmişik və həmin qələbə sizin rəhbərliyiniz altında əldə olunub. Sizə tanış rəqiblə duel ərəfəsində xələfiniz Berti Foqtsa nə məsləhət görərdiniz?
- Bağışlayın, amma Foqtsa məsləhət verə bilmərəm. O, özü həm dahi futbolçu olub, həm də dahi məşqçidi. Foqts işini bilən adamdı, nə lazımdısa, edəcək. İnanıram ki, onun rəhbərlik etdiyi yığmanız doğru yoldadı. Çəkilən zəhmət öz bəhrəsini verəcək.
 
- Yenidən ölkəmizdə işləmək istərdiniz?
- Əlbəttə, niyə də olmasın? Mənim Azərbaycandan və azərbaycanlılardan xoşum gəlir. Xalqınız barədə ancaq müsbət sözlər deyə bilərəm. Azərbaycanlılar çox mədəni və dünyagörüşlü insanlardılar. Hər kəsə salamımı çatdırın. Qismət olar, dəvət göndərərlər, yenidən orada işləyərəm.
 
Mənbə: Milli.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail