Vaqif Cavadov: "Yavaş-yavaş öz oyunumuzu tapırıq" MÜSAHİBƏ

27.10.2013 | 4935 dəfə oxunub

"İnter"in hücumçusu Vaqif Cavadovun Sportlife.az-a müsahibəsi

- AZAL-la oyunda qələbə qazanmaqla xallarınızın sayını 13-ə çatdırdınız. Ümumiyyətlə oyun haqda fikirlərini bilmək maraqlı olardı...
- Bu oyunda vacib 3 xal qazandıq. Yavaş-yavaş öz oyunumuzu tapırıq. İnanıram ki, növbəti oyunlarda da qələbələrin davamı gələcək. Baxmayaraq ki, ötən turda "Qəbələ"yə məğlub olduq, amma həmin oyunda yaxşı oyun nümayiş etdirmişdik, həmçinin bugünkü oyunda. Mən deyərdim ki, bu cür davam etsək "İnter" turnir cədvəlindəki layiqli yerini tutacaq.

- "İnter" keçirdiyi 11 oyuna cəmi 13 xal toplaya bilib. Yəqin ki, bu nəticə səni qane etmir..
- Əlbəttə ki, bu pillədə qərarlaşmaq xoş deyil.

- Bəs bu zəif nəticənin səbəbkarları kimlərdir? 
- Təqsir futbolçulardadı. Futbolçular da artıq öz üzərlərinə düşən məsuliyyəti başa düşür. Oyun planımızda da heç bir problem yoxdu. Yavaş-yavaş "İnter" öz oyununu tapır və bu nəticədə də özünü göstərir.

- Kaxaber Sxadadze bu mövsüm "İnter"i 11 oyuna çıxarıb və komanda bu oyunların 6-da məğlubiyyətlə üzləşib..
- Nəinki Sxadadze, heç mənim də futbolçu karyeramda bu cür nəticə qeydə alınmamışdı. Bu futboldu və güclü komandalar bu vəziyyətlərdən çıxmağı bacarırlar. Biz öz yolumuzu gedirik. Düşünürəm ki, hər şey öz qaydasına düşməkdədi.

- Yəni düşünürsənki baş məşqçiniz komandanı bu vəziyyətdən çıxarmağa qadirdi..
- Artıq Sxadadze bizi bu vəziyyətdən çıxarıb. Ola bilər ki, siz düşünürsüz ki, çıxarmayıb, amma mən belə hesab edirəm ki, çıxarıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail