Şəhriyar Əliyev: “Əlimdən gələn hər şeyi edəcəm” MÜSAHİBƏ

31.10.2013 | 4732 dəfə oxunub

Ulduzu «Bakı»da parlayan, elə bu komandanın da yetirməsi olan Şəhriyar Əliyev son zamanlar bəzxtsizlikdən əziyyət çəkir. İş orasındadır ki, Bakıda keçirilən hərbiçilərin dünya çempionatında millimizin şərəfini qoruyan Şəhriyarın ayağı sınmışdı. Uzun müddət zədəsini sağaldandan sonra U-21 milli komandamıza dəvət aldı. Elə oradaca Norveçlə oyunun son dəqiqələrində yenidən zədələndi. Bu dəfə isə çiyni çıxdı. Əliyev zədəsini yenidən sağaldıb, məşqlərə də başlayıb:

- Şükür Allaha, artıq məşqlərə başlamışam. 4 gündü komanda ilə çalışıram. Hazırkı vəziyyətə görə, hər şey yaxşıya doğru gedir.

- Bəs nə vaxtdan oynaya biləcəksən?

- Komanda ilə məşqlərə yeni başlamışam. Buna baxmayaraq, hələ biraz ağrılar hiss edirəm. İnşAllah qarşıdakı həftədə oynaya biləcək vəziyyətə gələcəm.

- Pantiçlə söhbətin olubmu bu barədə?

- Bu barədə konkret söhbətimiz olmayıb. Ancaq baş məşqçimiz mənim yenidən formaya düşməm üçün əlindən gələni edir.

- Səncə əsas heyətə qayıtmaq çox çətin olmayacaq?

- Düzünü desəm, əsas heyətdə güclü futbolçular çoxdur. Hazırda zədəmin tam sağalmasını gözləyirəm. Həm də formaya düşmək üçün ürəklə məşq edirəm. Bundan sonar baş məşqçimizdən mənə şans verməsini gözləyəcəm. Meydana çıxıb əsas heyətdəki yerimi qaytarmaq üçün əlimdən gələn hər şeyi edəcəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail