Süleymanov "Xəzər Lənkəran"ı heçə saydı

02.11.2013 | 4671 dəfə oxunub

Bu gün “Neftçi” – “Xəzər Lənkəran”ı qəbul edəcək. Stadium.az xəbər verir ki, oyundan qabaq meydan sahiblərinin baş məşqçisi qarşılaşma barədə danışıb: “Hamı bu oyuna “böyük oyun” deyir, amma bu matçı digər oyunlardan ayırmıram. Bu, bizim üçün digər oyunlar kimi təqvimdə olan adi oyundur. Çalışacağıq yaxşı nəticə əldə edək. Qələbə qazanmaq üçün meydana çıxacağıq.  Futbol elə bir oyundur ki hər şey olur. Qələbə olduğu kimi, məğlubiyyət də var. Amma komanda meydanda nəyə qadir olduğunu tam gücü ilə göstərməlidir. Yaxşı nəticə əldə etmək üçün gücünü ortaya qoymalıdır. Özünü göstərməlidir ki, nəyə qadirdir. Mən də hazırda “Neftçi” klubundayam. Onun uğurları üçün də çalışıram. Bu üzdən klubun əldə etdiyi yaxşı nəticələrə sevinməli, bunun üçün əlimdən gələni etməliyəm. Keçən oyunlarda da gördük ki, komanda real vəziyyəti qola çevirməkdə çətinlik çəkir. Yəni hücumda bir az problemlər var. Bunun üstündə daha çox çalışırıq. Çünki oyunun meyvəsi qoldur”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail