Şahin Diniyev: “Komandamla fəxr edirəm”

02.11.2013 | 4783 dəfə oxunub

“Komanda yaxşı oynadı. Həm topa nəzarət etməkdə, həm sürətli hücumlar qurmaqda istədiyimizi edə bilirdik. Müdafiədə asan qollar buraxırdıq, bu da komandanın uğurlu çıxına maneə olurdu”. Stadium.az xəbər verir ki, bu sözləri “İnter”lə oyundan sonra “Rəvan”ın baş məşqçisi Şahin Diniyev deyib. Təcrübəli mütəxəssis komandasından razılığını ifadə edib: “Bu gün futbolçular barədə heç bir mənfi fikir söyləmək istəmirəm. Futbolçuların bu günə olan potensialı, fiziki durumu yaxşı olmasa da, son dəqiqələrə qədər mübarizə apardılar. Komandamla fəxr edirəm, bunu deməyə utanmıram. Qapıçımızın hər üç qolda səhvləri oldu, qapıçı meydançasında topları götürə bilərdi. Bu cür səhvləri də aradan qaldırmalıyıq. Qol epizodları yaratdıq, Varea iki dəfə fərqlənə bilərdi. İkinci hissənin əvvəlində ikinci qolu vursa idik oyun heç-heçə başa çata bilərdi. Oyunun gedişini dəyişmək üçün ehtiyat qüvvəmiz yoxdur. Bugünkü durumda Sapela digər qapıçılarımızdan daha güclü olduğu üçün əsas heyətdə meydana çıxır. Aqil Nəbiyev iki gündür ki, xəstədir, oyundan öncə də sağlıq durumu yaxşı deyildi. Heç nəyə baxmayaraq, kişi kimi oyuna çıxdı və sona kimi mübarizə apardı”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail