«Beşiktaş» rəsmisi «Neftçi»nin adını bilmədi! – MÜSAHİBƏ EKSKLUZIV

METE DÜREN KLUB ADINDAN RƏSMƏN VƏ İLK DƏFƏ BİZƏ AÇIQLADI: «FORLAN GƏLMƏYƏCƏK»

10.06.2011 | 6494 dəfə oxunub

Xəbər verdiyimizrnkimi,rnTürkiyədə səfərdə olan ölkəmizin bir sıra idman jurnalistləri «Türkiyə Spor Adamları Dərnəyi»nin rəhbərliyi tərəfindən mükafatlandırılıb. Bununla bağlı təşkil olunan gecədə qardaş ölkənin ünlü futbol adamları da iştirak edib. Gecəyə qatılanlar arasında olan «Beşiktaş» futbol klubunun mətbuat katibi Mete Düren həmkarımıza müsahibə verib.

rnrn

- Mersin hazırdan Türkiyənin inkişaf etməkdə olan şəhəriylə yanaşı, həm də Türkiyənin böyük yatırımlar yarılan şəhərlərindən biridir. Bu şəhərin inkişafına öz töhfəmizi vermək üçün hazırda sizli-bizli bir aradayıq. Özəlliklə bugünkü gündə burada sizinlə bir yerdə olduğumdan çox məmnunam. Belə bir gündə bizə qardaş olan Azərbaycan xalqının nümayəndələrinin burada olması məni xüsusən məmnun etdi. Bu, sizdən bizə qarşı böyük jest olmuşdur ki, dəvətimizi qəbul edib bura gəlmisiz.

rnrn

- Təmsil etdiyiniz «Beşiktaş» klubunun Azərbaycanda böyük tərafdar ordusu var. Bunu nəzərə alaraq Bakıda «Beşiktaş»ın azarkeş dərnəyini, yaxud da uşaq futbol məktəbini yarada bilərsizmi?

rnrn

- Ölkə xaricində «Beşiktaş»ın çoxlu sayda azarkeş dərnəkləri var. Bakıdakı azarkeşlərimiz də bir araya gələrək dərnək yarada bilərlər. Bunun üçün əvvəlcə onların bir araya gəlməsi, sonra bizə müraciət etməsi lazımdır. Əgər bunu bacarsalar, əlimizdən gələn köməkliyi Bakıdakı azarkeşlərimizə etməyə hazırıq.

rnrn

- Məsələn, «Qalatasaray»ın Bakıda «UltraAslan» azarkeş qrupu aktiv fəaliyyət göstərir...

rnrn

- Yenə deyirəm, əgər orada ilkin olaraq belə bir dərnək yaradılsa, əvvəlcə onlara «Beşiktaş»ın adından, gerbindən istifadə olunması icazəsini verə bilərik. Daha sonra da dərnək loqotipindən istifadə olunması barədə izin verə bilərik. Qısası, hər cür köməklik etməyə hazırıq.

rnrn

- Türkiyə mətbuatı hər gün Forlanı «Beşiktaş»a gətirir, amma ortada real bir şey yoxdur. Urquvaylı oyunçu həqiqətən komandanıza gələ bilərmi?

rnrn

- Sizə tamamilə səmimi söyləyirəm, bu gün parasını versək, Forlan sabah İstanbula gələr və sözləşməyə imzayı atar. Amma istədiyi para bizim istəyimizin üstündədir. Bura həm bonservis, həm də özünə ödənəcək məbləğ daxildir. Ötən mövsüm komandada canla-başla mücadilə edən Kuarejma klubdan 2.5 milyon avro qazanırsa, bura gəlib nə edəcəyi məlum olmayan Forlana 5 milyon avro verməyin heç bir mənası yoxdur. Son danışmalara əsasən deyə bilərəm ki, Forlanın komandamıza gəlməsi alınmayacaq.

rnrn

- Miroslav Kloze  ilə ilgiləndinizmi?

rnrn

- Onunla heç bir danışığımız olmadı. Hazırda transfer komitəmiz Almaniyadadır. Ona görə də bununla bağlı çox danışılır. Amma bizimkilərin ora getməkdə əsas məqsədi azyaşlı istedadları seçib, bura gətirməkdəir.

rnrn

- Hər hansısa ünlü futbolçu gələ bilərmi «Beşiktaş»a?

rnrn

- Bir neçəsi ilə maraqlanırıq. Deyə bilərəm ki, onlardan biri ilə müqavilə bağlayacağıq və bu hücumçu olacaq. Mətbuat yazır ki, Dieqo Kostanı almışıq, amma bu belə deyil, çünki bu futbolçunu icarəyə götürmüşük.

rnrn

- Ola bilərmi ki, qarşıdakı zamanlarda «Beşiktaş» Bakıya gələrək Azərbaycan klublarından biri ilə yoldaşlıq oyunu oynasın?

rnrn

- Bu vaxta qədər üç dəfə qardaş ölkə klublarıyla yoldaşlıq oyunu keçirmişik. İkisini dəqiq xatırlamıram (bunlar «Karvan» və «Neftçi» olub), amma bunlardan birinin «Xəzər-Lənkəran» olduğu yadımdadır. Sizin ölkədə də futbol inkişaf etməkdədir. Əgər bu barədə təklif olarsa, niyə də olmasın.

rnrn

- Sonda «Beşiktaş»ın Azərbaycandakı azarkeşlərinə ismarıcınız varmı?

rnrn

- Bu mövsüm Super Liqada və Avropa Liqasında onları layiqincə sevindirə bilmədik. Amma əmin olsunlar ki, qarşımızdakı mövsümdə hər oyun qələbə qazana biləcək bir «Beşiktaş»ın oyununu izləyəcəklər.

rnrn

Söhbətləşdi: Vüsal GÖZƏLOV



  #3   Adınız: Doktor;   E-mail: ---

10.06.2011 20:34

Doktor professor Mete Duren cox seviyyeli bir insandir

  #2   Adınız: Semed Ehmedov;   E-mail: ---

10.06.2011 20:34

Ay brat bunu haradan tapifsiniz? )))

  #1   Adınız: Soltan;   E-mail: ---

10.06.2011 20:33

Esq olsun besiktaslilara

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail