"Herta"nın futbolçusu Bakdadır MÜSAHİBƏ

18.11.2013 | 4158 dəfə oxunub

“İnter”in “Sumqayıt”la yoxlama matçını izləyənlər arasında “Şalke 04”dəki çıxışları ilə tanınan gürcü futbolçusu Levan Kobiaşvili də olub. Stadium.az xəbər verir ki, “İnter”in rəsmi saytına müsahibə verən Almaniyanın “Herta” klubunun sol cinah müdafiəçisi, elcə də, Gürcüstan yığmasının 36 yaşlı sabiq üzvü məmnuniyyətlə suallara cavab verib.

- Levan, öncə bilmək istərdik, sizi Bakıya gətirən nədir? Hansı səbəblərə görə bu matçı izləməyə gəldiniz?
- Bura dostlarımı ziyarətə gəldim, daha dəqiq desəm, dostum Aleksandr İaşvilini görmək üçün Bakıya baş çəkdim. Onunla birlikdə hələ Tbilisinin “Dinamo” komandasında oynamışıq, sonra Almaniyanın “Frayburq” klubunda çıxış etmişik. Bundan əlavə, birlikdə uzun müddət Gürcüstan milli komandasının şərəfini qorumuşuq. Mən Aleksandrla qardaş kimiyəm. Hazırda millilərin oyunları ilə bağlı fasilə yaranıb və komandaya 3 günlük istirahət verilib. Mən də bundan yararlanaraq istirahətimi yaxın dostumun yanında keçirməyi qərara aldım. Xəbər verdim ki, ona qonaq gəlirəm. Bax, beləcə Bakıda peyda oldum. Onu da deyim ki, Almaniyada ayrı-ayrı klublarda çıxış etməyimizə baxmayaraq, tez-tez bir-birimizə baş çəkirdik.

- Azərbaycanın paytaxtı Bakı şəhəri sizdə necə təəssürat oyatdı?
- Etiraf edim ki, sonuncu dəfə burada 10 il öncə olmuşam. Səmimi desəm, ötən müddət ərzində şəhərdə baş vermiş dəyişikliklərdən çox xoşum gəldi. Şəhər çox gözəl olub, burda çoxlu maraqlı yerlər var. Futbol sahəsində baş verən dəyişikliklərdən də xoşum gəldi. Bakıda çox sayda stadionlar istifadəyə verilib, burda bir çox rəqabət qabiliyyətli komandalar var ki, bu da yerli birinciliyin tərəqqisinə kömək edir. Bu dəyişikliklər məni çox sevindirir. Xoşdur ki, Azərbaycanda belə şərait yaradılır.

- Azərbaycan futbolu barədə daha nə bilirsiniz? Bəlkə Aleksandr İaşvili sizə müəyyən məlumat verib?
- Doğrusu, Azərbaycan milli komandası barədə çox məlumatım yoxdur, lakin çempionatınız haqqında müəyyən məlumatım var. İnternetin köməyi ilə “İnter”in çıxışını izləyirəm. Aleksandr İaşvilinin oyununu izləməyə çalışıram. Dost münasibətdə olduğum Kaxaber Sxadadze komandanıza rəhbərlik edir. “İnter”in digər futbolçularını da tanıyıram. “İnter”ə azarkeşlik edirəm və komandanıza bu mövsümdə uğurlar arzulayıram.

- Berlinin “Herta” komandasında işləriniz necə gedir?
- Hazırda biz 1-ci Bundesliqada çıxış edirik. İşlər pis deyil. Bu mövsümün sonunda “Herta”yla müqavilə müddətim başa çatır, ancaq hazırda bütün diqqətim bu komandaya yönəlib.

- Bəlkə müqavilə müddəti bitdikdən sonra Aleksandr İaşviliyə qoşulasınız?
- Bilmirəm (gülür). Bu barədə hələlik düşünməmişəm. Öncə dediyim kimi, hazırda yalnız “Herta” barədə düşünürəm, sonra nə olacağını hələlik bilmirəm.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail