Şahin Diniyev: "Futbolçuların texniki ustalığının yüksək olması məni qorxutdu"

25.11.2013 | 4025 dəfə oxunub

“Rəvan”ın baş məşqçisi Şahin Diniyevin Stadium.Az saytına müsahibəsi:

 - Çoxları “Qarabağ”ın “Rəvan”ı asan məğlub edəcəyini düşünürdü...

- “Qarabağ”ı düzgün şəkildə analiz etmişdik. O komandanın hər oyunçusu liderdir. Həm də, kollektiv şəkildə çox yaxşı - yaradıcı futbol oynayırlar. Oyunumuzu müdafiədən qurmuşduq, əks hücumlara çıxmaq isdəyirdik. Düzdü, əks hücumlarımız yaxşı alınmadı, amma 3-4 qol vəziyyətimiz də oldu. Heyətlə də bağlı problemlərimiz vardı. Kristian Torreslə Mişel Balokoqun oynamaması da təsirsiz ötüşmədi. Bunların yoxluğu orta xəttə böyük ziyan vurdu. 2 oyunçunun olmaması bizim üçün çox böyük itkidir. Komanda vuruşdu, motivasiya vardı. Hamısına təşəkkür edirəm ki, son kimi mübarizə apardılar. 1 xalı öz güclərinə qazandılar.

- Sizdən əvvəl AZAL-ın “Qarabağ”a qarşı birə-bir oynayıb bu komandanı büdrətməsi işinizə yaradı?

- Biz “Qarabağ”a qarşı belə oynamadıq, çünki futbolçularda fiziki güc o səviyyədə deyil. Belə oynaya bilərdik, sadəcə “Qarabağ”ın futbolçularının birə-bir oyunlarda texniki ustalığının yüksək olması məni qorxutdu. Biz çalışdıq ki, sığortalı oynayaq. Rəqibə boş zona vermədik, qapalı oynadıq və futbolçular da bir-birlərini yaxşı sığortalaya bildilər. Bunun hesabına oynadılar.

- Millinin oyunlarıyla bağlı yaranan qısa fasilə işinizə yaradı?

- Yaradı, 93 dəqiqə komanda ayaq üsdə qala bildi. Ancaq bu, böyük təkan deyil.

- “Sumqayıt”la oyundan sonra komandadan 6 oyunçunun göndəriləcəyini demişdiz, bunun təsiri oldu komandanın daha əzmlə oynamasına?

- O oyunla, bu oyun arasında fərq vardı.Bu dəfə meydanın hər qarşı uğrunda mübarizə apardılar və 93 dəqiqə dayanmadılar. “Sumqayıt”la oyunda isə komanda 30-cu dəqiqədən sonra dayanmışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail