Zaur Sissokonun sehrinə inanmır -MÜSAHİBƏ

14.12.2010 | 4840 dəfə oxunub

Zaur Əsədov ilyarımdır "Muğan"ın şərəfini qoruyur. MOİK-dən Salyan klubuna keçən yarımmüdafiəçiyə Almir Hurtiçin münasibəti heç də birmənalı olmayıb. Bosniyalı keçmiş baş məşqçinin çox vaxt ehtiyat oyunçular skamiyasında saxlaması üzündən praktikasını itirən Zaurun son kubok qarşılaşmasında da bəxti gətirmədi. "Bakı" ilə görüşün penaltilər seriyasında qeyri-dəqiqliyi "Muğan"ı turnirdən erkən uzaqlaşdırdı. O, günün ən bəxtsiz futbolçusu idi.

rn

- Kubokda "Bakı"nı da uda bilərdiz. Penaltilər seriyasında yalnız sənin bəxtin gətirmədi...

rn

- Oyuna əlavə vaxtda girmişdim. Hücüm çox idi, inanırdım ki, oyunu dəyişdirə bilərik. Axırıncı dəfə yadıma gəlmir ki, penalı nə vaxt qaçırmışam. Həmişə vurmuşam. Penal vuranda özümə arxayınam. Bu dəfə bir balaca həyacan keçirirdim, ancaq yenə özümü itirmirdim. Baş məşqçimiz Bəhmən Həsənov soruşanda ki, penalı vura bilərsən, dedim, hə. Qol olmadı, neyləmək olar.

rn

- Xalidu Sissoko topu gətirib sənə verəndə, bir çoxları kənardan söyləyirdi ki, zərbən qol olmayacaq. Bunu da seneqallı qapıçının topu tilsimləməsi ilə izah edirlər.

rn

- Belə şeylərə mən inanmıram. Ay, o, nəsə oxudu, başqa şey elədi - bunlara əhəmiyyət vermirəm. Mən adətən topun arxasına keçəndə qapıçıya fikir verirəm. Baxıram ki, reaksiyası hansı tərəfə ola bilər, diqqəti topdadır, yoxsa məndə. Zərbə vuran anda Sissoko yerindən tullanmayınca, əvvəlcədən ağlımdan keçən küncü nişan aldım. O da sanki bir anda nə etmək istədiyimi oxudu və zərbənin istiqamətini düzgün müəyyənləşdirdi. Komandamızın bir bu penaltiyə görə kubokdan kənarda qalması məni çox üzdü. Oyundan sonra özümə yer tapa bilmirdim. İki gün yatmadım. Gecə də gözümə yuxu getmirdi. 1/4-ə çıxmalıydıq. "Muğan" o gün "Bakı"dan yaxşı oynadı, qələbəyə layiq idik. Hər iki hissəni eyni səviyyədə keçirib, tez qol vursaq da, adi səhvdən əsas vaxt 1:1 qurtardı. Son dəqiqədə Taqım Novruzov uzaqdan qapı tirini nişan alanda da topu ona mən vermişdim.

rn

- Matçdan sonra paltardəyişmə otağında nə söhbət oldu?

rn

- Uşaqlara da mübarizədən kənarda qalmağımız pis təsir eləmişdi. Hamımız başa düşürük ki, bu futboldur, bəxtimiz gətirmədi.

rn

- Heç olmasa, ürək-dirək verdilər sənə?

rn

- Dedilər ki, fikir eləmə, bu gün bizim günümüz deyildi. Onlar mənə nə qədər ürək-dirək versələr də, penaltini qaçırmağım əhvalımı yaman pozmuşdu. O epizod hər dəqiqə yadıma düşür. Bundan sonra yüz elə epizod olar, birini də qaçırmaram. Qismətdir də. Keçdi getdi. MOİK-i, yaxşı ki, udduq. Az-maz təsəlli tapdım.

rn

- Ümumiyyətlə, yaratdığı qol vəziyyətlərinin sayına görə "Muğan" heç kimdən geri qalmır. Maraqlıdır ki, bundan ən az istifadə edən də sizin komandadır.

rn

- Düz deyirsiz. Mənə də bu maraqlıdır ki, niyə qol vura bilmirik. Salyanda qələbəyə daha yaxın oluruq. MOİK-lə oyun kimi. Baxımlı oyun oldu. Qol vəziyyətləri çox yaratdıq, istifadə edə bilmədik. Bu oyunda göstərdik ki, biz kollektiv futbolu bacarırıq. Əsas qələbəydi, 3 xalı mütləq qazanmalıydıq. Turnir cədvəlində bizdən aşağıda gedən komandalardan bir qədər də uzaqlaşmaq istəyirdik. MOİK qol buraxanacan ciddi müqavimət göstərdi. İkinci hissə isə tamamilə bizim üstünlüyümüz şəraitində keçdi. Rəqib heç nə edə bilməyib, topu cərimə meydançasından uzaqlaşdırmağa çalışırdı. İnanılmaz qol vəziyyətlərini boşa verməsəydik, 1:0 yox, daha böyük hesabla qalib gəlməliydik. Səfərdə də pis oynamırıq, sadəcə, bəxtsizlik bizdən əl çəkmir.

rn

- İlyarımdır Salyan klubunun şərəfini qorusan da, hələ də start heyətində möhkəmlənə bilmirsən. Nadir hallarda görürük ki, ilk dəqiqələrdən meydandasan.

rn

- Hurtiç mənə bir söz deyirdi, başqa şey eləyirdi. Start heyətində buraxdığı oyunda özümü yaxşı tərəfdən göstərirdim, üzümə tərifləyirdi. Deyirdi, səndə hər şey var, texnika, sürət. Verdiyim pasları bəyəndiyini söyləyirdi. Lakin o oyundan sonrakında məni saxlayırdı kənarda. Əvəzetmədən də buraxanda yenə özümü sındırmırdım, çıxıb komandaya kömək edirdim. Baş açmırdım ondan. Bilirsən, baş məşqçinin işinə qarışan deyiləm. Söz də deyəndə acığı tuturdu. Bir-iki dəfə dedim, qayıtdı ki, özüm bilərəm, işimə qarışma.

rn

- Necə bilirsən, baş məşqçi postunda dəyişiklik komandaya nə verdi? Almir Hurtiçdən sonra Bəhmən Həsənovla işləmək çətin deyil ki?

rn

- Hurtiçin son vaxtlarında uğursuz oyunlarımız çox oldu. Səkkiz oyun idi ki, qol vura bilmirdik. Komandanın oyunu itmişdi. Getmək vaxtıydı artıq. Onun futbolçulara münasibəti birtərəfliydi. Ən çox gətirdiyi futbolçulara şans verirdi. Onlar da ümidləri doğrultmadı. Səviyyələri göz qabağındaydı. Səhvləri çox idi. Hurtiçin ucbatından neçə futbolçu da komandadan çıxarıldı. Heç nəyə görə Vüsalla Fərruxu göndərdi. Uduzmağı yerli uşaqların üstünə atırdı. Ondan inciklik artmışdı. Deyən lazımdır ki, özün gedirdinsə, niyə o uşaqları çıxarırsan? Nə vaxt görürdü ki, gətirdiyi legionerlərin səhvindən uduzuruq, tez ört-basdır eləyirdi. Göndərdiyi uşaqların isə əziyyəti az olmamışdı.

rn

- Həsənov gələndən sonra nə dəyişib?

rn

- Komandanı çətin vəziyyətdə götürdü. Ab-hava yaxşı deyildi. Buna baxmayaraq, dörd oyuna iki qələbə qazanmışıq. Görsənir ki, komandada bir balaca da olsa, canlanma var. Bu da yeni baş məşqçinin əməyidir. Bəhmən Həsənov insan kimi də yaxşı insandır.

rn

- "Muğan" cari mövsümə иlk "altılıq" iddiası ilə başlamışdı. Rəhbərlik də, futbolçular da məqsədlərinin bu olduğunu birinci gündən deyirdilər. Ancaq qarşıya qoyulan məqsədə çata bilmədiz. Səncə, komandaya bu yolda əsasən nə mane oldu?

rn

- Hurtiçin gətirdiyi legionerlər ümidləri doğrultmadı. Keçən il daha yaxşı çıxış edirdik. Kollektiv oyun vardı. Jayda fikirləşirdik ki, Hurtiç səviyyəli legionerlər gətirər, biz də yüksək yerlər uğrunda mübarizə apararıq. "Altılığ"a düşəcəyimizə hər birimiz inanırdıq. Nə bilim, legionerlər komandanı gücləndirmədi.

rn

- Legionerlərin səviyyəsinin aşağı olmasından sən də şikayət edirsən. Nədir onların problemi ki, komandanı məqsədindən geri saldı? Düşdükləri yerə uyğunlaşmadılar, yoxsa başqa səbəblər də var?

rn

- Vallah, deyə bilmərəm başqa nə problemləri varıydı. Hurtiçin gətirdikləri bizimkilərdən üstün deyildi, aşağıydı. Jaxşı olsaydılar, çoxunu komandadan çıxarmazdılar ki. Adicə bir məşqdə görürdün ki, nə vəziyyətdədilər.

rn

- Gedənlər bilindi. Bəs qalanlar?

rn

- Kimi ki, yəqin, yaxşı gördülər, saxlayıblar. Xeyiri olanlar komandada qalıblar. Keçən çempionatın axırlarında komanda optimal vəziyyətə çatmışdı. İndi də şükür Allaha ki, özümüzə gəlirik.

rn

- Jayda "Gəncə"yə keçən Edis Kurtanoviç deyib ki, yeni komandası "Muğan"dan 10 dəfə güclüdür. Sən də gəncəlisən, vaxtilə orda çıxış etmisən. Bosniyalı qapıçının söylədiyi fikirlərlə razısan?

rn

- Mən deməzdim ki, "Gəncə" "Muğan"dan güclüdür. Onlar da bizim kimi komandadır. "Muğan"dan nə yuxarıdılar, nə aşağı. "Gəncə" də yaxşı, azərbaycanlı uşaqlardan yığılıb. "Gəncə" də birinci "altılığ"a iddialıydı. Belə görürəm ki, ikinci "altılıq"da olacaqlar. Hansı komandanın güclü olacağını orda görəcəyik, İnşallah!

rn

- Vüsal Hüseynov artıq "Gəncə"nin düşərgəsindədir. Qış fasiləsində ora qayıtmaq variantın var?

rn

- Yayda Fuad İsmayılov əlaqə saxlamışdı. Söhbət etsək də, sonradan onlardan səs çıxmadı. Gedib deyəsi deyildim ki, gəncəliyəm, götürün məni də. "Muğan"la 1 illik müqavilə bağladım, hələ 6 ay var. Burda rahatam.

rn

- "Muğan" 3 mövsümdür Premyer Liqada qüvvəsini sınayır və keçən sezonlarda gördük ki, klub son turlarda yerini güclə qoruyub saxladı. Bu dəfə də belə olmayacaq ki?

rn

- Son oyunlardakı kimi getsək, hələ çoxlarına örnək olacağıq. "Muğan" bu mövsüm birinci dəstəyə düşməyəcək. İkinci "altılıq"da birinci yer tutacağıq.

rn

- Əcnəbi məşqçiylə də işləmisən, yerlilərlə də. Hansıyla asandır?

rn

- Legioner məşqçilər yerli futbolçulara o dərəcədə inanmır, ancaq özününküləri qabağa salır. Yerli məşqçilərdə bu cəhət yoxdur. Onlar bizi daha yaxşı tanıyır. Dilimizi bilirlər, oyunumuza bələddirlər. Bəhmən müəllim yerli uşaqlara güvənir. Hansı birini meydana buraxır, çıxıb özünü hərtərəfli göstərib. Gəlməylə də işləmək olar. Amma onlar düzgün işləmir. Rəqabət yaratmırlar. Kim güclüdür, o da oynamalıdır. Hurtiçin vaxtında isə rəqabət zəif idi. Amil Ağacanovu götürün. Feyziç neçə dəfə səhv buraxdı, amma Amilə şans vermədi. Bu gün belə deyil, Bəhmən müəllim də baxır ki, yerlilər oynamaq üçün yanırlar.

rn

- Fərrux İsmayılov "Muğan"da maliyyə probleminin olduğunu bildirib. Pulunuzu vermirlər bəyəm?

rn

- Maaş uzağı, 1-2 gün gecikə bilər. Verməmək söhbəti yoxdur. Yalandan deyə bilmərəm ki! Hansı oyunu da udmuşuqsa, mükafatımız çatıb.

rn

- Yerli futbolçular legionerlərə görə çempionatın səviyyəsinin artmadığını deyir.

rn

- Bu çempionat elə keçənilki səviyyədədir. Güclü komandalar az deyil. "Altılıq" sistemi aranı qatıb. Birinci alttı komanda arasına düşməyənlərə maraq çox az olur. Elə bilirsən ki, onlar Premyer Liqada mübarizə aparır, sən isə birinci dəstədə oynayırsan.

rn

- Çempion hansı komanda olacaq, səncə?

rn

- Hələ bilmək olmaz. Altı-yeddi komandanın şansı var. "Qarabağ" çempionata yaxşı başlamadı, ancaq bir də gördün, "altılıq"da hamını uddular. Hələ ki heç bir komanda seçilmir.

rn

Əlisahib



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail