Əfran İsmayılov: "Bakı" çempionluq haqda yox, Avroliqaya getmək barədə düşünməlidir" MÜSAHİBƏ

05.12.2013 | 18474 dəfə oxunub

"Bakı"nın futbolçusu Əfran İsmayılovun Stadium.az saytına müsahibəsi:

- Zədən nə yerdədi?  

- Pis deyil, hələlik yaxşılığa doğrudur. Örən gün bir daha həkim müayinəsindən keçdim. Əslində, “Sumqayıt”la oyunda meydana çıxmaq istəyirdim, amma həkimlər dedi risk etməyim. Zədə daha da ciddiləşə bilər. Buna görə də oynamadım.

- Nə vaxt meydana dönəcəksən?

- Bir həftə də çalışmaları yerinə yetirib, sonra oynaya biləcəm. Məşqlərimi edirəm, özümü qoruyuram. Bir həftəyə hər şey bitəcək və komandama kömək etməyə hazır olacam.

- “Bakı”nın qeyri-stabil çıxışı davam edir. Səncə yerin görünür?

- Belə   məqamlara toxunmaq istəmirəm. Bunu baş məşqçi və sizlər yaxşı bilirsiz. Ancaq əvəzolunmaz futbolçu yoxdur. Mənim yoxluğumda “Xəzər Lənkəran”ı 3:0 hesabıyla uddular. Burda qeyri adi nəsə yoxdur.

- Liderdən 10 xal geri qalırsız...

- Demirəm çempion olacağıq, amma niyə də olmasın?! Komanda yeni yığılıb, baş məşqçi təzədir. İndidən çempionluqdan danışmaq bizim üçün tezdir. Hətta Avroliqaya getmək bizim üçün daha yaxşı olardı. Çempionluq vədi vermək olmaz, boş-boş söhbətdir. Hamı Avroliqaya getmək üçün düşünməlidir.

- “Bakı”nın sərgilədiyi futbol səni qane edir?

- Razıyam, komanda qeyri-stabil çıxış edir. Bu da gözlənilən hal idi. Çünki komanda da təzədir, baş məşqçi də. Bundan başqa zədəli futbolçuların da çoxluğu bizə problem yaradır. Əsas odur ki, heyəti gücləndirib, qışdan sonra daha yaxşı çıxış edək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail