Almeyda: " Top qapıya getmir" MÜSAHİBƏ

05.12.2013 | 5004 dəfə oxunub

"Qarabağ"ın aparıcı üzvü Riçard Almeydanın müsahibəsi.

- AZAL-ı məğlub edərək 1/4 finala yüksəldiniz. Bu oyunla bağlı düşüncələrinizi bilmək istəyərdim.
- AZAL-ı tanıyırdıq və çətin olacağını bilirdik. Həmişəki kimi təkə-tək futbol oynayırlar. Biz əlimizdən gələni elədik ki, "Qarabağ" qalib gəlsin. Daha üst səviyyədə çıxış etdiyimizə görə komandanı təbrik edirəm.

- Qırmızı vərəqəyə kimi demək olar ki, istədiyiniz oyunu sərgiləyə bilmirdiniz. Buna səbəb nə idi?
- AZAL yaxşı müdafiə olunur. Onların bu müdafiəsini yarmaq çətin olur. Bundan əlavə rəqibin futbolçuları sərt oynayırlar. 

- Premyer Liqada həftəsonu "Neftçi" ilə vacib oyuna çıxacaqsınız. Bununla bağlı nə deyərdin?
- Çətin oyun olacaq. İnanıram ki, ilk dövrədəki matçdan fərqli, bu dəfə azarkeşlər daha gözəl oyun görəcəklər.

- "Neftçi"dəki braziliyalı dostlarınla bu matç öncəsi söhbət etmisənmi?
- Yox. 

- Flavinyonun bağışlanmasından yəqin ki, xəbərin var...
- Bəli. Bizə kimin oynamasının fərqi yoxdu. Kim oynayır oynasın, fərq etməz...

- Artıq bir neçə turdur ki, qol vurmaqda çətinlik çəkirsən.
- Top qapıya getmir. Bir neçə dəfə zərbə endirsəm də, hədəfə düşə bilmirəm.

idmanxeber.com



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail