Rəşad Sadıqov: "Bakı" ilə oyuna ciddi itkilərlə çıxacağıq" MÜSAHİBƏ

08.12.2013 | 6404 dəfə oxunub

"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun idmanxeber.com saytına müsahibəsi.

- Rəşad oyun haqda nə deyərdin? Səncə, azarkeşlər əsl derbi izləyə bildilərmi?

- Derbiyə layiq oyun oldu. Sonda şükürlər olsun ki, qələbə qazandıq. Qarşıda hələ  bizi uzun marafon gözləyir. "Neftçi", elə "Qəbələ" də asan rəqiblər deyil ki,onlardan uzaqlaşasan.

- Vüsal Əliyevin idarəçiliyində ciddi səhvlər olmadı ki?

- Hakimlik normal idi. Oyundan əvvəl, biz, həm Sadiqov,  həm də mən hakimə "kiməsə simpatiya bəsləmə, kim layiqdirsə, o da qələbə qazansın" dedik. Oyunun nəticəsinə təsir edən səhv olmadı, sadəcə  mərkəzdə səhvləri var idi,  Vüsalın özü də fasilədə bir neçə səhvinin olduğunu etiraf etdi.

- Penalti epizodunda Mahir Şükürovla aranızda mübahisə yarandı. Nə məsələ idi?

- Elə də ciddi şey deyildi. Sadəcə Namiq Yusifovu topla arxadan vurdular, onu müzakirə edirdik.  Hardasa, aramızda anlaşmazlıq olmuşdu,  məsələni zarafatla sonlandırdıq.

- Artıq "Qarabağ"ı qış çempionu hesab etmək olar?

- İndidən qış çempionu olduğumuzu demək çətindir, qarşıda iki çətin oyun var.  "Bakı" ilə oyuna ciddi itkilərlə çıxacağıq, mən bu gün 4-cü sarı vərəqəmi aldım və qarşıdakı oyunu buraxmalı olacam. Rəqiblərlə xal fərqimiz elə də böyük deyil ki, indidən deyək ki, qış çempionuyuq. Hər itirilən xal mühüm rol oynayır.

- Flavinyonun bağışlanması sizi oyuna daha da motivasiya etdi?

- Belə oyunçuların derbidə olmaması oyuna marağı azaldır. Mən tərəfdaram ki, bu cür oyunlarda komanda tam heyətlə oynasın. Flavinyonun bağışlanması bizə problem yaratmadı, o güclü futbolçudur, ona qarşı oynamaq çətin olur.

- Mahir Şükürovun son açıqlamasında benzinin bahalaşması ilə bağlı demişdi ki, SOCAR pulsuz benzin verir. Bu barədə nə deyə bilərsən?

- Mahir Şükürov zarafatcıl oğlandır. Yox, SOCAR bizə pulsuz benzin vermir. Hələ "Neftçi"də oynayanda da sponsorumuz SOCAR idi, amma onda da pulsuz benzin verilməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail