"Sizə görə öz ölkəmdə legioner olmaq nəyimə lazımdı?" MÜSAHİBƏ

10.12.2013 | 5398 dəfə oxunub

Millinin aşağı yaş qruplarında Rusiyadan, Dağıstandan olanları görməyə adət etmişik. U-17 və U-19-da özünü yaxşı tərəfdən göstərənlər Azərbaycanda komanda da tapırlar. "Sumqayıt"ın yarısı Dərbənddən o yana gələnlərdi. Vəli Qasımovun U19-u çalışdırdığı dönəmdə, Litvada keçirilən Palanqa turniri ərəfəsində Taqir Musalovu düşərgəyə almışdı. Mahaçqala doğumlu forvard millimizin şərəfini qorumaqdan imtina eləmişdi. Hazırda isə “Anji”nin əsas komandasındadı. Bəxtinin gətirdiyini söyləyir. Deyir, 2 il öncə dəvəti qəbul etsəydi, Hacı Hacıyevdən bu jesti gözləməyəcəkdi.


Taqir, "Anji"də oynayırsan. Azərbaycana gəlmədiyinə görə sevinirsən?

- Mənim üçün hər şey qaydasındadı. Komandamıza bu yaxınlaradək çox pul buraxırdılar. Belə də ki, Süleyman Kərimov artıq baxmadığından indi maliyyə cəhətdən problemlərimiz var.

Ulduzların gedişi işinə yarıyıb. İndi əsas heyətə görübürlər səni.

- Eto`O-ya o qədər pul verirdilər, ancaq hərdənbir qol vururdu. Onlar oynayan vaxt Hacı Hacıyevin bizi komandaya götürəəyinə inanmaq olmazdı.

Azərbaycandan səni hansı klub  istəmişdi?

- Nəyə lazımdı ki, indi bu?

Nəyimə lazımdı? Burda gizlədiləsi nə var?

- İlk dəfə yığmaya çağırmışdılar. U-19-a.  Ancaq Azərbaycanda oynasaydım, Rusiyada legioner sayılacaqdım. Ona görə də orda qalmadım.

Qulaq as, Azərbaycanlılarla qohumluğun var?

- Mən təmiz dağıstanlıyam. Azərbaycanlılardan heç kimlə tanış deyiləm.

Dostun da yoxdu?

- Hamısı dağlılardı. Mənə azərbaycanlılardan dost olmaz. Azərbaycanlıları tanımadan niyə belə danışırsan?

- Nə isə.. Bu haqda danışmaq istəmirəm.

U-19-da səni incidiblər? İndi qız kimi küskün danışırsan...

- Heç kim  mənim xətrimə dəyə bilməz. Azərbaycanlılar mənimlə yaxşı rəftar edirdi toplanış vaxtı. Nələrsə xoşum gəlmədi.

Danışırsan, axıracan danış. Deyinən ki, filan məsələyə görə qalmadım. Yalandan legioner söhbətini atmısan ortalığa.

- İstəyirsən, inanma. Legioner söhbətidi.

Səni nə vaxt çağırmışdılar?

- Bir il bundan əvvəl. Yığmanız Avropa çempionatına hazırlaşırdı. Mən də iki günlük gəldim və qayıtdım. Vəli Qasımov özü çağırmışdı. Dedi ki, baş məşqçi mənəm, gəl, hər şey yaxşı olacaq.  Maraqlandım və söylədilər ki, yaxşı futbolçu olub.

Bayaq dedin ki, legioner olmaq istəmədiyindən, yığmamızda qalmadın. Guya,  Qasımovun təklifini qəbul edib gələndə bunu bilmirdin?

- Həmin vaxt heç nə. Elə bilirdim ki, rusiyalılar Azərbaycanda legioner sayılmır. Eldar Cankişiyev də mənimlə bir vaxtda gəlmişdi.

Qasımovun xoşuna gəlmişdin?

- Mən də, Cankişiyev də

Yoxlama oyunlarında forma geyindin?

- Xatırlamıram. Dəqiq bilirəm ki, ciddi oyunlar deyildi. Toplanışda olduğumuz vaxtı yerli klublarla oynamışdıq.

Qol vura bildin?

- Yox.

Ona görə özünü belə yuxarıdan aparırsan?

- Kim, mən?

Yox, mən…

- Məni Avropa çempionatında oynamaq üçün çağırmışdılar. Ancaq Vəli Qasımov mənə dedi ki, sənə Azərbaycan pasportu düzəldək gərək. Rusiya vətəndaşlığından çıxmaq istəmədim. Axı “Anji”də legioner sayılacaqdım. Nəyimə lazımdı ki, Azərbaycan millisinə görə öz ölkəmdə legioner olum?

Onda özünü kimə göstərmək üçün gəlmişdin yığmaya?

- Tanıyanlar bilir ki, özündənrazı deyiləm. Düzdü, yığmanızda özüm oynamaq istəmədim. Yalnız və yalnız legioner söhbətinə görə.

Gedəndə baş məşqçi sənə yalvarmadı?

- Heç nə deməsə də, hiss elədim ki, incidi məndən.

Ürəyini ala bilməzdin?

- Onu yox. Ordan «Rubin»ə getdim. Mən Braziliya futbol məktəbində məşq edirdim, oyunlara çıxırdım.

“Sumqayıt”dan kim çağırdı?

- Millidəki məşqçilər. Gəldiyim vaxt istədilər. “Sumqayıt”da elə yığmadakı uşaqlar oynayır.

Sənə kim dedi buları?

- Uşaqların özləri.

Niyə gəlmədin?

- “Sumqayıt” nəyimə lazımdı? Nə olsun ki, cavan uşaqlar oynayır. Puldan, şəraitdən  heç danışmadıq. Dedilər, gəl “Sumqayıt”a, əsas heyətdə oynayacaqsan. Rusiyada oynamaq istəyirəm.  Gəlsəm, karyeram eniş gedəcək. Sizdə texnikalı uşaqlar çoxdu.

Gördün?

- Gördüm. Amma uğur qazana bilmirlər.

Səbəbini tapdın?

- Hardan bilim? Yəqin birlik yoxdu.

Toplanış vaxt hiss elədin bunu?

- İki gün oldum cəmi. Bu vaxtda heç nə hiss etmək olmur.

Yəqin əsas millidən çağırsaydılar, legioner olmağa razılıq verərdin, hə?

- Əsas millidə? Ora məni indidən heç kəs götürməz.

Berti Foqtsu tanıyırsan?

- Niyə tanımıyım ki… Onu hamı tanıyır Rusiyada. Foqts çağırsaydı, gələrdim.

Məncə, sən hələ “Anji”də əsas heyətə düşsən, yaxşı olar...

- Bu dəqiqə onu fikirləşirəm. Rusiyanın heyətində bir gün Azərbaycana qol vuracam.

Havayıdan xəyallar qurursan. Rusiya millisində rus olmayanlara münasibət yaxşı deyil.

- Kim deyir? Münasibət başqadı, ancaq komandaya düşmək olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail