Fatih Kavlak Mustafa Dənizli və Yuri Syomindən danıdı - MÜSAHİBƏ

16.12.2013 | 6630 dəfə oxunub

“Qəbələ”nin keçmiş baş məqçisi Fatih Kavlakın Stadium.az saytına müsahibəsi:

- Fatih bəy, necəsiz, nə işlə məğulsuz?

- Hazırda bir işlə məşğul deyiləm, Akarada ailəmlə bir yerdəyəm. Türkiyə Super Liqası, PTT 1-ci liqası, Azərbaycan Premyer Liqası və avropadan bəzi komandaların oyunlarını izləyirəm. Futboldan uzaq qalmıram. Zatən qala bilmərəm,  çünki futbol həm mənim işim, keyf aldığım bir çəşğuliyyətdir. İşləsəm də, işləməsəm də, həyatım bundan sonra da futbolla keçəcək.  Əslində, uzun zaman işlədikdən sonra belə bir araya – istirahətə ehtiyacımın olduğunu da gördüm. Məşqçilikdə belə zamanları çox yaxşı dəyərləndirmək lazım gəlir və mən də bunu edirəm.

- Heç iş təklifi almısız?

- Bəzi komandalarda işləmək imkanım oldu, ancaq danışıqlar istədiyimiz kimi yekunlaşmadı.

- “Qəbələ”nin hazırkı vəziyyəti barədə nə düşünürsüz?

- “Qəbələ”nin son durumunu izləyirəm. Dediyim kimi Azərbaycan Premyer Liqasıyla çox yaxından maraqlanıram. Gözlədiyim kimi çox yaxşı bir mövsüm keçirirlər. Bu mövsüm üçün yeni baş məşqçinin komanda və Azərbaycan futbolunu tanıması üçün az da olsa probleminin olmasını düşünürdüm, amma bunu da ən yaxşı şəkildə arxada qoydular. Hazırda çempionatın yarısı başa çatıb və “Qəbələ”nin vəziyyəti yaxşıdır.

- Həmyerliniz Mustafa Dənizli “Xəzər Lənkəran”a gəldi. Necə qarşıladınız bunu və o, burada uğurlu olacaqmı?

- Mustafa hocanın “Xəzər Lənkəran”a gəlməsini normal qarşıladım. Tam səmimi deyirəm ki, bundan öncə də bunu təxmin edirdim. Məncə çox uğurlu olacaq orda. Çünki “Xəzər Lənkəran”da 2-3 ildir əksik olan komandada özünəgüvənin olmamasıdır. Mustafa Dənizlinin də ən böyük üstünlüyü klubu və futbolçuları uğura inandırmaqdır. Dənizlinin bunu orda da edəcəyinə inanıram. “Xəzər Lənkəran”dad a uğur qazanmaq üçün hər cür şərait var. Çox qısa zamanda “Xəzər Lənkəran”ın tribunalarının dolacağına və komandanın yuxarı pilləyə qalxacağına əminəm.

Ümid BABA



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail