"Məqsədimiz yüksək yerlər olduğundan "Bakı"ya qalib gəlməliyik" MÜSAHİBƏ

20.12.2013 | 4641 dəfə oxunub

"Qəbələ"nin qapıçısı david Piterzkeviç Stadium.az-a müsahibə verib


- Ötən həftə "Neftçi"yə son dəqiqədə uduzduz. Mahir Şükürov zərbə vurarkən ağlına gəldi ki, Mahirin zərbəsi qol olacaq və uduzacaqsınız?

Yox uduzacağımıza inanmırdım. Mən heç oyundan əvvəl də uduzmayacağımıza inanırdım. Çünki yaxşı komandamız var və hamını məğlub edəcəyik. Cərimə zərbəsi təyin ediləndə təhlükə olacağını gözləyirdim. Yalan nə deyim ki? Bilirdim ki, qapıya zərbə olacaq. Amma matçın 1:1 hesabı ilə başa çatacağına inandım. Mahir isə əla vurdu və qələbəni gətirdi.

 İki qol buraxsan da bir neçə real qol vəziyyətində yaxşı oynadın...Melvin Platyenin 3-4 epizodda fərqlənməsinə mane oldun...

- Elədi. Qapıda olanda bütün topları çıxartmaq istəyirəm. Xoşum gəlmir mən olanda qapıya qol vurulsun. Doğurdan çox əsəbləşirəm bundan. Platye də oyuna yaxşı girdi. Ardıcıl zərbələr endirdi. Güclü zərbələr idi. Amma mən qol vurmasına mane oldum. Heyf Mahirin zərbəsi dəqiq alındı. Çox istəyərdim ki, həmin zərbəni çıxardıb komandaya bir xal qazandırım.

 Məğlubiyyəti elə bir bu cərimə zərbəsinin üzərinə atmaq olmaz. Özün də yaxşı bilirsən. Qapıçılar meydanı daha yaxçı görür deyirlər. Ümumi götürəndə, “Qəbələ” niyə “Neftçi”yə uduzdu?

- Necə deyim? Çox səbəbləri var məğlubiyyətimizin.

 Əsas səbəbi yaxşı?

 - Bəlkə də Müşqviqin qırmızı vərəqə alması bizi “sındırdı”. İnanmıram ki, 11 nəfərlə oyunu bitirsək, məğlub olardıq. Əminəm ki, qalib də gələ bilərdik.

 Bunu nəyə inanıb deyirsənki?

 Axı biz əks-hücumlar edirdik. “Neftçi” son dəqiqələrdə hücuma daha çox atılmışdı. Bilmək olmazdı bəlkə də onları əks-hücumda tutub ikinci qolu vurardıq. Bu cür danışmağa nə varki? Fakt budu ki “Neftçi”yə istəmədən məğlub olduq.

-  “Simurq”la oyun yadına düşmədiki?

 Hansı mənada?

 Son dəqiqə qoluna görə....

 -  Hə, düz deyirsən. Açığı, matçdan sonra uşaqlarla elə bu haqda da danışırdıq. “Simurq”la oyunun son dəqiqələrində biz qalib gələ bilmirdik. Amma son hücumda qolu vurduq və üç xalı qazandıq. İndi də “Neftçi” bizim kimi sevindi. Futboldu da nə etmək olar? Bu dəfə “Simurq”un vəziyyətinə biz düşdükş Bir məğlubiyyətə görə, heç nə itirilmir. Hər şey qarşıdadı.  “Bakı” ilə oyuna hazırlaşmalıyıq.

- Dieqo Kostanın zədələnməsindən sonra qapıya keçdin. Darıxmışdın oynamaq üçün?

- Elədi. Amma mən tez-tez oynayırdım. Uzun müddət deyil ki.

Kostanın zədələnməsini özün üçün şans hesab edirsən?

Mən həmişə birinci qapıçı olmaq istəyirəm. Hər zaman əsas qapıçı olacaqsan deyə də bir şey yoxdu. GƏrək öz şansını gözləyəsən. Axır-əvvəl şans gəlir. Həmin vaxtı da ondan yaxşı yararlanmaq lazımdı. Bütün məşqçilərə də göstərmək istəyirəm ki, həqiqətən də birinci qapıçı olmağı ürəkdən istəyirəm.

- İkinci dövrənin son oyununda “Bakı” ilə qarşılaşırsınız. Hansı nəticəyə ümid edir “Qəbələ”?

 Komandamız çoc güclüdü. Məqsədimiz də yüksək yerlərdi. Ona görə ikinci dövrəni qələbə ilə başa vurmaq istəyirik.

 - Mövsüm sonunda komandanı avrokubokda görmək nə dərəcədə inandırıcıdı?

 Əlbəttə, avrokuboklara düşə bilərik. Bu çox inandırıcıdı.

- Bir ara Polşa klubuna keçidin gündəmdə idi. Niyə alınmadı?

- "Qəbələ"yə gəlməmişdən əvvəl Polşa yüksək liqasında oynayan klublardan təklif gəlmişdi. Amma getmək istəmədim.

Kosta qayıdandan sonra əsas heyətdəki yerini itirəcəyindən qorxmursan?

Buna baş məşqçi qərar verəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail