Tahir Süleymanov: "Elvin Yunuszadəyə etdiyi kobudluğa görə təşəkkür etməlidirlər" - MÜSAHİBƏ

25.12.2013 | 6199 dəfə oxunub

"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanovun Stadium.az saytına müsahibəsi:

- İntizam Komitəsinin son iclasında siz və klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəyə 5 oyunluq cəza verilib. Həm də klubu 10 min manat ziyana salmısız...

- Biz cəza və cərimələr barədə nəsə demirik. AFFA İntizam Komitəsi qərar verib və bu da onların işidir, buna etiraz etmirik. Sadəcə olaraq, oyunun AFFA nümayəndəsi və hakimi barədə də ciddi ölçülər götürülməlidir. AFFA nümayəndəsinin qanunla heç bir ixtiyarı yoxdur ki, bir komanda barədə fikir yürütsün, onlar barədə açıqlama versin. Bunu Hakim-inspektorlar komitəsinin sədri Gülağa Cabbarov da vurğulayıb, düz də deyir.

- Klub olaraq AZAL – “Neftçi” oyununun baş hakimi Orxan Məmmədovun cəzalanmasını istəyirsiz?

- Söhbət təkcə bundan getmir. Azərbaycanda çox güclü hakimlik məktəbi olub və yenə də var. 10-15 il bundan qabakı kimi indi hər oyun meydana girib hakimləri döymürlər. Onlara hər cür şərait yaradılıb.Xarici ölkələrdə toplanışlar keçirilir, təhlükəsizlikləri son dərəcə qorunur. Bizim vaxtımızda isə heç Bakıda da toplanış keçə bilmirdik. Hakimlər barədə təbii ki, ciddi ölçülər götürülməlidir. Hakim oyunda səhv buraxır, bundan sonra cəzalanmayanda ötən dəfə düz etdiyini düşünür və səhvlər etməyə davam edir. Bax bunların qarşısını almaq lazımdır. Onlar özlərində məsuliyyət hiss etməlidirlər.

- AZAL-la oyunda komandanızın futbolçuları Elvin Yunuszadə və Mahir Şükürova verilən qırmızı vərəqələri haqlı sayırsız?

- Biz bununla bağlı etiraz etməmişik ki, nə də AZAL klubuyla bağlı bir problemimiz var. Bizi hakim uduzdurdu. Dahha əvvəlcə rəqibin futbolçusu Şemonayev dəfələrlə bizim oyunçulara qarşı aşkar kobudluqlare etdi və buna görə sarı vərəqlər almalıydı ki, qırmızla da oyundan çıxmalı idi. Ardınca rəqib qapıya penalti verilmir, qapıçı cərimə meydançasından kənarda əllə oynayır, qırmızı almalıydı, hakim yenə susur. Sonra hakimin fitinə məhəl qoymayaraq topu nümayişkəranə şəkildə kənara vuru, sarı vərəqə olmalıdır, yenə yoxdur. Bax bunlarla hakim oyuna nəzarəti itirdi, bizim komandanın futbolçuları da referinin təxribatına getdilər. Hər dəfə kiçik bir etiraza görə sarı vərəqə ilə cəzalandırılırdılar. Hakim oyunun ipini buraxdı, sonra da yığa bilmədi, əvəzində bizi yıxdı.

- Nədənsə son oyunlarda “Neftçi”yə qarşı hakim səhvləri adi hal alıb...

- Siz çox düz buyurduz. Biz son oyunlarda 3 dəfə məğlub olmuşuq. “İnter”lə oyunda da bizim məğlub olmağımızın səbəbkarı baş hakim olub, AZAL-la matçda da. “Qarabağ”la oyunda isə rəqib bizdən güclü idi. Uduzduq, qapımıza penalti də təyin edildi, amma qarşılaşmadan sonra rəqibi təbrik etdik. Çünki həmin gün rəqib bizdən daha yaxşı oynadı və layiqli qələbə qazandı. Hakimlərdən boş yerə narazı qalsaydıq, o oyunda da bunu edərdik.

Hakim səhvləri təkcə bizə qarşı da olmur. “Qarabağ” – “İnter” oyununda Cumbiyoya qaşı kobudluğa görə “İnter”li futbolçuya qırmızı vərə verilmirsə, gəlib Elvin Yunuszadəyə etdiyi kobudluğa görə təşəkkür etməlidirlər. Daha sonra yenə “İnter”in qapısına penalti təyin edilmədi. Hakim səhvləri artıq çoxalmaqdadır, amma qarşısın alan yoxdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail