"9 il litseydə oxuyandan sonra universitet imtahanlarında 571 bal toplayaraq..." - MÜSAHİBƏ

30.12.2013 | 4755 dəfə oxunub

“Neftçi”nin əvəzedici komandasının yarımmüdafiəçisi Orxan Qurbanlı klubun rəsmi saytına müsahibə verib:


- Bildiyimizə görə futbol məşğul olduğun yeganə sahə deyil. Yüksək bal toplayaraq ali məktəbə də daxil olmusan...

- Hazırda futbolla bərabər təhsilimi də davam etdirməyə çalışıram. 9 il litseydə oxuyandan sonra universitet imtahanlarında 571 bal toplayaraq Azərbaycan Dövlət İqtidsad Universitetinin Mühasibat uçotu və audit fakültəsinə daxil oldum. İkinci kurs tələbəsiyəm.

- Təhsil və futbol: bunlar bir-birinə mane olmur ki?

- Mənim üçün hərəsinin öz yeri var. Təhsilin idmana yalnız xeyri dəyə bilər. Peşəkar futbolçu olmağı qarşıma məqsəd qoymuşam. Həvəslə məşq etməyimə səbəb “Neftçi”də gənc futbolçulara daha çox şans verilməsi və onların mütəmadi olaraq əsas komandaya cəlb olunmasıdır. Universitetdə müəllimlərim də “Neftçi”də oynadığımı bilir və vacib yarışlarda müəyyən güzəştlər edirlər. Amma digər tələbə yoldaşlarım kimi mən də bütün dərslərdə iştirak edirəm və bu baxımdan heç kimdən geri qalmamağa çalışıram.

- Artıq əsas komandaya da dəvət olmusan...

- Mən “Neftçi”yə 2005-ci ildə gəlmişəm. Hələ o vaxtdan yalnız bir məqsədim var idi: əsas komandaya düşmək. İndi bu istəyimi gerçəkləşdirməyə yaxınam. Düşünürəm ki, əsas komandada möhkəmlənib, “Neftçi”nin aparıcı üzvlərindən birinə çevriləcəyəm. Düzdür, əvvəllər valideynlərim deyirdilər ki, daha çox dərslərimə fikir verim. Amma mən onların istəyini reallaşdırmaqla yanaşı, öz arzularımı da gerçəkləşdirməkdəyəm.

- Səncə, təhsilli idmançı daha hansı üstün keyfiyyətlərə malikdir?

- Həm təhsil, həm də dünya görüşü hər bir sahədə olduğu kimi, futbolda da insanın köməyinə çatır. Belə olduqda futbolçu qarşısına daha böyük məqsədlər qoyur, komanda yoldaşları ilə davranışında və meydanda nizam-intizamı ilə seçilir. Mən futbolu seçsəm də, təhsilimi də mümkün olduğu qədər davam etdirəcəyəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail