“Neftçi”də bu iş bütün yaş qruplarında sistemli şəkildə aparılır". - MÜSAHİBƏ

31.12.2013 | 4875 dəfə oxunub

“Neftçi” PFK-nın əvəzedici heyətinin baş məşqçisi Asim İbrahimov klubun rəsmi saytına müsahibə verib: 

- Qış fasiləsinədək olan dövrü necə qiymətləndirirsiz?

- Çempionatın ilk yarısını turnir cədvəlinin 5-ci pilləsində başa vurduq. Əlbəttə, turnir cədvəlində “Neftçi”nin adına layiq yer tutmağa çalışırıq, amma ən vacib məsələ əsas komanda üçün gənc və yerli oyunçular yetişdirməkdir. Hazırda komandada çıxış edən futbolçulardan bir neçəsi yaxın gələcəkdə əsas heyətin üzvləri ilə rəqabət aparmaq gücündə olacaqlar.

- Komandanın nəticələrini qənaətbəxş hesab edirsiniz?

- Təbii ki, nəticələrdən razı deyilik. Hesab edirəm ki, turnir cədvəlindəki mövqe komandanın oyunu və potensialı ilə üst-üstə düşmür. Düşünürəm ki, qış fasiləsindən sonra nəticələrimizi daha da yaxşılaşdıracağıq. Mövsümün əvvəlində öz oyunumuzu göstərməkdə bir az çətinlik çəksək də, son 4-5 turda komanda bacarığının 30-40 faizini nümayiş etdirə bildi. Əsasən bu yaşda olan futbolçular stabil çıxış etməkdə müəyyən çətinlik çəkirlər ki, bu da başadüşüləndir. Biz onları fiziki, taktiki, texniki məşqlərlə yanaşı, psixoloji cəhətdən də hazırlamağa çalışırıq.

- Heyətdəki futbolçulardan kimləri fərqləndirərdiniz?

- Futbolçuların hamısı məşqlərdə həvəslə çıxış edirlər. Bu günlərdə klub rəhbərliyi və məşqçilər korpusunun iştirakı ilə keçirilmiş toplantıda gənc futbolçuların çıxışı analiz edildi və onlardan bir neçəsinin əsas komanda ilə birgə təlim-məşq toplanışına qatılması nəzərdə tutulub. Komandamızda sağlam rəqabət mühiti var və öz oyunu ilə fərqlənən hər bir futbolçu bilir ki, onun üçün əsas komandanın qapıları açıqdır.

 

- Əsas komandaya çağırılan futbolçuların yoxluğu hiss olunacaqmı?

- “Neftçi”də bu iş bütün yaş qruplarında sistemli şəkildə aparılır. Qış təlim-məşq toplanışı zamanı 1996 və 1997-ci il təvəllüdlü futbolçular arasında seçimlər edib, ən yaxşıları əvəzedici heyətə cəlb edəcəyik. Aşağı yaş qruplarındakı futbolçuların çxışını mütəmadi olaraq izləyirik. Bir neçə futbolçu artıq nəzərimizdədir və fikrimcə, onlar heyəti gücləndirmək iqtidarındadırlar. Bu həm də onların özlərini sübut etməsi üçün bir fürsətdir.

 - Komanda çempionatın ikinci hissəsinə necə hazırlaşacaq?

- Rəhbərlik komandanın yaxşı hazırlaşması üçün hər cür şərait yaradıb. Qış fasiləsində Bakıda iki mərhələdən ibarət təlim-məşq toplanışı keçəcəyik. İlk mərhələ yanvarın 6-dan 11-dək, ikinci mərhələ isə ayın 12-dən 25-dək baş tutacaq. Çalışacağıq ki, “Neftçi” adına layiq çıxış etməklə yanaşı, əsas komandaya gənc yerli istedadlar hazırlasın.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail