"Bakı"nın futbolçusu: "İnanıram ki, "Lans"da oynamağın öhdəsindən gələ biləcəyəm" - MÜSAHİBƏ

08.01.2014 | 7485 dəfə oxunub

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Valentin Qranatkinin xatirə turnirində iştirak edən 1996-97-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığma komandasının və “Bakı” klubunun yarımmüdafiəçisi Mahir Mədətov affa.az saytına müsahibə verib: 


 - Turnir barədə təəssüratların necədir?

- Bu turnir komandamız üçün hazırlıq baxımından əla şansdır. Çünki bu yaş qrupunda olan futbolçular ilk dəfədir yığmada bir yerə yığışır. Düzdür, bu yarışa qədər Bakıda təlim-məşq toplanışında olmuşduq. Lakin komandamızın nəyə qadir olması məhz belə turnirlərdə özünü göstərir. Əsas məqsədimiz qarşıdakı Avropa çempionatının seçmə mərhələsində uğurlu çıxış etməkdir.
 
- İlk qarşılaşmada yarımmüdafiənin sol cinahında çıxış edirdin. Demək olar ki, komandamızın bütün hücumları da məhz həmin mövqedən başlayırdı. Lakin Çexiya ilə qarşılaşmada mövqeyini dəyişmişdin…

- Əslində, Çexiya yığması ilə qarşılaşmaya da sol cinah yarımmüdafiəçisi kimi başladım. Lakin sonradan məşqçinin qərarı ilə mövqeyimi dəyişdim. Sol cinahda əsas işim rəqibin cərimə meydançasına daha çox asmalar etmək idi. Baş məşqçimiz Çexiya yığması ilə görüşdə məni sağ cinaha keçirməklə qapıya daha çox zərbələr vurmağımı istədi. Mövqeyimin dəyişməsi komandamızın məğlubiyyətinə səbəb ola bilməz. Çünki komanda bir futbolçudan ibarət deyil. Lakin etiraf edim ki, yunanlarla oyunda göstərdiyim əzmkarlıq məni bir qədər yormuşdu. Buna görə də Çexiya ilə qarşılaşmada istənilən oyunu nümayiş etdirə bilmədim. Halbuki bu qarşılaşmada qələbə qazanmağı daha çox istəyirdik. Sadəcə, oyunumuz alınmadı.
 
- Bir qədər də klubdakı çıxışın barədə. Yayda “Portu”ya keçidin barədə xəbərlər yayılsa da, keçid reallaşmadı…

- Bu işlərlə “Bakı” klubunun rəhbərliyi məşğul olurdu. Mənim işim isə, sadəcə, onlardan cavab gözləmək idi. Sonradan mənə “Lans”a gedəcəyim barədə xəbər verdilər. Bu turnirdən sonra məsələnin reallaşacağı gözlənilir.
 
“Lans”ın əsas komandasında oynayacaqsan?

- Bəli.
 
- Amma “Bakı”da əvəzedici komandada çıxış edirsən…

- Düzdür, “Bakı”da əsas komandada çıxış etməsəm də, onlarla birgə məşq edirəm. Əsas komandanın futbolçularından çox şey öyrənirəm.
 
- Etiraf edək ki, “Lans” kimi klubun əsas heyətinə düşmək o qədər də asan deyil…

- Məncə, hər bir çətinliyin öhdəsindən gəlmək olar. Bunun üçün istək lazımdır. Çox xoşum gələn bir deyim var: “ Ağıllı insanlar üçün futbol çox rahat oyundur”.
 
- “Lans”ın oyunlarını izləmisənmi?

- Oyunlarının videoyazılarını izləmişəm. Bu komandada daha çox fiziki güc tələb olunur. İnanıram ki, bunun öhdəsindən gələ biləcəyəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail