Naci Şensoy: “Rəvan” Premyer Liqada qalarsa, bu, uğur sayılacaq" - MÜSAHİBƏ

08.01.2014 | 5954 dəfə oxunub

Naci Şensoyun "publika.az" saytına müsahibəsi:

- “Rəvan”a gələn Güvənc Kurtar “Mustafa Denizliyə rəqib olmağa gəlirəm” deyib. Kurtar Denizlinin komandasına rəqib olacaq bir heyət qura biləcəkmi?

- Güvenç Kurtar Türkiyənin sayılan təcrübəli məşqçilərindəndir. Düzdür, son illərdə bir balaca işsiz qaldı. Təcrübəsi ilə hər hansı bir kluba çox şey verə bilər. Ancaq onun Mustafa Denizlili “Xəzər Lənkəran”a rəqib olması mümkün deyil. Çünki buna “Rəvan” klubunun büdcəsi və iddiası yetməz. Bura “Rəvan” rəhbərliyinin qeyri-peşəkar yanaşmalarını da əlavə etsək, bu istəyin gərçəkləşməyəcəyi daha inandırıcı sayıla bilər. Məncə bu il “Rəvan” Premyer-Liqada qalarsa, bu uğur sayılacaq.


- Mövsüm ərzində 4-cü məşqçi ilə çalışan “Rəvan” Güvençlə dəyişə biləcəkmi?

- Dediyim kimi, “Rəvan” rəhbərliyi işə qeyri-ciddi yanaşır. Öz səhvlərini məşqçilərə yükləməkdə liderdirlər. Bir məşqçini komandanın başına gətirməmişdən əvvəl onun haqqında yaxşı araşdırma aparmalıdırlar. Güvəndikləri məşqçiyə vaxt verməlidirlər. Heç bir məşqçinin əlində “sehrli dəyənək” yoxdur. Bütün dünyanın peşəkar rəhbərləri nə edirlərsə, onlar da eynisini etməlidirlər. Məşqçiləri “günah keçisi” qismində görməməlidirlər. Sadaladıqlarımı etdikdə uğur özü gələcək.


- Güvenç və Denizli tanıdıqları səviyyəli futbolçuları komandalarına cəlb edə bilərlərmi?

- Bu sual birbaşa klubların büdcəsi ilə bağlıdır. Peşəkar futbol bazarında futbolçudan çox nə var ki?! Sən puldan danış... Məncə Denizli bu məsələdə Kurtardan daha şanslıdır. Çünki iki klubun arasında büdcə məsələsində çox böyük fərq var. Ümid edirəm doğru və lazımı futbolçuları tapıb komandalarını gücləndirərlər.


- Azərbaycanın futbol təsərrüfatına bələd olan adam kimi proqnoz verməyinizi istərdik - Güvenc və Denizli Azərbaycanda uzun müddət çalışa biləcəklərmi?

- Peşəkar məşqçi çamadanını hər zaman hazır tutmalıdır. “Xəzər Lənkəran” Denizlidən öncə də adlı-sanlı məşqçi Con Toşakı gətirmişdi, amma gördüyünüz kimi, uğurlu ola bilmədi. Bundan əlavə “Bakı” klubuna Şefer gəldi və o, da uğursuz oldu. Azərbaycanda - “Turan”da 3 dəfə çalışmış və uğurlu olmuş bir məşqçiyəm. Uğur qazanmış məşqçi hər zaman işinə çox ciddi yanaşmalıdır, yoxsa xəyal qırıqlığına uğraya bilər. “Xəzər Lənkəran”, xüsusilə də “Rəvan” rəhbərliyi bu iki məşqçiyə yetərincə vaxt tanısalar, məncə işləri uğurlu olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail