Milinko Pantiç: "Azərbaycanda həyatımın ən ağır 6 ayını keçirdim" - MÜSAHİBƏ

10.01.2014 | 5005 dəfə oxunub

“Bakı”nın baş məşqçisi Milinko Pantiç İspaniya mətbuatına müsahibəsini təqdim edirik: 


- Yenidən İspaniyada, bizim aramızdasınız...
- Bəli. Amma bu uzun müddətə deyil. Çünki Azərbaycanda çempionat fevralın 2-də davam etdiriləcək. Bu ölkənin yüksək liqasında 10 komanda 4 dövrədə mübarizə aparır. Bundan başqa kubok yarışı da var. İndi mövsümün ikinci yarısına yaxşı hazırlaşmalıyıq.

- Siz Marbelyada hazırlıq keçəcəksiniz?
- Biz çempionata İspaniyanın cənubunda hazırlaşacağıq. Biz qarşıdakı oyunlarda uğurlu çıxış edib avrokuboklaar yüksəlmək istəyirik. Bununla da nəyə qadir olduğumuzu göstərməliyik.

- Bakı və Azərbaycan haqda nə düşünürsünüz?
- Futbol hər yerdə futboldur. Bizim çempionat kifayət qədər güclüdür və heç bir rəqiblə oyun asan deyil. İnsanlar düşünə bilər ki, Azərbaycan futbolda heç nəyə nail ola bilmir. Rusiya ilə sərhəd olan bu ölkədə kifayət qədər maraqlı futbolçular var. Futbolun inkişafı üçün vaxt lazımdır. Mən gəldiyim ilk gündən bəzi dəyişikliklər etdim.

- Altı aydır Azərbaycandasız. Rastlaşdığınız ən maraqlı hadisə hansıdır?
- Mən bu haqda kitab yaza bilərdim və həmin kitab bestseller olardı. Mən həyatımın ən ağır 6 ayını keçidim. Amma xoşbəxtəm. Mən daha məsuliyyətli olmuşam. “Atletiko”nun prezidenti Migel Anhel Hilin təklifi ilə ora getdiyimə peşman deyiləm.

- Yəqin ki dil problemi böyükdür...
- Heç bir dil problemi yaşamıram. Özündənrazılıq olmasın. Amma bir neçə dil bilirəm. Keçmiş SSRİ respublikası olduğundan mənim də 8 il öyrəndiyim rus dilindən istifadə edirik. Düzdür öz tərcüməçim də var. Ümumilikdə müxtəlif dillərdən, o cümlədən ispan dilindən də istifadə edirik.

- Komandanızda neçə millətin nümayəndəsi var?
- Serb, makedoniyalı, sloveniyalı, kiprli və yunan dilində də danışıram.

- Bakının çox gözəl şəhər olduğunu deyirlər...
- Bu həqiqətən belədir. Bakı çox gözəl şəhərdir. 10 il də inkişaf etsə, yeni Dubay olacaq. a çatacaq. Əsas problem külək və onun güclü əsməsidir. Onlar mənə deyir ki. sən hələ külək görməmisən.

- Bəs yeməklər...
- Hər şey var. Bu da çox yaxşıdır.

- Yəqin orada çalışmaq asan deyil...
- Çünki onlar başqa cür öyrəşmişdi. Mən isə dəyişikliklər etməklə özümə düşmən qazandım. Lakin mən iddialı insanam və klub rəhbərliyi də eyni dərəcədə iddialıdır. O da komandasını Azərbaycan futbolunun zirvəsində görmək istəyir. 2-3 ilə bu mümkün olacaq.

- Qarşıda “Atletiko” – “Barselona” oyunu var. Bu matç haqda nə düşünürsüz?
- “Barselona” ilə rəqib olmaq mənim üçün ən gözəl şeydir. Həmin matçda 10 dəqiqə meydanda olmaq üçün hər şeyimi verərdim. Karyeramın ən yaddaqalan oyunları məhz kataloniyalılara qarşı olub.

- 1996-cı il aprelin 10-nu unutmamısız da?
- Həyatımın ən dəyəli anı idi. Vurduğum qol sayəsində “Barselona”nı 1:0 hesabı ilə məğlub edib İspaniya kubokunu qazandıq.

- Yəqin ki, tribunalar da dolacaq?
- “Atletiko” azarkeşləri hamıdan yaxşıdır. Amma mən “Bakı”nın belə azarkeş dəstəyinin olmasını istəyirəm. Orada 500, ən çoxu 2000 tamaşaçı gəlir. Lakin 57000 azarkeşin qarşısında texniki zonada əyləşmək ayrı şeydi.

- Qarşıdakı oyuna proqnoz verə bilərsiz?
- Bilmirəm. Amma 2:1 və ya 1:0 hesablı qələbə məni qane edər.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail