Fariz Yusifov: “Hakimlik əsl kişi sənətidir” - MÜSAHİBƏ

“Nə vaxta kimi hakimlik edəcəyimi Allah bilir”

05.02.2014 | 5145 dəfə oxunub

Hakimlərin Antalya toplanışının ilk günlərində FİFA referilərimizdən biri ilə müsahibə götürəcəyimi əvvəlcədən qərarlaşdırmışdım. Amma hansı ilə? Seçim imkanım geniş olsa da, sonda onlardan birinə üstünlük verməli idim. Seçimim Fariz Yusifov oldu. Digərləri ilə müqayisədə onu lap çoxdan tanıyırdım. Hələ futbolçu olduğu dövrdən. Hətta hakimliyə yenicə başladığı vaxtlarda jurnalistlərdən ibarət eyniadlı komandanın heyətində Gürcüstana birgə səfər etmişdik. Digər tərəfdən dostluq münasibətlərimiz olduğundan Farizlə söhbətləşmək bir qədər rahat idi. Digər tərəfdən isə... bəlkə mentalitetimizdə olanözümünkünü qabağa verimyanaşması oldu. isə... Yusifovla söhbətə hakimlərin hazırlıq prosesindən başladıq:

Artıq bu toplanış ənənə halını alıb. Hakimlərimiz klublarımızdan geri qalmayaraq hazırlıq prosesini xaricdə keçirlər. Müasir futbolun tələblərinə cavab vermək üçün bu tip toplanışlara ehtiyac böyükdür. Bu toplanışda hazırlıq prosesi həm fiziki, həm nəzəri baxımdan plan üzrə getdi bəhrəsini çempionat oyunlarında görəcəyik. Baxmayaraq ki, birincilikdə oyunlar getdikcə çətinləşir, hakim səhvləri minimuma enməlidir. Düşünürəm ki, son hazırlıqlardan sonra istəyimizə çatacağıq.

– 6- ildir ki, hakimlər hazırlıq məqsədilə Antalyaya toplaşırlar. Hazırlıq prosesinin yüksək səviyyədə keçməsinə baxmayaraq, yenə kobud hakim səhvləri ilə qarşılaşırıq. Bundan başqa yoxlama oyunlarını yüksək səviyyədə idarə etmələrinə baxmayaraq hakimlərimiz yerli çempionatda özlərinə bənzəmirlər. Səncə, səbəb nədir?

İnandırım ki, toxunduğunuz məqam bizim ağrılı yerimizdir. Buradakı yoldaşlıq görüşlərini çox rahat, demək olar ki, səhvsiz idarə edirik. Amma çempionat oyunlarında qədər çalışsaq da, səhvlərdən qaçmaq olmur. Bunu da hakimlərin psixoloji durumu ilə əlaqələndirirəm. Hakimlikdə psixoloji durum əsas faktorlardan biridir. Bizdə bu durum istənilən səviyyədə deyil. Deməzdim ki, təkcə kənar təzyiqlərə görə hakimlər səhv buraxır. Onsuz da bizim birincilikdə məğlub olan komandaların əksəriyyəti məğlubiyyəti hakimlərin üzərinə yıxırlar. Mətbuat da onların hakimlər haqqında dediklərini dərc edir. Bundan başqa oyundan əvvəl sonrahətta oyunun gedişində bizə ünvanlanan  təhqirlərə dözmək çətindir. Burada oyunların getdikcə artan ağırlıq dərəcəsi əleyhiminə olan başlıca faktorlardandır. Psixoloji durumun qaydasında olması üçün çox çalışmalıyıq. Ələlxüsus da gənc hakimlər.

Fariz, necə ildir hakimlik edirsən?

– 1998-ci ildən. 16 ildir.

– 16 il hakimlik edən, Avropa təcrübəsi olan Fariz Yusifovun da psixoloji durumu qaydasında deyil? İlk iki dövrədə kobud səhvlərlə yadda qaldın.

İnkar edə bilmərəm, səhvlərim var idi. “RəvanlaSumqayıtın oyununda qırmızı vərəqəni gec verməyim əsas səhvlərimdən biriydi. Bilirsiniz, oyunun son dəqiqələrində futbolçuya xəbərdarlıq edəndə adətən qeyd aparmırıq, yadda saxlayırıq. Çünki, qeyd aparmaq əlavə vaxt itkisidir uduzan komandanın etirazına səbəb olur. Ən böyük səhvim isəSumqayıt” – “Neftçioyununda oldu. Futbolçunun əllə topu qapıdan keçirməsini görməmişdim. Bəlkə həmin vaxt hava şəraiti mənə mane olmuşdu. Güclü külək əsirdi, zərbə güclü idi, həm futbolçu topa əllə toxunanda topun trayektoriyası demək olar ki, dəyişməmişdi. Bəhanə gətirmirəm, səhvimi boynuma alıram. Videotəkrara baxandan sonra gördüm ki, oyunçunun əli topa azacıq toxunmuşdu. Bu səhvi indi özümə bağışlaya bilmirəm.

O ki qaldı psixoloji durumumaməni bu günə kimi ayaqda saxlayan psixoloji durumum özünəinam hissidi. Hakim ilk növbədə özünə inanmalıdımən hakiməm yaxşı hakimlik edəcəmGənc hakimlərlə söhbətimdə həmişə onlara bildirmişəm ki, hakim olmaq yox, yaxşı hakim olmaq vacibdır.

Yaxşı hakim olmaq üçün lazımdır?

İlk növbədə savad intellektual qabiliyyətə malik olmalıdır. Bundan başqa özünə fikir verməlidir. Yəni, səhhətini sağlamlığını qorumalıdır, meydandan kənarda hərəkətlərinə fikir verməlidir. Qaydaları bilmək psijoloji durum da öz yerində. Hakim istər sıravi futbol azarkeşlərinə, istərsə futbolçulara nümunə olmalıdar.

Sadaladıqlarınızı hansı gənc hakimlərdə görürsünüz? Ümumiyyətlə, toplanışda iştirak edən gənclərdən hansı daha perspektivlidir?

Ad çəkməyəcəm, burada olan gənc hakimlərin hər biri gələcəkdə Azərbaycanı yüksək səviyyədə təmsil etmələri üçün potensiala sahibdir. Çox istərdim ki, onların hamısı yaxşı hakim olsun. Özlərindən çox şey asılıdır. Bu tip toplantılarda ilk dəfə iştirak edən gənclər var. Bizim hazırlıq prosesində çəkdiyimiz əziyyəti gördülər, ağırlığı çiyinlərində hiss etdilər. Papaqlarını qarşılarına qoyub fikirləşməlidilər, sonacan bu rejimə dözə biləcəklərmi? Bakıda həftədə 2-3 dəfə məşq etməklə yaxşı hakim olmaq mümkün deyil.

əcəb Antalyada idarə etdiyiniz oyunlara görə qonorar almırsınız?

Açığı, heç bilmirəm bizim idarə etdiyimiz oyunlara görə menecerlər pul ödəyirlər ya yox. Düzü, bu məni heç maraqlandırmırda. Bizim məqsədimiz oyunları almaqdır. Yəni, bizə qədər çox oyun tapşırılsa, o qədər xeyrimizədir. Praktikamız artır. Burada olduğum müddətdəRubin” – “Kayseri Ərciyəzsporoyununu idarə etdim. Yatsam, yuxumada girməzdi ki, hazırlıq prosesində belə bir oyunda hakim olacam. Bunun özü yaxşı haldır ki, həm səviyyəli oyunda hakimlik edirsən, həm oyun praktikan artır. Bu cür təcrübə yeri gələndə qonorardan qat-qat önəmlidir.

Qonorardan söz düşmüşkən, Premyer Liqada verilən pul səni qane edirmi?

Qonorarın məbləği ilə bağlı heç bir etirazım yoxdur. Ola bilər ki, hakim hər hansı bir səhv üzündən bir ay oyunlara təyinat almasın. Deməli, pulsuz qalacaq. Özümdən deyirəm, pulsuz qalmamaq üçün Fariz Yusifov gərək daim öz üzərində çalışsın. Həyat belədir, səhvləri bağışlamır.

Dərslərin gedişində müəyyən epizodların təhlilində təcrübəli Asim Xüdiyev Xaqani Məmmədovun fikirlərinə etiraz etdiyinizi gördüm...

Hətta elə hal oldu ki, Asim müəllim, Xaqani müəllim mənim fikirlərim üst-üstə düşdü, amma bir neçə gənc hakim etiraz etdi. Əlbəttə, bu yaxşı haldır. Hər bir hakimin qəti fikri olmalıdır. bu fikrini UEFA-nın təlimatlarına uyğun əsaslandırmalıdır. Dərslər məhz mübahisəli epizodlarda fikir mübadiləsi aparmaq, düzgün qərar vermək üçündür. Dediyiniz bu məqama bütün dərslərdə rast gəlinirdi bunu müsbət hal kimi qəbul edirəm.

İndən belə neçə il hakimlik etmək fikrindəsən?

Daxili birincilikdə baş hakim kimi 48 yaş son həddir. vaxta kimi hakimlik edəcəyimi Allah bilir. Sağlamlıq əsas şərtdir. O da Allahın əlindədir.

Yaman pessimist danışdın. İnşallah 48 yaşında da hakimliyinin şahidi olarıq. Bəlkə bir qədər keçmişiqurdalayaq”?

Keçmişi unutmaq olmaz. Buyur.

İlk idarə etdiyin oyun yadındadır?

Əlbəttə. 3 ay idi ki, futbolu atmışdım. MOİK- Olimpiya yığma komandamız arasında yoldaşlıq oyunu keçirilirdi. Avqust ayının 18-i, bazar günü idi. Oyun saat 5- başlayırdı mənə dedilər ki, hakimlik edəcəksən. Çox həyəcanlı idim. Qarşılaşma heç-heçə başa çatdı. Belə baxanda, pis hakimlik etməmişdimHətta, oyundan sonra olimpiyaçılarımızın baş məşqçisi Vaqif Sadıqov yaxınlaşaraq əlimi sıxdı. Hakim kimi ilk dəfə məni təbrik edən Vaqif müəllim olub. Amma əsl hakim kimi özümü 2004- ildə hiss eləmişəm. Artıq ağır oyunlarla təyinat alırdım bu oyunlardan sonra fikirləşdim ki, yaxşı hakim ola bilərəm.

FİFA referisi kimi ilk oyunun da yəqin ki, yadında qalıb.

Bir sirr açacam – 2005-ci ildə mən, Vüsal Əliyev Babək Quliyev FİFA-ya təqdim olunanda ingilis dilinin ucbatından namizədliyim keçərli olmadı. Məktub gəldi ki, bu hakim ingilis dilini təkmilləşdirməlidir mənə 1 il təyinat gəlmədi. 2-ci dəfə mənim namizədliyim irəli sürüləndə gözləmədiyimiz halda Çempionlar Liqasının ilkin mərhələsində AndorranınReyncerskomandası ilə MoldovaŞerifi arasında keçirilən cavab oyununa təyinat aldım. İlk oyunda moldovanlar minimal hesabla qalib gəlmişdilər. Hətta o vaxt Hakimlər Komitəsində hamı təəccüblənmişdi ki, birdən birə Farizə Çempionlar Liqasının ilkin mərhələsinin oyununu tapşırıblar. Onda mənim köməkçilərim Elman Musayevlə Azər Əsgərov idilər. Babək Quliyev isə 4- hakim idi. Avropa səhnəsində ilk çıxışım olmasına baxmayaraq indiyə kimi ən yüksək qiyməti – 8,5 balı həmin matçdakı idarəçiliyimə görə almışdım. Köməkçilərimin çıxışı isə 8,4 balla qiymətləndirilmişdi. Həmin oyun heç vaxt yadımdan çıxmaz. İlk dəfə meydanda liqanın himnini  eşidərkən, bildim ki, burada hakimlik etmək başqa bir aləmdi. İndiyə kimi Çempionlar Liqasının ilkin mərhələsini məndən başqa yalnız İmamxan Sultani idarə etmişdi. Gələcəkdə gənc hakimlərimizə bu hissləri yaşamağı arzulayıram.

Nəyə görə bizim hakimlərə belə oyunlar verilmir?

Burada təkcə hakimlik əsas rol oynamır. Klublarımızdan, millidən çox şey asılıdır. Əgər onlar qabağa gedə, qrup mərhələsinə düşə bilsələr, UEFA məcbur olub hakimlərimizə daha yüksək səviyyəli oyunlar tapşıracaq. Klublarımız uğur qazana bilmirlər deyə, UEFA-da fikirləşir ki, əgər komandaları bu səviyyədədirsə, hakimləri elə olacaq. İnanıram ki, yaxın gələcəkdə klublarımız uğur qazanacaq gənc hakimlərimizi Çempionlar Liqası, Avroliqa kimi samballı turnirlərin qrup mərhələsində görəcəyik. Buna potensialımız gücümüz çatır.

Neçə ildir ki, hakimlik edirsən. Hansı futbolçunu ilk dəqiqələrdən həvəslə meydandan qovardın?

Səmimi sözümdü, heç kimə antipatiyam yoxdur. Amma bir məqamı qeyd edəcəm. İndiyə kimi heç bir futbolçu mənə qarşı istər meydanda, istərsə meydandan kənarda təhqiramiz ifadə işlətməmişdi. TəkcəSumqayıtın kapitanı Samir Abbasovdan başqa. Neçə ildir ki, bir-birimizi tanıyırıq. Şər atdı ki, guya oyun vaxtı onu söymüşəm. Bu haqda mətbuatda da xəbərlər getmişdi. Üstəlik, məni söydüyünü bildirmək azmış kimi, bunu düz etdiyini demişdi. Etiraf edirəm, belə hərəkətdən sonra bir insan kimi ona hörmət eləmirəm. Xəbəri oxuduqdan sonra Samiri tapa bilmədim. Sözü var idisə, kişi kimi gəlib üzümə deyərdi cavabını da alardı. Day, mətbuatda çıxış eləməyin yeri yox idi.

Bəs, elə futbolçu olubmu ki, ona olan simpatiyaya görə müəyyən xətalarına göz yumubsan?

Simpatiya bəslədiyim futbolçular çoxdu. Məsələn, “Qarabağın kapitanı Rəşad Sadıqovu misal gətirə bilərəm. Həm insani keyfiyyətləri ilə, həm hakimlərə göstərdiyi köməkliyə görə bu futbolçuya rəğbətim var. Amma intizamla bağlı heç kimə güzəştə getməmişəm.

Tarixdə bir neçə fakt var ki, hakmi oyunun gedişində özünə qırmızı vərəqə göstərib. Heç fikrindən  bu formada tarixə düşmək keçib?

Qırmızı vərəqə yox, amma oyundan sonra hansısa qərarı səhv verdiyimi biləndə pis olmuşam, özümü məzəmmət eləmişəm. Mənim indiyə kimi idarə etdiyim bütün oyunların çəkilişlərindən ibarət kolleksiyam var. Tez-tez həmin çəkilişlərə baxıram, səhv qərar verdiyimi görəndə özümü tənqid edirəm.

Hansı köməkçilərlə işləmək daha asandır? Amma ad çəkəcəksən...

Hər birinə böyük hörmətim var. Heç biri inciməsin, son zamanlar ən ağır oyunlara təyinat almışam. Belə oyunlarda yaxşı hakimlik etməmdə mənə Elman Musayevlə Azər Əsgərov çox kömək ediblər. İndi Hakimlər Komitəsinin belə bir siyasəti vargəncləri təcrübəli hakimlərlə eyni oyuna salırlar ki, hazırlıqları artsın. Onların arasında istedadlıları var. Amma hakimlik karyeramda adlarını çəkdiyim 2 nəfərin mənə hamıdan çox köməyi dəyib.

– “Bəyin oğurlanmasında jurnalist rəhmətlik Həsən Turabova sual verir ki, yenidən dünyaya gəlsəniz bu sənəti seçərdiniz...

Bildim demək istəyirsən. İndən belə 10 dəfə doğulsam hakimlik sənətini seçərdim. Çünki, hakimlik əsl kişi sənətidir.

Söhbətləşdi: İlqar TAĞIYEV (Hakimlərin Antalya toplanışından)

“Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail