Rəşad Abdullayev: “Bakıya sərfəli nəticəylə qayıdacağıq” - MÜSAHİBƏ

28.06.2011 | 5038 dəfə oxunub

"Neftçi"nin yarımmüdafiəçisi RəşadrnAbdullayev klubun rəsmi saytına müsahibə verib. Təcrübəli futbolçu "Neftçi"Nin ÇempionlarrnLiqasının ikinci təsnifat mərhələsindəki rəqibi olan Zaqrebrn"Dinamo"sunu  dəyərləndirib.

rnrn

- Çempionlar Liqasında "Neftçi"ni şərəflirnvə məsuliyyətli sınaq gözləyir. Komanda Zaqreb "Dinamo"su ilə oyunarnnecə hazırlaşır?

rnrn

- Düşünürəm ki, avrokuboklara vəsiqə qazanan hərrnbir komanda qitə arenasında layiqli çıxış etmək üçün əlindən gələni edir.rnKomandalar bütün mövsümboyu daxili çempionatda məhz Avropaya çıxmaq, titulrnqazanmaq üçün böyük işlər görür. Bizim əsas hədəfimiz Avropada uğurla çıxışrnetməkdir. Bunun üçün rəqibin kimliyi bizi düşündürmür. Hazırlıqlarımız yüksəkrnsəviyyədə keçir. Artıq Türkiyədəki hazırlıq prosesi arxada qalıb. Növbətirntəlim-məşq toplanışı isə Avstriyada olacaq.

rnrn

- İlk oyunun səfərdə olması "Neftçi" üçünrnmüsbət haldır?

rnrn

- Futbolda əvvəllər qarşılaşmadığın rəqiblə ilkrnmatçı səfərdə keçirmək daha əlverişlidir. Mən bu komandaya qarşı avrokuboklardarnmübarizə aparmışam. Həmin görüşlərdə "Dinamo" açıq futbolarnüstünlük verən komanda təsiri bağışlayırdı. Ancaq eyni zamanda yaxşı müdafiərnolunurlar. Son mövsümdə onların heyətində təcrübəli futbolçularla yanaşı, xeylirnsayda gənc oyunçu çıxış edir. Bunun səbəbi isə Zaqreb klubunun əsas məqsədlərindənrnbiri gənc futbolçuları yetişdirərək, Avropa ölkələrinə satmaq olmasıdır. Bununrnüçün onlar qitəmiqyaslı yarışlarda hər zaman uğurla çıxış etməyi hədəfləyirlər.rnÜmumiyyətlə, ilk oyunda qazanılacaq nəticədən çox şey asılıdır. Biz meydandarnvar gücümüzlə mübarizə apararaq, baş məşqçimizin tapşırıqlarını meydanda həyatarnkeçirə bilsək, Bakıya sərfəli hesabla qayıdacağımıza inanıram.

rnrn

- "Dinamo"nun azarkeşləri Avropada ənrnçılğın fanat ordularından biri kimi ad çıxarıb. Bu amil futbolçularımıza təsirrnedə bilərmi?

rnrn

- Mən "Maksimir" stadionunun atmosferirnilə yaxından tanışam. Onlar oyunun ilk 15 dəqiqəsində doğma komandalarınırnçılğıncasına dəstəkləyirlər. Məhz buna görə onların azarkeşləri Avropada ənrngüclü fanat ordularından biri hesab olunur. Ancaq rəqib layiqli futbol nümayişrnetdirdiyi zaman, qonaq komandanı alqışlamağı da unutmurlar. Birdə ki, oradarnstadionun tribunaları yaşıl meydandan çox aralıdır. Azarkeş dəstəyininrnfutbolçularımıza təsir edəcəyini düşünmürəm. "Neftçi"nin heyətində özrnyığma komandalarında çıxış edən bir çox təcrübəli futbolçu yer alır.rnÇalışacağıq ki, Çempionlar Liqasında gözəl oyun göstərib, azarkeşlərimizərnsevinc hisləri bəxş edək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail