"Vüsal Əliyev Araza qırmızı vərəqə göstərəndə, şoka düşdüm" MÜSAHİBƏ

01.03.2014 | 6131 dəfə oxunub

"Neftçi"nin məşqçisi Bəxtiyar Musayev Stadium.az-a müsahibə verib

 

- Araz Abdullayevin qırmızı vərəqə epizodunda hakimlərə çox sərt şəkildə etiraz etdiniz...

- Epizod düz bizim gözümüzün qabağında oldu. Təbii ki, futbolda udmaq da var, uduzmaq da. 0:2 hesabı ilə geridə olmağımıza baxmayaraq, oyunun çox hissəsi qarşıda idi. Necə olacağını söyləmək olmazdı. Ona görə də Araz Abdullayev göstərilən qırmızı vərəqəni anlamadım. Orada nəinki vərəqə, heç cərimə zərbəsindən belə söhbət gedə bilməzdi. Əvvəl elə bildim, sarı vərəqə göstərəcək. Hələ sarı vərəqəyə etiraz etmək istəyirdim. Ancaq Vüsal Əliyev Araza qırmızı vərəqə göstərəndə, şoka düşdüm.

Vüsal Əliyevin yanına gedib ona nə dediz?

-  Mən ona gördüyümü dedim. Dedim ki, Vüsal vallah qırmızıya yaxın bir şey də yoxdu. Ona görə etirazımı bildirdim. “Qarabağ”ın kapitanı Rəşad Sadıqova da təşəkkürümü bildirirəm. Eşitdiyim qədərilə Vüsal Əliyevə deyib ki, mümkündüsə qırmızı vərəqəni ləğv elə 11 nəfərlə oynasın rəqib də.

- Sizcə, ləğv edərdi?

- Gördüyüm qədərilə Vüsal bir də yan xətt hakiminə yaxınlaşdı. Dəqiqliyi ilə deyə bilmərəm. Amma deyəsən, Vüsal yan xətt hakiminə yaxınlaşdı ki, bəlkə ləğv edim. Yəni səhv eləmirəmsə, belə söhbət oldu. Ancaq Rəşadın Vüsala dediyini dəqiq eşitdim.

- Konkret deyirsiz ki, Araz Abdullayevə haqsız yerə qırmızı vərəqə göstərildi?

- Vallah orada qırmızılıq heç nə yox idi. Epizod düz gözümün qabağında oldu. Neçə illərdi futbol aləmindəyəm. Gördüyümü deyirəm. Mən hər şeydən əvvəl insanam. Niyə yalan danışım ki? Həmin epizodlara bir də baxılacaq onsuzda. Mənim üçün insanlıq hər şeydən üstündü.

- Ancaq qırmızı vərəqə məğlub durumda olan “Neftçi”ni bir az da ruhdan saldı. Elədi?

- Qarşıda yarım saat var idi. Futboldu, necə olacağını bilmək olmazdı. Lənkəranda da “Xəzər”i 2:0 udurduq, sonda bir xal qazana bildik. Yəni deməyim odu ki, qırmızı verilməsəydi nəsə etmək olardı. Qırmızı vərəqə yersiz idi. Nə oldu, elə hər oyunda bizə qırmızı vərəqə göstəriləcək? Qırmızıya qalsaydı, elə ilk dəqiqələrdə Riçard Almeyda qovulmalı idi. Onun Nfora qarşı arxadan açıq-aşkar vurduğu zərbə tam qırmızılı epizod idi. Baxaq görək qırmızı vərəqəyə o epizod yaxındı, yoxsa Arazın?

- Vüsal Əliyevin bu oyunda “Neftçi”yə qərəzi var idi?

-  Bahodir Nasimovun penalti epizodu var idi. Orada şübhəli qaldım. Oyundan sonra ayağını da göstərdi, şişmişdi. Özü də deyir ki, qapıçıları məni tapdaladı, həm də əli ilə itələdi. Bir də bu qırmızı vərəqə epizodu. Onu da yan xətt hakimi elədi, Vüsallıq bir şey yox idi.

- Son oyunlarda qələbə qazana bilməməyinizdən sonra komandada psixoloji gərginlik var?

- Birdən-birə dörd oyunçumuzun qırmızı vərəqə alması bizə təsir etdi. Sizə bir şeyi deyim də. Mahir Şükürov ədəbsiz jest etdi və cəzasını aldı. Bir misal çəkəcəm, amma elə bilməyin ki Mahirə haqq qazandırıram. Deməli, “Rəvan”-İnter” oyununda rəqibin oyunçusu Laşa Salukvadze qol vurulandan sonra, çox biədəb hərəkət edir. Mahir əlini göstərmişdisə, bu day demirəm nə etdi. “Rəvan” da bunu gördü. Niyə ona cəza verilmədi? Bir sıra “İnter”lilər bu cür tərbiyəsiz hərəkətlər ediblər. Orada barmaq yox e, başqa şeylər olmuşdu. Mahir edib, böyük də səhv edib. Ona haqq qazandırmıram. Sadəcə niyə, “Neftçi”yə qarşı cəzalar ağır, sərt olmalıdı? Matçdan sonra rəqibin oyunçuları və məşqçiləri təbrik etdim. Rəqiblər işimiz yoxdu. Hakimliklə bağlı etiraz edirik. Məsələn, Karlos Kardoso və Bruno Bertuççiyə də “Xəzər Lənkəran”la matçda qırmızı verdilər. Sadəcə niyə məhz 4 oyun verdilər? Niyə 3 yox, 5 yox məhz 4 oyun? Baxsaq görərik ki, 4 oyun sonra hansı komanda ilə oynayırıq. Yəni bunları araşdırmaq lazımdı.

- Appelyasiyaya müraciət edəcəksiz?


- Mütləq. Oyunun protokoluna da qeyd edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail