Mustafa Dənizli "Xəzər Lənkəran"a görə "Fənərbaxça" və "Qalatasaray"ı rədd etdiyini açıqladı - MÜSAHİBƏ
"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizlinin Türkiyənin ünlü "Milliyət" qəzetinə müsabiəsini təqdim edirik:
- Siz türk futboluna borclusunuz, yoxsa əksinə alacaqlarınız var?
- Gözəl sualdır, nə deyəcəyimi bilmirəm. Mən türk futbolundan dünyanı aldım, amma borcumu hələ də ödəməmişəm. Bu sualı mənim gördüyüm işləri indiyə kimi izləyən birinə versəniz, bəlkə fərqli cavablandırar. Amma bizim bu ölkəyə borcumuz bitməz.
- Futboldan getmək vaxtınız çatıb? Artıq bu neçənci “sürgündür”?
- Fulbolda ölkə dəyişdirmək sürgündürsə, qoy, elə olsun. O zaman bizim ölkəmizə gələn bütün məşqçilər də sürgündədir. Mən "Xəzər Lənkəran"a getməzdən əvvəl yeddi klubdan təklif almışdım. Ancaq oranı seçdim.
- Mübariz məşqçisiniz. "Xəzər Lənkəran"da işləriniz necə gedir?
- Azərbaycandakı layihə fərqlidi. Bura ölkə futboluna əlimdən gələn köməkliyi etmək üçün gəlmişəm. 25 ildir bu işi görürəm. 20 ilə yaxın peşəkar karyeram var. Təcrübəni məktəbdə oxuyaraq qazana bilmərsən. Təcrübə - həyatda yaşadıqlarının birləşməsidir.
- "Qalatasaray"ın təklifini niyə qəbul etmədiniz?
- "Qalatasaray" futbola başladığım yerdir. Onlardan təklif almaq qürurverici idi. Ancaq göndərilən təklifi nəzərdən keçirməliydim. "Qalatasaray" isə məni gözləyə bilməzdi.
- Bəs, "Fənərbaxça"?
- "Fənərbaxçda"dan təklif Ərsun Yanalla danışıqlardan sonra gəldi. Onların təklifini əslində rədd etməzdim. Sadəcə, bəzi şərtlər alınmadı. Mənim üçün önəmli olan klubların maraq dairəsində olmağımdır. Əgər onlar mənə təklif göndərirsə, deməli, işimi bəyənirlər.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |