UEFA və FİFA-nın vitse-prezidenti: "Bakının da digər şəhərlər kimi şansı var"

07.03.2014 | 4438 dəfə oxunub

Bakıda səfərdə olan UEFA-nın I vitse-prezidenti Şenes Erzik jurnalistlər üçün brifinq keçirib. Stadium.az xəbər verir ki, AFFA-nın İcraiyyə Komitəsinin iclasında da iştirak edən Erzik mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
- Azərbaycanda 2 türkiyəli baş məşqçi çalışır: Mustafa Dənizli və Güvənç Kurtar. Onların işi barədə nə deyə bilərsiniz?
- Hər iki mütəxəssisin Azərbaycanda olmaları gözəl işdir. Onların həm futbolçu, həm də baş məşqçi kimi futbolunuza çox faydaları var. 20 il öncə birgə yola çıxmışdıq. Bu qədər müddətdən sonra 2 dəyərli baş məşqçinin burada olması, inanıram ki, çempionata rəng qatacaq. Bacarıqlı mütəxəssislərdirlər, inşallah, burda uzun müddət qalarlar.

- “Qalatasaray” Çempionlar Liqasının ilk 1/8 final matçında İngiltərənin “Çelsi” klubu ilə evdə heç-heçə etdi. Martın 18-də keçiriləcək cavab görüşündən nə gözləyirsiniz?
- Azarkeş amili baxımından, üstünlük “Çelsi”nin tərəfindədir. Amma bu komandanın bütün ev oyunlarında qələbə qazanmasına dair öhdəliyi yoxdur. İstanbuldakı matçı televiziya vasitəsilə izləyə bildim. Cavab görüşünün gedişi komandaların heyətləri, zədəli və cəzalı futbolçularla bağlıdır. Futbolda oynanmamış matçın hesabı öncədən deyilə bilməz.

- Bakıya yalnız AFFA-nın konfransında iştirak etmək üçün gəlmisiniz, yoxsa əlavə görüşləriniz də olacaq?
- Xeyr, olmayacaq. UEFA İK üzvləri bəzi ölkələrə gedir. İK-nın iclaslarına qatılırlar. Bura gəlməli olan əməkdaşımız gələ bilmədi. Əvəzində beynəlxalq federasiyalar prezidenti olaraq mən gəldim.

- Uzun müddət UEFA-nın Hakimlər Komitəsində çalışmısınız. Azərbaycan hakimlərinin beynəlxalq miqyasda daha səviyyəli oyunlar idarə etmə şansları nə qədərdir?
- Bunun üçün təcrübə lazımdır. Türkiyədə də yox idi, artıq 40 ildən sonra dünya çempionatına baş hakim göndərirlər. Cüneyt Çakır 2012-ci il Avropa çempionatında da ilk dəfə köməkçiləri ilə birgə yer aldı. Önəmli məsələ UEFA-nın hakimlər üçün konfransı, təlimləridir. Hakimlik həmin konfranslara uyğun olmalı, təhsil prosesini tamamlamalı, Avropa kuboklarında təcrübə qazanmalıdır. Bu, uzun bir yoldur. Hakimlik məşəqqətli və çətin peşədir. Bu gün futbolunuzda gördüklərim 20 il əvvəl olmayanlardır. Daha öncə AFFA-nın Futbol Akademiyasının açılışına gəlmişdim. Çox iş görülüb. Hazırda Bakıda yeni stadion tikilir. Hakimlik də futbolun bir parçasıdır. Ümidvaram ki, müəyyən müddətdən sonra bu sahədə də irəliləyişlər olacaq.

- İstanbulun 2020-ci il Avropa çempionatının yarımfinal və final matçlarına ev sahibliyi etmə şansları yüksək qiymətləndirilir. Bəs Bakının ən azı qrup mərhələsinin oyunlarını qəbul etmə imkanlarını necə dəyərləndirirsiniz?
- 60-cı ildönümü münasibətilə ilk dəfə Avropa çempionatının 2020-ci ildə 13 şəhərdə keçirilməsi qərara alındı. Bakının da digər şəhərlər kimi şansı var. Niyə olmasın? Hazırda inşası davam edən Bakı Olimpiya stadionu da istifadəyə verilmək üzrədir. İşlər çox gözəl gedir, özüm də gördüm. Həqiqətən də xoşuma gəldi. Bu gün vaxtım olsa, gedib içərisində bir qədər gəzəcəyəm. İndiyədək Azərbaycanda 17 yaşadək qızlar arasında dünya çempionatı keçirilib, 2016-cı ildə 17 yaşadək futbolçular arasında Avropa çempionatı da burada olacaq. Yavaş-yavaş hədəfə doğru irəliləyirsiniz.

- Qalib şəhər seçimində sizin mövqeyiniz hər hansı rol oynaya bilər?
- Xeyr, bu, mənim işim deyil. UEFA-da hər kəsin bir vəzifəsi var. İcraiyyə Komitəsinin üzvləri ya “hə”, ya da “yox” deyirlər. Onlar verilən bilgilər çərçivəsində mövqelərini açıqlayırlar. Heç kimin başqasından üstünlüyü yoxdur. Əsas üstünlük namizədlərin imkanlarıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail