Ramiz Məmmədov "AtIrau"dan ayrılmasına aydınlıq gətirdi - MÜSAHİBƏ

02.07.2011 | 5782 dəfə oxunub

Qazaxıstanın "Atırau" klubundan ayrılan  Ramiz Məmmədovun müsahibəsi:

Qazaxıstandan gələndən sonra sakitliyə riayət etdiz. Özünüz belə istədiz?
- Çox yorulmuşdum. Keçirdiyim gərginliyi az da olsa, unutmaq istədim. Telefonları söndürüb, vaxtımı şəxsi problemlərimə və ailəmə ayırdım. Burda görəcəyim işlər heç də az deyildi. Yenə də onlarla məşğulam. Düzü, istirahətə hələ də imkan tapmamışam. Anamın dünyasını dəyişməsi mənə olduqca pis təsir eləyib. Bu gün də onun yoxluğu ilə barışa bilmirəm. Çox çətindir mənim üçün.
Bilirik ki, klub rəhbərliyi getməyinizi istəməyib, hətta sizi fikrinizdən döndərməyə çalışıblar.
- Doğrudur. Klubdan ayrılmaq qərarını hələ «Lokomotiv»lə oyundan sonra vermişdim. Ərizəmi yazıb qoymuşdum prezidentin stolunun üstünə. «Tobol»la oyunun axırıncı olacağını özüm üçün müəyyənləşdirmişdim. Evdəki oyundan sonra rəhbərlik təkid edirdi ki, qalım. Dedilər, biz sənə güvənirik, qərar verməyə tələsmə. Söhbətimiz bir neçə saat çəksə də, qalmaq üçün əsas görmədim.
Komandanın qarşısına ilk «altılığ»a düşmək vəzifəsi qoyulmuşdu. Son turlarda qeydə alınan nəticələrin buna birbaşa təsiri var?
- Əgər təsiri olsaydı, vilayətin qubernatoru, kluba pul verən şəxs mənə «qal» deməzdi. Rəhbərlik də bilir ki, komandanın işlərinin belə getməsində heç bir günahım olmayıb. «Atırau» ilə hələ müqavilə bağlamamış bəzi oyunların disklərinə baxmışdılar. Onlara əsasən futbolçuları tanımalı, kimi saxlayıb-saxlamamağı müəyyənləşdirməliydim. Altı qazax futbolçunun adını verdim ki, bunları saxlamağımız vacibdir, legionerləri dəyişmək də olar. Türkiyədə birinci toplanışa başlayanda onlardan heç birini görmədim. Hamısı hansısa səbəblərə görə başqa klublara keçmişdi. Antalyadakı axırıncı toplanışdan qayıdandan sonra daha bir-iki aparıcı futbolçu getdi. Çempionata az qalıb, mənə hələ bilmirdim ki, yerli futbolçular tapım, ya taktika seçim. Tələsik oldu, seleksiya istədiyim kimi getmədi. Qazaxıstan Futbol Federasiyasının qərarı var ki, komandalar start heyətinə yalnız beş legioner sala bilər, qalanları yerli, özü də biri gənc olmalıdır. Hər oyunun iştirak ərizəsinə yaşı 17 olan üç cavan uşağı daxil etməliydik. Baxışa gələn legionerlər elə vəziyyətdəydi ki, bizə kömək edə bilməzdilər. Holland və nigeriyalı oyunçuları son anda komandaya götürdüm. Nəsə, azarkeşlər də gördü ki, mən hansı əziyyətlər çəkmişəm. 
Qazaxıstan mətbuatının hesablamasına görə, «Atırau» çempionatın ən sərt iştirakçısıdır. Ən çox sarı və qırmızı vərəqə alan komanda da sizinki olub. Hakimlərin «Atırau»ya münasibətdə qərəzli mövqe tutmasını təsdiqləyirsiz?
- Qazax hakimlərin əleyhinə mən orda işlədiyim müddətdə bir kəlmə də danışmamışam. Düzdür, bəzən səhvlər olurdu, amma bunun üstünə getmək lazım deyil. Hakim səhvləri hər çempionatda baş verir. Qaldı ki sərt komanda olmağımıza, bəli, futbolçulara döyüşkən ruh aşılamışdım. «Səviyyəcə zəifiksə, mübariz oynamaqla rəqiblərə gücümüzü göstərməliyik» sözünü hər məşqdə onlara xatırladırdım. Vərəqə sayında hamıdan önə çıxmağımızda mən təəccüblü heç nə görmürəm. Azarkeşlər görürdü ki, bizimkilərə ən çox nəyin üstündə vərəqə verirlər. Mən bunlara şərh verməycəm. Oyunların kasetlərinə baxsaz, sizdə də bir fikir formalaşar. 
İki ölkə çempionatını müqayisə etsək, hansı daha ağır gələr?
- Qazaxıstan çempionatı səviyyəcə bizim Premyer Liqadan üstündür. Orda turnir cədəvəlinin lap axırıncı yerində gedən komanda da liderlərə qalib gələ bilir. Çempionluq uğrunda yeddi-səkkiz klub mübarizə aparır. Oyunlar «altılıq» sistemi üzrə keçirildiyindən, hər turda gözlənilməz nəticələr qeydə alınır. İlk dövrənin ortasında özümüzə gəlmişdik. «Vostok»la heç-heçə edib, «Lokomotiv»i səfərdə udmuşduq. «Atırau» səfərdə ən çox heç-heçə edən komandaydı. Məndən sonra keçirdikləri oyunlarda məğlub olublar. Bu, göstərir ki, problem baş məşqçiylə bağlı deyil. Yenə o fikirdə qalıram ki, heyət normal komplektləşsəydi, komandanı ilk «üçlük»də saxlamaq olardı. Bütün qazax jurnalistlər yazırdı ki, «Atırau» çempionatın ən bəxtsiz komandasıdır. Hər oyunda üç-dörd yüzfaizlik qolu qaçırırdıq desəm, bəlkə də mənə şübhə edərsiz. İnanın ki, heç nədən təsadüfi qollar buraxırdıq. Viktor Pasulko mətbuat konfransında demişdi ki, «Atırau» ilə heç-heçəyə sevinməliyik. Dalbadal oyunlar keçirmişik ki, hamısında təcrübəsiz və əvəzedicilərdən gələn cavan uşaqlara ümid etməli olmuşam. Leon və Şaft kimi bəzi legionerlər də ilk turlardan sonra «söndülər». 
Mövsümün əvvəlindən klubda maliyyə çətinliyinin yaranması xəbəri doğrudur?
- Bu haqda heç nə deyə bilmərəm. Maliyyə işlərinə mən baxmamışam. «Atırau» rəhbərliyi ilə münasibətlərim bu gün də yaxşıdır. Xoşluqla ayrılmışıq. Bəzi qəzet və saytlar yazır ki, mən istefaya göndərilmişəm. Komandanın düşdüyü vəziyyəti özümə sığışdırmadığım üçün getməliydim. İş xatirinə qalmaq istəsəydim, mənə çatacaq 400 min dollardan imtina etməzdim.
Yenidən Azərbaycanda çalışmaq fikriniz var?
- Hələ bilmirəm. İki ölkədən təklifim var, menecerlərlə məsləhətləşəcəm. Normal şərtlər təklif eləsələr, burda da çalışaram.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail