Sadıq Sadıqovdan ŞOK sözlər: “O, xəyanətkardır” - MÜSAHİBƏ

20.03.2014 | 5981 dəfə oxunub

“Neftçi” ölkə kubokunda “İnter”i mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəldi. Klubun prezidenti Sadıq Sadıqov qolsuz bitən görüşdən sonra Stadium.az saytına müsahibə verdi:

- Qol vurmaq üçün şanslarımız oldu, amma fərqlənə bilmədik. Çox ağır oyun oldu, amma əsas məsələ odur ki, turu biz keçdik. Düşünmürəm ki, “Neftçi” ancaq hesabı qorumaq üçün oynayırdı, sadəcə hesab bizi qane edirdi.

- “Neftçi” bir neçə aparıcı futbolçusu olmadan yarımfinala yüksəldi...

- Biz komandaya gələndən bəri komandada legionerlər sayla olub. İndi isə onlarda da problem var. Məsən Platye adaptasiya prosesini keçə bilmədi. Buna görə də, onu “Kalmar”a icarəyə verdik. Düşündük ki, burda boş oturmaqdansa gedib orada özünü tutsun. Mahir Şükürov, Saşa Stamenkoviç və Karlos Kardoso cəza üzündən meydanda yox idi. Cavid İmamverdiyev cəzasını bu oyunda bitirdi. Demək olar ki, komanda yarı canla “İnter”i kimi komandanı keçdi.

- “Rəvan”la düşməyinizə sevinirsiz?

- Yox, vallah sevinmirik. “Rəvan” bu gün “Bakı”ya dərs keçdi. Düzdü ki, “Bakı”yla oynamaqdansa “Rəvan”la üz-üzə gəlmək yaxşıdır, amma bu rəqib də zəif deyil. Hətta deyərdim ki, mövsümün sürpriz komandasıdır.

- Onda “Rəvan”ı gözləmirdiz də?

- Düzünü deyim ki, yox! Heç yatsam yuxuma da girməzdi ki, yarımfinalda “Rəvan”la oynayacağıq.

- Son günlər Rəşad Sadiqov barədə xəbərlər yayılmaqdadır...

- Bəli, bəli... Rəşadla bağlı heç bir söz-söhbət yoxdur. Onun barəsində mən qərar vermişəm. Sadiqov komandanın kapitanı olaraq intizama riayət etmədiyi üçün, onu cəzalandırmışıq. Rəşadı əvəzedici heyətə yollamışıq. Rəşad Sadiqov “Neftçi”dən ən çox məvacib alan futbolçulardan biridir. Bir dost və yoldaş kimi onun xətrin çox istəyirəm. Əgər onlara qarşı qardaşlıq edirəmsə, istəyirəm onlarında mənə qarşı səmimiyyəti olsun, böyük qardaş kimi qəbul etsinlər. Mənim Rəşaddan gözlədiyim çoxdur. Ondan Avroliqada göstərdiyi oyunu istəyirəm. Bunu ondan ala bilmədiyimiz üçün onu əvəzedici heyətə yollamışıq ki, orda ayılsın. Biz Rəşadın klubda qazandığı pulu öz məvacibimizlə müqayisə etsək, bəlkə də avalanarıq. Bunun da qarşılığın verməlidir də. Mən Rəşada demirəm ki, gedək mənim bağımda işlə, mənə daş daşı. Onun işi futbol oynamaq, mənimdə vəzifəm onun gördüyü işin – zəhmətin haqqın verməkdir. Mən təmin edirəm, Rəşad oynamırsa demək ki, o, xəyanətkardır. Bütün futbolçularla münasibtim səmimidir, özümə qarşı da bunu istəyirəm. Məni görəndə tərifləmək, alqışlamaq, gurultulu alqışlı söz demək lazım deyil. Rəşad öz oyunun oynasa bizim üçün elə həmin futbolçudur. Yenə kapitan sarğısın qoluna bağlayacağıq, çıxıb futbolun oynayacaq.

- Dediz ki, əvəzedici heyətə yollamısız. Orda məşqlərə qatılıb?

- Düzü bununla maraqlanmamışam, amma yəqin ki, qatılar. Əgər qatılmasa, onu bundan da ağır cəzalar gözləyir.

- Komandadan qovacaqsız?

- Yox, nə qovmaq, onun bizimlə müqaviləsi var, mövsümün sonuna qədər. Biz əvəzedici heyətə kimi yollamışıqsa, hamısı gedib orada oynayıb, komandaya kömək edib, öz səhvin başa düşüb. Rəşad komandada heç kimdən artıq deyil. 

ÜMİD BABA



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail