Böyükağa Hacıyev: “Xəzər Lənkəran” divar komandası deyil ki, istədiyin vaxt beşin vurasan”

29.03.2014 | 6071 dəfə oxunub

“Neftçi” bu gün ölkə derbisində “Xəzər Lənkəran”la qarşılaşacaq. Meydan sahiblərinin baş məşqçisi Böyükağa Hacıyev komandanın dünənki məşqindən sonra Stadium.az saytına müsahibə verdi:

- “Xəzər Lənkəran”la oyun bizim üçün adi matçlardan biridir. Digər oyunlara -  AZAL-a, “Simurq”a, “Sumqayıt”la görüşlərə neçə hazırlaşırdıqsa, buna da elə. Artıq o böyük deyilən oyundan əsər əlamət qalmayıb. Artıq bu komandalar arasındakı oyun küçə savaşlarına bənzəyir. Hər oyundan sonra kimlərsə cərimələnir. Mən rəqibə meydandan kənarda sülh təklif edirəm. Artıq bəsdir belə dava-dalaşdar. Meydanda sülh təklif etmirəm, kim güclüdürsə o da qlib gəlsin.

- Sizcə komandalardan hansı böyüyüb, hansı kiçilib?

- Bu gün futbol modadır, dəbdə olan paltar kimi. “Qarabağ” yaxşıdır, “Neftçi” həddən artıq gözəl idi, 3 il bundan qabaq Ağasəlim Mircavadovun dizaynında “Xəzər Lənkəran” gözəl görünürdü… Sabah da moda gözlənilməz bir komanda minə bilər.

-Bu günkü oyunun gərginliyi barədə nəsə fikirləşmisiz?

- Hər bir komanda özünə bir rəqib seçir ki, ona qarşı xüsusi motivasiya olur. Yəqin “Neftçi” də “Xəzər Lənkəran”ın seçdiyi komandadır. Sabahkı oyun hər şeyi göstərəcək.

- Özünüz bildirmişdiz ki, “Xəzər Lənkəran”la son oyundan sonra komandanız dağıldı. O oyunun revanşı adlandırmaq olar bu günkü oyunu?

- Mən dünya futbol praktikasına baxdım, heç yerdə görmədim ki, bir oyunda bir komandanın eyni xəttindən 4 oyunçu qırmızı vərəqə alsın. Əgər hər xətdən bir oyunçu qırmızı vərəqə alsaydı, bu boşluqları aradan qaldırmaqda çətinlik çəkməzdim.

- Lənkərandakı oyunda demişdiz ki, bu oyunu 5:0 qazanmasaz istefa verəcəksiz. Sözünüzün üstündə durursuz?

- O oyunda çox əsəbiydim, ona görə demişdim. “Xəzər Lənkəran” divar komandası deyil ki, istədiyin vaxt beşin vurasan. Bu komandanın çox güclü heyəti, Mustafa Dənizli kimi böyük və ağıllı məşqçisi var.

- Bayaq futbolçularla danışanda dediz ki, “Xəzər Lənkəran” sizə və həmin o 4 futbolçuya “dağ” çəkib. Sabah bu “dağ”ın qisası üçün çıxacaqsız meydana?

- Yox, sadəcə onlara bildirdim ki, biz çempionluqdan həmin oyunda məhrum olmuşuq. Gəlin uzatmayaq bu shbəti daha (gülür).

Söhbət etdi: Ümid BABA



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail