“Futbol dünyası”na ayrılan pulun yarıdan çoxu hara xərclənib? - MÜSAHİBƏ

MİKAYIL NƏRİMANOĞLU “216 MİN MANAT MƏSƏLƏSİ”NƏ AYDNLIQ GƏTİRDİ

01.04.2014 | 4661 dəfə oxunub

Martın əvvəllərində AFFA 2013- ilin maliyyə hesabatını verdi. Hesabat zamanı qurumun rəsmi orqanı olanFutbol dünyasıqəzetinin illik xərcinin 216 min 147 manat təşkil etməsi media nümayəndələri, o cümlədən bəndənizin təəccübünə səbəb olmuşdu. Araşdırma aparmaq qərarına gəldim həftədə 3 dəfə nəşr olunan qəzetin illik qədər xərc tələb etdiyini hesabladım. Məlum oldu ki, 2500 tirajla nəşr olunan qəzetin təxminən 40 min manat mətbəə xərci var. Çap ən çox xərc tələb edən prosesdir. Nəyə görə 2500? Əldə etdiyim məlumata görəFutbol dünyasının tirajı məhz bu qədərdi. Amma bilinməyən səbəbdən tiraj qəzetdə göstərilməyib. İşçilərin maaşlarını, vergi ödəmələrini, dəftərxana ləvazimatını, icarə haqqını, kommunal xərcləri s. hesablayanda illik büdcə 100 min manatı keçməməlidir. Üstəlik, “Futbol dünyasıAFFA-nın inzibati binasında yerləşdiyindən icarə haqqı kommunal xərclərdən azaddır. GötürəkFutbol dünyasının illik xərci maksimum 100 min manatdı. Bəs, yerdə qalan 116 min 147 manat nəyə xərclənib? Bununla bağlı AFFA-nın sözçüsü eyni zamandaFutbol dünyasının baş redaktoru Mikayıl Nərimanoğlu ilə görüşdüm. Müsahibim bu qədər məbləğin hara xərclənməsinə aydınlıq gətirməyə:

Həmin məbləğin 42 min manatı qəzetin mətbəə xərclərinə, təxminən 29 min manatı sosial müdafiə fonduna, 12 min manatı 2012-ci ildən qalan qalıq borcların ödənilməsinə, 8 min manata yaxın hissəsi isə abunələrə sərf olunub. Bu elədi təxminən 90 min manat. Xırda-para digər xərcləri nəzərə almasaq, yerdə qalan 126 min manata yaxın məbləğ maaş, qonorar ezamiyyə xərclərinə sərf olunub.

Əvvəl gəlin mətbəə xərclərindən başlayaq. Qəzetin tirajı qədərdir?

Müxtəlif olur. Elə olub ki qəzet 2500 tirajla nəşr olunub. 15 min tirajla çap olunan nömrələr var.

Bəs nəyə görə, tiraj göstərilmir. Məndə olan məlumata görəFutbol dünyasının tirajı 2500 nüsxədir.

Tirajın tez-tez dəyişməsinə görə

Amma bunun məsələyə heç bir dəxli yoxdur. Səhifə hər dəfə tirajı yazmaq məncə o qədər vaxt aparmır. Bilirsiniz bunu nəyə görə söylədim? Şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, qəzetlər tirajı göstərməməklə süni şəkildə artırmaqla xərclərin çoxalmasına şərait yaradırlar. Bu, rentabelliyin azalmasına vergi orqanların daha az məbləğ göçürüsməsi üçün edilir. Bundan başqa belə ola bilərtirajı süni şəkildə artırmaqla mətbəənin hesabına əlavə pul köçürülür sonradan həmin pulun bir hissəsi redaksiyaya qaytarılır. Bu, əsasən dövlət orqanları tərəfindən maliyyələşən xərcləri bank vasitəsilə ödəyən qəzetlərə aiddir...

Belə halFutbol dünyasında ola bilməz. Əgər kimdəsə bu barədə fakt varsa, buyursun qoysun ortaya.

Təəssüf ki, belə fakta əldə etmək demək olar ki, mümkün deyil. Bəlkə, 100 min manatdan çox pulun ezamiyyə xərclərinə ayrılmasından danışasınız?

Bizim sporsorlarımız var. AFFA ilə müqavilə bağlananda ora belə bir bənd əlavə olunub ki, “Futbol dünyasında onların reklam bannerləri yerləşdiriləcək. Bu reklamlarla qəzet özünün xərcini ödəyə bilir. Həmin reklam pulları AFFA-nın hesabına köçürülür. Daha açıq izah edim. Bizim sporsonlarımızBaksell, Atena, Coca-cola sporsorluq müqaviləsi bağlayanda qarşımızda belə bir tələb qoyub ki, onların keçirdikləri liqaların oyunlarından xəbərlər fotoreportajlar qəzet səhifəsində yerləşdirilməlidi. Bunu etmək üçün işçilərimizi rayonlara ezamiyyətə göndəririk. Onların otel, nəqliyyat, yemək xərcləri hamısı qəzetin adına yazılır. Bu işləri görməyə xərcimiz çıxır, amma həmin sponsorun ödədiyi məbləğlə müqayisədə bu, çox azdır. Məsələn, Azərselin ödədiyi 524 min manat təxminən 24 mini görülən işin işıqlandırılması lori dildə desək, sponsoru razı salmaq üçün onların gördüyü işlərin qəzet səhifəsində işıqlandırılmasına sərf olunur. Keçək əməkdaşlarımızın xarici ölkələrdəki ezamiyyətlərinə. Onların bütün xərcləri qəzetin adına yazılır. Bura nəqliyyat, viza, otel, ezamiyyə s. xərclər daxildir. Məsələn, Coca-cola rayonlarda paytaxtda keçirdiyi bütün tədbirlərdən reportajlar hazırlanmasını tələb edir. Bu, müqavilədə öz əksini tapıb. Həftədə ən azı 2-3 yarışdan reportajlar hazırlayrıq. Başqa bir misal, Accesbank tələb edir ki, hər hansı yaş qrupu üzrə milli komandanın hansısa xarici ölkədə keçirdiyi təlim-məşq toplanışında futbolçuların geydiyi üzərlərində bu bankın adı yazılmış formalarda keçirilən məşq proseslərini əks etdirən fotolar qəzetdə  dərc olunsun. Bunun üçün məcbur olub ən azı bir əməkdaşımızı komanda ilə birgə həmin təlim-məşq toplanışına göndərək. Belə toplanışlar, o cümlədən rəsmi oyunların sayı haqqında yəqin ki, məlumatınız var. Hamısında da əməkdaşlarımızı material hazırlamaq üçün ezamiyyətə göndəririk. Hamısını hesablayanda qədər xərc lazım olduğunu görərsiniz. İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında AFFA prezidenti Rövnəq AbdullayevFutbol dünyasına ayrılan məbləğin az olduğunu dedi. Çoxları bunu ironiya ilə qarşılasa da, bu, həqiqətdir.

İşçilərin maaşları qədərdir? Çünki Sosial Müdafiə Fonduna ödənilən 29 min manat məbləğ bir qədər çox görünür?

Müxtəlifdir. Orta hesabla 600-700 manatdır. Bir faktı da qeyd edim ki, bizdə 13- maaş da var. Ümumi maaşın 23 faizi dəyərində pul vəsaiti Sosial Müdafiə Fonduna keçirilir. 13 işçinin 13 ayda aldığı maaşları hesablayanda bu normal bir rəqəmdir.

Mövzudan kənar bir sualım da var. AFFA-nın rəsmi orqanına klubların reklamlarının dərc olunması dərəcədə düzgündür?

Düzdür, əvvəllər belə reklamlar var idi. Amma hazırda ancaqQarabağın reklam banneri qalıb. Ona görə klubdan bir qəpik almırıq.

Söhbətdən aydın oldu ki, 216 min pulun yarısından çoxu işçilərin maaşlarına ezamiyyə xərclərinə sərf olunub. Bunun futbolumuzun inkişafına qədər xeyri dəyib-dəyməməyini deyə bilmərəm. Fakt budur ki, gələn ilki maliyyə hesabatındaFutbol dünyasına ayrılan vəsaitin 300 min manatı keçəcəyini biləndə təəccüblənməyin. Axı, Rövnəq müəllim özü demişdi ki, qəzetə ayrılan pul azdır.

Mikayıl müəllimlə söhbət zamanı bir məsələyə aydınlıq gətirməyə çalışdım. Onlardan birincisiötən sayımızda yanvar ayında keçirilən Qranatkin turnirində  fevralda Latviyada təşkil olunan turnirdə iştirak edən uğursuz nəticə qazanan U-17 millisinin üzvlərinin ezamiyyə xərclərini ala bilməməsi ilə bağlıAFFA futbolçuların pulunu kəsirbaşlıqlı yazı dərc etmişdik. Mikayıl müəllim keçən dəfə olduğu kimi bu dəfə bütün səlahiyyətlərin baş məşqçidə olduğunu onun təqdimatına əsasən futbolçulara ezamiyyə xərclərinin ödənildiyini bildirdi. Amma bizdə olan məlumata görə, həmin yaş qrupu üzrə millinin əcnəbi klublarda forma futbolçularına gələcəkdə hər hansı bir problem yaratmamaları üçün ezamiyyə xərcləri ödənilib. Məşqçi heyətinə həmçinin. Düzdür, Mikayıl müəllim israrla bunun baş vermədiyini bildirsə , baş məşqçinin nəticəyə görə özünü cəzalandırması heç ağlabatan hal deyil

İlqar TAĞIYEV


“Het-trik news”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail