Sxadadze: “Rəvan”ın əsas məqsədi bizə oyunumuzu göstərməyə mane olmaqdan ibarət idi" - MÜSAHİBƏ

01.04.2014 | 4192 dəfə oxunub

“İnter”in hücumçusu Baçana Sxadadzenin klubun rəsmi saytına müsahibəsini təqdim edirik:

 - “Rəvan”la matç barədə nə deyə bilərsiniz?

- Əvvəl bir az çətin oldu. “Rəvan”ın əsas məqsədi bizə oyunumuzu göstərməyə mane olmaqdan ibarət idi. Onlar bizə öz tərzimizə uyğun oynamağa mane olmağa çalışdılar. Böyük hesaba baxmayaraq, deyə bilərəm ki, biz daha çox qol vura bilərdik. Rəqibin isə bir təhlükəli anı oldu, onda da bizim bəxtimiz gətirdi.

 - Matçın 11-ci dəqiqəsindən sonra oyun dayandırıldı və ertəsi davam etdirildi. Bu vəziyyət futbolçulara necə təsir göstərdi?

- Qeyd etdiyim kimi, oyunun 2-ci gününün əvvəlində bizə bir qədər çətin oldu. Axı bütün futbolçular bazar günü keçiriləcək matça köklənmişdilər. Ancaq matç təxirə salındı və oyunu davam etdirmək üçün daha bir gün bazada qalmalı olduq ki, bu da müəyyən mənada rahatsızlıq yaratdı. Psixoloji planda çətin idi, oyuna yenidən köklənməli olduq. Lakin uşaqlara halal olsun ki, toparlana və özlərini göstərməyi bacara bildilər.

 - Bununla belə, oyunun təxirə salınması yaxşı ideya idi. Axı komandaların bazar günü meydançada keçirdikləri qarlı 11 dəqiqəni böyük çətinliklə futbol adlandırmaq olardı...

- Səmimi deyim ki, mən futbol meydançasında belə hava görməmişdim. Bundan başqa, mən belə havada futbol oynanıldığını hətta televiziyadan da seyr etməmişəm.

 - “Rəvan” üzərində qələbə “İnter”ə turnir cədvəlindəki yerini qorumağa imkan verdi. Ancaq qarşıda bizi 8 tur gözləyir. Necə düşünürsünüz, komanda məqsədinə çatıb mükafata layiq yerlərdən birini tutmağa nail ola biləcək?

- Bu 8 tur bütün komandalar üçün vacibdir. Hər növbəti qarşılaşma bizim üçün final oyununa bərabər olacaq. Biz  “Rəvan”la keçirdiyimiz son oyunda olduğu kimi, uğurla çıxış etməliyik. Futbolçular meydançada bütün güclərini qoymalıdırlar. Nəyə qadir olduğumuzu nümayiş etdirməliyik.

 - Mövsüm sona yaxınlaşır və bu mərhələdə oyunçularda tez-tez yorğunluq müşahidə olunur. Fiziki yorğunluqla yanaşı, həm də futbolçularda əksini tapan psixoloji yorğunluq da var. Bununla bağlı sizdə vəziyyət necədir?

- Komandanın ixtiyarında lazım olduğu təqdirdə bir-birlərini əvəz edəcək çox sayda oyunçular var. “Rəvan”la oyunda biz Cavadovsuz, Əmircanovsuz və digər futbolçularsız oynadıq. Bununla belə, zəruri nəticəni qazandıq. Əladır ki, komanda işini yerinə yetirir və uşaqlar layiqincə bir-birilərini əvəz edirlər. Son turlarda Mikel Alvaro komandaya çox kömək edir. Ümid edirəm ki, bundan sonra da belə davam edəcək. Mənə gəldikdə isə deyə bilərəm ki, hazırda özümü iki-üç tur öncəkindən daha yaxşı hiss edirəm. Qapını dəqiq nişan almadığım an olmuşdu və bu, müəyyən problemlər doğurmuşdu. Mən çox əsəbiləşirdim və buna görə oyunum alınmırdı, lakin indi özümü daha yaxşı hiss edirəm.

 - “İnter” artıq Azərbaycan kuboku turnirində mübarizəni dayandırdı. Bunun həm mənfi, həm də müsbət tərəfləri var. Belə ki, komanda kubok qazanmaq şansından məhrum oldu. Ancaq kubok turnirindən uşaqlaşması komandaya tamamilə çempionat oyunlarına köklənməyə imkan yaratdı. Bu vəziyyəti komanda necə qarşıladı?

- “Neftçi” ilə cavab oyunundan sonra soyunma otağında bu qarşılaşmalar və ümumilikdə kubok barədə bütün söhbətləri yekunlaşdırdıq. Bundan başqa biz bir-birimizə söz verdik ki, çempionatda başladığımız işi sona çatdırmalıyıq.

- Qarşıda komandanı səfərdə “Simurq”la çətin oyun gözləyir. Zaqatalada keçiriləcək oyun barədə nə deyə bilərsiniz?

- Düşünürəm ki, “Simurq” 6-cı yeri tutmasına baxmayaraq, ölkənin ən yaxşı komandalarından biridir. Onların göstərdikləri futbol mənim çox xoşuma gəlir. Komanda bu oyuna yaxşı hazırlaşmalıdır, axı bizi çətin matç gözləyir. Hər şey futbol meydançasında həll olunacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail