Ramin Musayev: "Bu aydın məsələdi ki, "Rəvan" getdi" - MÜSAHİBƏ

18.05.2014 | 3714 dəfə oxunub

Ötən gün Premyer Liqanın 2013/14 mövsümünün son oyunu olan "Xəzər Lənkəran" - "Qarabağ" matçından sonra təşkil olunan mükafatlandırma mərasimin ardından Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb. Stadium.az müsahibəni təqdim edir: 

- Çemionatın gedişinə uyğun olaraq ilk “üçlük”ədalətli idi?

- Yadınızdadısa, "Qarabağ" çempionluğu təmin etdikdən sonra demişdim ki, Rövnəq Abdullayev AFFA-ya rəhbər gəldikdən sonra bütün komandalar qanuni və layiqli yerlərini tutublar.

- Rövnəq Abdullayevin mükafatlındırma mərasimində iştirak etməməsinin səbəbi nədi?

- Rövnəq müəllim tək futbolla məşğul deyil və tutduğu başqa vəzifə də var. İşlə əlaqədar olaraq gələ bilmədi. Ancaq medal verilməzdən əvvəl zəng edib, vəziyyəti soruşdu.

- "Rəvan" artıq Premyer Liqa ilə vidalaşdı, yoxsa hələ bilinmir?

- Bugünkü reqlamentə görə, "Rəvan" Premyer Liqanı tərk etdi. Son turdan əvvəl "Rəvan"ın vitse-prezidenti Bəhruz Şirəliyevlə görüşümüz oldu. Bəhruz müəllim bildirdi ki, biz Premyer Liqanı tərk etsək belə, həvəsdən düşməyəcəyik və yenidən özümüzü toparlayıb 1-ci diviziondan elitaya qalxacayıq.

- Son açıqlamanızda Premyer Liqada 12 komandanın olmasının tərəfdarı olduğunuzu bildirmişdiniz...

- Mən 12 yox, 18, 20 komandanın tərəfdarıyam.

- Bəs bu klublara lisenziya verilməsi necə həll olunacaq?

- Sözsüz ki, klublara lisenziyanı PFL vermir. AFFA-nın lisenziya məsələləri ilə bağlı fəaliyyət göstərən şöbəsi var. Əgər sponsor olsa və Premyer Liqaya lazım olan maddi vəsait ayrılsa, tərəfdarı olaraq. Doğrudan gəlmək istəsələr, o məsələni qaldırmaq olar. Yəni mən öz arzumu bildirmişəm. Bu, o demək deyil ki, gələn ildən 12 komanda olacaq.

- Sizin arzunuzdan Rövnəq Abdullayevin xəbəri var?

- Mənim arzumdan bütün futbol ictimaiyyətinin xəbəri var.

- "Rəvan"ın elitada qalıb-qalmaması dəqiq nə vaxt bilinəcək?

- Yox, bu aydın məsələdi ki, "Rəvan" getdi. Bu gün üçün reqlamentdə dəyişiklik gözlənilmir. Mən yenə təkrar edirəm ki, əgər normal sponsor tapılsa, 12, 14 komanda da ola bilər.

- "Mil-Muğan"la "Qaradağ Lökbatan"ın da elitaya gəlməsi ilə bağlı söhbətlər var...

- "Qaradağ Lökbatan" lisenziya ala bilmədi. Ancaq "Mil-Muğan"ı eşitməmişəm.

- "Qarabağ"ın çempionluğunu və ümumi çempionata baxışınızı bilmək istərdik...

- Bu gün üçün bizi qane edir. Ancaq avrokuboklarda klublarımızın oyunu çempionatımızın hansı səviyyədə olduğunu göstərəcək.

- Növbəti mövsüm üçün sponsor məsələsi həll edilib? "Topaz" sizinlə əməkdaşlığı davam etdirmək istədiyini bildirmişdi...

- Sponsorluq məsələsində "Topaz" da maraqlıdı, başqa şirkətlər də maraqlıdı. Bundan başqa yayım məsələsi də qalıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail