"Qəbələ"nin baş məşqçisi: "Rəqibimiz Avropada elə də çox tanınmayan bir komandadır" - MÜSAHİBƏ

29.06.2014 | 3384 dəfə oxunub

"Qəbələ"nin yeni baş məşqçisi Dorinel Muntyanu bu gün jurnalistlərin suallarını cavablandırıb: 

- Əvvəlcə komandanızın Sloveniya toplanışı barədə məlumat verməyinizi istərdik.

- Oyunçuların işə münasibətindən razıyam. Yeganə mənfi hal heyətin parçalanmasıdır. Hələ də heyəti tam komplektləşdirməmişik. Amma çempionatadək bu işi başa çatdırmalıyıq.

- Komandanın hazırlıq üçün vaxtı az idi. Avropa Liqasındakı ilk oyuna hazır deyilsiz?

- İşə düzgün yanaşmaqla nəticə qazanmaq olar. Bizim hələ daha keyfiyyətli hazırlıq üçün vaxtımız var. Rəhbərlik, məşqçilər korpusu və oyunçular ilk mərhələni keçməyi çox istəyir.

- Bəs iki komandanı müqayisə etdikdə, şansları necə qiymətləndirirsiz?

- Rəqəmlərlə danışmağı sevmirəm. Futbolda belə bir dəqiqlik yoxdur. Şans var və əlimizdən gələni edəcəyik ki, bundan yararlanaq. Oyunçuların da bütün güclərini qoymasını istərdim.

- UEFA-ya göndərilən iştirak ərizəsində cəmi iki hücumçu var. Bu, yetərlidir?

- Rəhbərliklə bu barədə danışmışam. Əlimizdən gələni edəcəyik. Komandada qalmaq istəməyən futbolçulardan isə danışmaq istəmirəm.

- Yerli futbolçulardan razı qaldız?

- Onların çalışmasından, keyfiyyətindən narazılığım yoxdur. Ümid edirəm ki, birgə daha xeyirli işlər görəcəyik.

- Andrey Kriste və Adrian Ropotan barədə nə deyə bilərsiz?

- Bu futbolçuları yaxşı tanıyıram. Onlarla birgə işləmişəm. Keyfiyyətli futbolçulardır. Hər ikisinin böyük təcrübəsi var. Kristea Rumıniya çempionatında uğurlu mövsüm keçirib. O, Viktor Mendi ilə yaxşı rəqabət yaradacaq.

- Rəhbərlik qarşınıza hansı vəzifəni qoyub?

- Gözəl bilirəm ki, komanda son mövsümdə nəyə nail olub. Biz minimum eyni uğuru təkrarlamalıyıq. Bununla yanaşı Avropa Liqasında yaxşı nəticə qazanmalıyıq. Mümkün qədər çox mərhələ keçməliyik. Komanda sabitliyi ilə də fərqlənməlidir.

- İlk rəqib - "Şiroki Briyeq" barədə məlumatınız var?

- Bu, Avropada elə də çox tanınmayan bir komandadır. Onlar haqda müəyyən məlumatlar əldə etmişik. Xüsusi üstünlüklərinin olduğunu düşünmürəm. Şanslar bərabərdir. Əsas olan bizim bu komanda ilə oyunlara necə yanaşmağımızdır.

- Yuri Syominin dövrü ilə müqayisədə komanda çox dəyişib?

- Bu komandaları müqayisə etmək çətindir. Yeddi futbolçu gedib. Bu, çoxdu və demək olar ki, komandanı yenidən qururuq. Bu, fərqli komanda olacaq. Mənim komandam taktiki cəhətdən daha yaxşı təşkilatlanması ilə seçilməlidir. Eyni zamanda intizamlı və sabit oyun sərgiləməliyik. Bax bu, Muntyanunun komandası olacaq.

- Ötən mövsüm meydana çıxmayan Kristian Pulhakın xidmətindən yararlanacaqsız?

- Onun klubla müqaviləsi var. Daha yaxşı forma yığması lazımdır. Oynamaq şansı azdır. Komandamda ən yaxşılar forma geyəcəklər. Bu, tək Pulhaka yox, hər kəsə aiddir. Heç kimin əsas heyətdəki yerinə zəmanət yoxdur. Heç vaxt kiməsə elə bir güzəştə getməmişəm.

- Burada necə yaşayacaqsız?

- Oteldə yaşamayacam. Özümə ev axtaracam. Çünki ailəmi də bura dəvət etməyi düşünürəm. Amma bütün bunları Avroliqadakı ilk oyundan sonra edəcəm. Hələlik bütün fikrim "Şiroki Briyeq"lə ilk oyuna yönəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail