Əmrah Çəlikəl: "Yatsam yuxuma da girməzdi" - MÜSAHİBƏ

31.07.2014 | 6432 dəfə oxunub

“Qarabağ” klubunun direktoru Əmrah Çəlikəlin “Zalsburq” üzərində 2:1 hesablı qələbədən sonra Stadium.Az saytına müsahibəsi:

- Çox gözəl oyun oldu. Məncə hamı stadiondan razı getdi. Ən əsası isə odur ki, arxayınlaşmayaq. İndi bizi “Zalsburq”la səfərdə bundan 3-4 dəfə çətin oyun gözləyir. Və əsas odur ki, orda da sevinək.

- Oyunun gedişatında çox maraqlı olaylar yaşandı. Belə deyək də, yatsaz yuxunuza gələrdi bunlar?

- Yox, inanın ki, düşünməzdik də. Yatsam yuxuma da girməzdi. Allaha şükürlər olsun ki, bu gün stadionu başımız dik tərk edirik. Amma hələ heç nə bitməyib. Bizi daha bir ciddi sınaq gözləyir.

- Admir Teliylə Reynaldo komanda üçün böyük itki olacaq?

- Əlbəttə ki, belə olsun istəməzdik. Texniki heyətimiz bu barədə tədbirlər görəcək. Telinin qırmızı vərəqə aldığı anın təkrarına baxmamışıq. Baxsaq belə, bu mənim yox, Qurban müəllimin səlahiyyətində olan işdir. İnanıram ki, baş məşqçimiz lazım olan tədbirləri görəcək.

- Reynaldonun aldığı qırmızı vərəqə üçün UEFA-ya müraciət edəcəksiz?

- Məncə yox idi. Amma təkrara dəqiq baxıb analiz edəndən sonra günahsız olduğu görünərsə şikayət edəcəyik.

- Sizin gözlədiyini “Zalsburq” bu idi, yoxsa daha güclü düşünürdüz?

- Biz inanmışdıq, bacardıq da. Komandanı gördüyü işə kölgə salmıram, amma inamın da böyük təsiri vardı.

- Son zamanlar stadionda belə ajiotaj olmamışdı. Siz razı qaldızmı?

- Əlbəttə ki! Əsas odur azarkeşlərimiz razı qalsın. Biz buna yeni öyrəşirik. “Zalsburq”u isə hər oyun 30 min azarkeş dəstəkləyir. Və o 30 minin oyuna təsiri burdakından daha artıq olacaq. Bax önəmli məqam budur. Bizdə də hər oyunda belə olsa Azərbaycanın adı daha da yuxarılara qalxar. Həqiqətən azarkeşlərin dəstəyi möhtəşəm idi. Bu gün stadiona ancaq “Qarabağ”ı dəstəkləmək istəyənlər gəlmişdi. Oyuna baxmaq istəyənlər isə evdə televizor qarşısında seyr edirdi.

- Amma stadion tam dolu idi...

- Mən də onu deyirəm ki, dəstəkləmək istəyənlər burada idi. Onlar 90 dəqiqə ərzində dayanmadan komandanı qələbəyə səslədilər. Hər birinə dərin təşəkkürümü bildirirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail