Badri Kvaratsxeliya: "Düzü mən bura pul üçün gəlməmişəm" - MÜSAHİBƏ

04.08.2014 | 5123 dəfə oxunub

“Turan-T”-yə yeni baş məşqçi təyin olnan Badri Kvaratsxeliya ilk müsahibəsini verib. Stadium.az xəbər verir ki, Gürcü mütəxəssis komandaya gəlişi, qarşıya qoyulan məqsədlər haqda danışıb:

- İlk öncə “Turan-T”yə gəlişiniz barədə məlumat verərdiniz. Necə oldu ki, Tovuz təmsilçisinə gəldiniz?

- Açığını deyim ki, mən bu təklifi gözləmirdim. Klub rəhbərliyi mənimlə əlaqə saxladıqdan sonra düşünmədən razılaşdım. Çünki mən Tovuz futbolunu çox yaxşı tanıyıram. Azərbaycan futbolunu ilk dəfə Avrokuboklarda təmsil etmiş, çempion olmuş bir şəhərin təmsilçisidir. Perspektivi və potensialı ilə yanaşı bu klubun keçmişi hamıya məlumdur. Azərbaycan futbolunun mərkəzlərindən biridir. Maliyyə sıxıntısı səbəbindən əvvəlki əzəmətini itirsə də bura bir bulaqdır. Bu perspektivi gördüyüm üçün komandaya gəldim. Burada işləmək mənim üçün şərəfdir.

- Artıq bir həftəyə yaxındır ki, hazırlıq keçirsiniz. İlkin təəssüratlarınızı bölüşərdiniz.

- İlk öncə rəhbərliyə komandaya yaratdığı şərait üçün təşəkkürümü bidirirəm. Hələ ki, komandanı formalaşdırmaq üçün çalışırıq. Əsasən yerli futbolçulara üstünlük verəcəyik. Vacib deyil tovuzlu olsun Azərbaycanın hər yerindən istedadlı gənc futbolçuları komandaya cəlb edib onların inkişaf etmələrinə nail olacağıq. Yerli futbolçuların da arasında perspektivliləri kifayət qədərdir. Əsas məqsəd döyüşkən, mübariz komanda formalaşdırmaqdır. İşlərimiz bu yöndə davam edəcək.

- Qarşınıza hansı məqsəd qoyulub?

- Qeyd etdiyim kimi ilk növbədə döyüşkən komanda qurmaq istəyirik. Asan təslim olmayan, mübariz komanda yığıb gənc futbolçuların üzə çıxmasına çalışacağıq. Çempionatda isə bacardığımız qədər irəli getmək istəyirik . Ən az ilk 6-lıqda qərarşalmaqdır məqsədimiz. Bizim işimiz bir illik deyil. Gələcəyin komandasını qururuq. Düzdü gücümüz daxilində şəraitimiz var. İlk öncə özümüzü sübut etməliyik. İstədiyimiz komandanı toparlayıb, işlərimizi yoluna qoyduqdan sonra Premyer Liqanı hədəfləyəcəyik. Bunun üçün isə dayanmadan çalışacağıq.

 - “Turan-T”nin maliyyə imkanları yüksək səviyyədə olmasa da bu təklifi qəbul etmisiniz...

 - Düzü mən buraya pul üçün gəlməmişəm. Mənim də öz məqsədim, öz ambisiyalarım var. Özümü işimlə sübut etmək istəyirəm. Futbolçularımdan da bunu tələb edirəm. Ambisiyası olmayan, karyerasını düşünməyən futbolçu mənə lazım deyil. Fikirləşirəm ki, özümü təsdiq etmək üçün “Turan-T” ən yaxşı variant idi. Burada həm əsas komandanı qurmaq, nəticələr əldə etmək həm də uşaq futbolunun inkişafına nail olmaq istəyirəm. Qismət olarsa, elə bu komanda ilə yüksək liqaya vəsiqə qazanıb orda da uğurlu nəticələr əldə etmək istəyirəm. Bu səbəbdən də burdayam .

 - Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovla görüşmüsünüz. Həmişə futbola yaxın olan bir insan kimi sizdən nə tələb etdi, nələri müzakirə etdiniz?

 - İlk öncə komandanı diqqətdə saxladığı, məni qəbul etdiyi üçün Tofiq müəllimə təşəkkürümü bildirirəm. O, futbolu yaxından izləyən, rayonunu və komandasını sevən insandır. Komandanı daim yüksəklərdə görmək, Tovuz futbolunun əvvəlki əzəmətini özünə qaytarmaq istəyir. Mənə güclü, daha çox gənclərdən təşkil olunmuş komanda yaratmağı və çempionatda yüksək nəticələr əldə etməyi tövsiyyə etdi. Belə olacağı halda daim dəstək verəcəyini ,komandanın yanında olacağını qeyd etdi.

 - Uzun müddət Azərbaycanda oynamısınız, çalışmısınız. Sizcə futbolumuzda nələr dəyişib? İnkişaf varmı?

 - Təbii ki, mənim oynadığım dövrlə indiki arasında böyük fərq var. İndi infrastruktur, şərait, maliyyə hər şey fərqlidir. Komandalara yüksək səviyyəli legionerlər, məşqçilər dəvət olunur. Birinci Divizionda çox komandanı tanımasam da məsələn mən “Qəbələ”də çalışarkən kubokda “Qaradağ-Lökbatan”la qarşılaşmışdıq. “Qəbələ”nin səviyyəsinə hər kəs bələddir amma həmin oyunda I Divizion komandası layiqli müqavimət göstərdi. İnkişaf var və məncə getdikcə daha da yüksək tempdə inkişaf edəcək.

 - Yəqin ki, “Qarabağ” və “Neftçi”nin avrokuboklardakı son oyunlarını izləmisiniz ...

 - Bəli hər iki oyuna baxmışam. Açığı deyim ki, “Qarabağ” məni yaxşı mənada təəccübləndirdi. “Zalsburq” Avropanın güclü klublarından biridir. Onların infrastrukturu, şəraiti , maliyyə imkanları qitənin ən yaxşılarındandır. Lakin “Qarabağ” belə güclü rəqibdən çəkinmədən mübarizə apardı. Deyərdim ki, “Qarabağ” tarix yazdı, bu münasibətlə komandanı təbrik edirəm. Komanda əsl çempion kimi mübarizə apardı və layiqli qələbə qazandı. “Neftçi” haqda onu deyim ki, “Çixura”nı rahat məğlub edəcəyini gözləyirdim. Çünki bu iki komanda arasında böyük fərq var. “Neftçi”nin yaxşı baş məşqçisi, səviyyəli futbolçuları var. Məncə “Neftçi” bu mərhələni rahat adlayacaq.

 - Yeri gəlmişkən, “Neftçi” - “Çixura” oyununda qalmaqal yaşanmışdı. Uzun müddət Azərbaycanda yaşamış bir insan kimi münasibətinizi bilmək istərdik...

 - Bu sırf təxribatdır. Əsrlərdir Azərbaycan və Gürcüstan xalqları əla qonşuluq, dostluq, qardaşlıq münasibətində yaşayıblar və beləcə də yaşayacaqlar. Bu təxribatçılar iki dost xalqın bir-biri ilə münasibətini pozmaq istəyirlər. Əminəm ki, müdrik Azərbaycan xalqı bu təxribata aldanmayacaq. Həm azərbaycanlılar, həm də gürcülər belə insanlara aldanmasınlar. Heç vaxt hansısa gürcü və ya azərbaycanlı bu dostluğu pozmağa çalışmaz. Təxribatçıların hamısı layiqli cəzalarını alacaqlar. Dövlət başçıları da bu məsələni diqqətdə saxlayırlar. Gürcüstan höküməti dərhal o insanları tapıb cəzalandırmağı tapşırıb. Belə şeylər yolverilməzdir. Elələri heç vaxt istəklərinə çatmayacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail