Sxadadze: "Bu suala cavab vermək mənim kompetensiyama uyğun deyil" - MÜSAHİBƏ

19.08.2014 | 4097 dəfə oxunub

"İnter"in hücumçusu Baçana Sxadadze klubun rəsmi saytına müsahibəsində Premyer Liqamızın son turunda “Qarabağ”a qarşı keçirdikləri oyun haqda danışıb, mövsümün startı barədə fikirlərini bölüşüb və digər suallara cavab verib.

-“Qarabağ”la oyun kifayət qədər gərgin alındı, amma hiss edilirdi ki, komandalara isti hava şəraiti mane olur.

- Matçın 0:0 hesabıyla başa çatmasına baxmayaraq hər iki komandanın fərqlənmək imkanları oldu. Bununla belə, heç-heçə hesabın məntiqi nəticə olması barədə deyilənlərlə də razılaşıram. İsti hava futbolçulara da təsir edirdi, axı qaynayan Günəş şüaları altında oynamaq çətindir. Bu vəziyyət komandalara özünü 100 faiz göstərmək imkanı vermədi.
 
-“İnter” ilk iki turda 4 xal topladı və bu nəticəylə komanda turnir cədvəlində yüksək yerdədir. Mövsümün əvvəlini “İnter” üçün necə qiymətləndirirsiniz?
 
-Ötən mövsümün əvvəlində etdiyimiz çıxışı xatırlasaq, o zaman indiki çıxışımızı uğurlu hesab etmək olar. Düşünürəm ki, ilk turda 4 xal kifayət qədər normal nəticədir. Əsas xal toplamağı davam etdirməkdir, axı mövsümün sonunda hər xal qızıl ola bilər.
 
-“İnter” kifayət qədər çox qol vurur, halbuki komandada nominal hücumçu yeganə sizsiniz. Sizin fikrinizcə, komandanın hücum xəttində güclənməsinə ehtiyac var?

 
-Bu suala cavab vermək mənim kompetensiyama uyğun deyil, amma mənim subyektiv fikrimi bilmək istəyirsinizsə, o zaman deyə bilərəm ki, komandanı gücləndirmək yaxşı olardı. Yaxşı futbolçularla güclənmək həmişə komanda üçün faydalıdır.
 
-Növbəti tur “İnter” kifayət qədər gözlənilmədən turnir cədvəlinin 1-ci yerində qərarlaşan “Sumqayıt”la qarşılaşacaq. Həmin görüş haqqında nə düşünürsünüz?
 
-Bu rəqibə qarşı çox ciddi şəkildə hazırlaşmaq lazımdır. “Sumqayıt”ın heyətində bir sıra təcrübəli oyunçularla bərabər gənc futbolçular çıxış edirlər. Onların “Xəzər-Lənkəran”la oyunları göstərdi ki, “Sumqayıt” asanlıqla məğlub ediləsi komanda deyil. Bu komandanı qiymətləndirməmək olmaz. Bəli, bizim ambisiyalarımız var və qələbəyə nail olmaq üçün özümüzü göstərməyə çalışacağıq.
 
-Növbəti ayda Avro-2016 turnirində təsnifat mərhələsi başlayır. Son zamanlar sizi tez-tez Gürcüstan millisinə dəvət edirlər. Yəqin bu dəfə də sizi çağıracaqlarını gözləyirsiniz?
 
-Milli komandanın məşqçilər heyətinin diqqətini cəlb etmək üçün optimal formada olmağa çalışacağam. Bunun üçün mənə “İnter”ə kömək etmək və çempionatda keçirilən oyunlarda özümü göstərmək lazımdır. Əlbəttə, bütün futbolçular kimi, milli komandaya dəvəti gözləyəcəyəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail