İbrahim Uzunca: “Onlar təklifləri yox, dəyəri üstün tutdular” - MÜSAHİBƏ

26.08.2014 | 3081 dəfə oxunub

“Bakı” klubunun baş məşqçisi İbrahim Uzunca Peşəkar Futbol Liqasının rəsmi saytına müsahibə verib. Stadium.Az xəbər verir ki, Uzunca komandanın hazırkı vəziyyəti və  gələcək planları ilə bağlı danışıb.



-“Bakı”da çox sayda yerli məşqçi olduğu halda, baş məşqçi postu sizə həvalə olundu. Əvvəlcə bu prosedur barədə danışmağınızı istərdik.

-Bildiyiniz kimi, çempionat başa çatdıqdan sonra Milinko Pantiç klubdan ayrıldı. Əvəzedici heyətin baş məşqçisi olduğum üçün gənclərin potensialına bələdəm. Əslində, mən əvəzedici komandada baş məşqçi olduğum zaman əsas heyətin də məşqlərinə çıxırdım. Ona görə də bu gün “Bakı”nın əsas heyətində çalışmaq mənim üçün çətin deyil. Əlimdən gələni edib, “Bakı”nı ayaqda saxlamağa və səsimizi çatdırmağa çalışacağıq.

-“Bakı”nın maliyyə durumu yaxşı deyildi. Belə bir vəziyyətdə komandanı formalaşdırmaq baş məşqçi üçün nə deməkdir?
-Düşünürəm ki, irəliləyən günlərdə hər şey yoluna qoyulacaq. Hazırkı durumun mövsümün sonuna qədər davam edəcəyi gözlənilmir. Klub prezidenti Hafiz Məmmədovun komandanı elitada saxlaması çox önəmli bir məqamdır. “Bakı”nın Premyer Liqadan düşməsi Azərbaycan futbolu üçün heç də yaxşı olmayacaqdı.  Düzdür, həmin çətin dönəmdə bir neçə oyunçumuz düşərgəni tərk etdi. Heyətdən çox sayda oyunçu gedərsə, toparlanmaq çətindir. Lakin bizim gənc oyunçularımız var. İlk iki oyunda qələbə qazana bilməsək də, rəqiblərə göstərmişik ki, azərbaycanlı futbolçulardan ibarət komanda qurmaq olar. Gənc oyunçuların mövqe səhvi normaldır. Bunun fonunda gənc oyunçuların baxımlı oyun sərgiləməsi ümidvericidir.

-Qarşıdakı günlərdə bu boşluqları aradan qaldırmaq üçün oyunçu transferi nəzərdə tutulubmu?
-Çatışmazlıqlar mövcuddur. Mən hazırda konkret danışa bilməyəcəyəm. Düşünürəm ki, akademiyamızda yetişən oyunçularımıza böyüklük edə biləcək təcrübəli futbolçulara ehtiyacımız var. Əgər bu işlər həyata keçirilsə, o zaman biz qarşıdakı turlarda çox komandaya başağırısı olacağıq.

-Yerli futbolçuların, akademiyanın yetirmələrinin heyətdə qalması normal haldır. Faktiki Azərbaycana futbol oynamaqla yanaşı, pul qazanmağa gələn Yura Travner, Risto Ristoviç və Lukas Mario Horvatı bu vəziyyətdə “Bakı”da saxlayan məqamlar hansılardır?
-Onlar  böyük fədakarlıq etdilər. Adlarını çəkdiyiniz oyunçular Azərbaycanın digər klublarında çox rahatlıqla  oynaya bilərlər.  Amma onlar təklifləri yox, dəyəri üstün tutdular. Çətin günlərdə komandanı yarı yolda qoymaq dəliqanlı adama yaraşmaz. “Bakı” hər zaman iddialı olub, bu gün isə müəyyən problemlər mövcuddur. Mən əminəm ki, çətin günlərin ömrü çox olmayacaq və biz yenə ən yüksək yerlər uğrunda mübarizə aparacağıq. Pul olan zaman işləmək çox asandır, əsas məsələ çətin günlərdə öz sinəni irəli verməkdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail