"Ağsu"nun futbolçusu üsyan etdi: "I Divizionda elə uşaqlar var ki, Premyer Liqamızdakı legionerlərdən ikiqat güclüdü" - MÜSAHİBƏ

26.08.2014 | 5111 dəfə oxunub

"Ağsu"da çıxış edən Tanrıverdi Məhərrəmli Stadium.Az saytının suallarını cavablandırıb. Gənc yarımmüdafiəçi komandasının qarşıdakı mövsümə hazırlığından və hədəflərindən danışıb.



 - "Ağsu" qarşıdakı mövsümə necə hazırlaşır?

 - Mövsümə hazırlıq yaxşı gedir. Şükür Allaha, hər şey qaydasındadı. Lazımı qaydada məşqlərimizi edirik. Böyük həvəslə çempionatın startını gözləyirik.

 - Komandanın bu mövsüm hədəfi nədən ibarətdi?

 - Komandamız 3 ildi yaranıb və yarandığı il də çempion olub. Təbii ki, bu il də hədəfimiz yalnız çempionluqdu. İnşallah, bunu bacaracağıq. Çünki özümüzdə bu gücü hiss edirik.

 - Komandada ümumi ab-hava necədi?
 - Hazırda komandamızda yüksək atmosfer hökm sürür. Təbii ki, bu da bizim üçün əlavə üstünlükdü. Qeyd elədiyim kimi, hamımız çempionatın başlanmasını gözləyirik. İnşallah, çempionatda qələbələrimizi sıralayacağıq.

 - Məşqçilərin sizinlə söhbəti olub? Əgər olubsa, onun sizlərə məsləhəti nə olub?
 - Məşqçilər korpusu daim futbolçularla maraqlanır. Hər hansı bir oyunçunun problemi varsa, həmin problemin həlli üçün əllərindən gələni əsirgəmirlər. Təbii ki, bu da bizim bir ailə kimi olmağımızdan qaynaqlanır.

 - Hər halda, I Divizionda ilk tura qələbə ilə başlamaq daha yaxşı olardı...
 - Sizinlə razıyam. Əlbəttə, başlanğıc necə olsa, elə də davam edəcək. Məhz bu üzdən əsas məqsədimiz ilk turda qələbə qazanmaqdı. Çempionata qələbə ilə start verib, ardını gətirmək fikrindəyik.

- Ağsu çempion olduğu ildə Premyer Liqada çıxış etməli idi. Lakin AFFA-nın "inanılmaz" qərarı ilə bu baş tutmadı. Bu il də eyni halla rastlaşacağınızdan qorxmursuz ki?
 - Bizim işimiz oynayıb yaxşı nəticə qazanmaqdı. Bundan başqa, biz məşqçilərin etimadını doğrultmaq istəyirik. Qalan işlər bizlik deyil.
 
- I Divizionda çempion olub Premyer Liqaya buraxılmamaq absurd və heç də bir futbolçu üçün arzuolunan deyil. Təsəvvür elə, mövsüm ərzində əzab-əziyyət çəkirsən, lakin sonda əziyyətini yerə çırpırlar. Ona görə səmimi olmağını xahiş edirəm...
 - Təbii ki, hər kəs Premyer Liqada oynamaq istəyər. Biz də bunu arzulayırıq. Ancaq yenə deyirəm, bunlar bizə aid olan məsələ deyil. Biz meydanda mübarizə aparıb hədəfimizə nail olmağı düşünürük.

 - Biraz da özündən danış. 22 yaşın var, ancaq hələ də Premyer Liqamızda debüt etməmisən. Səncə, buna nə mane olur?
 - Vallah, insan nəsə edəndə ilk növbədə səhvi özündə axtarmalıdı. İnanıram ki, mən də nə vaxtsa, Premyer Liqada çıxış edəcəm. Sadəcə olaraq səbr etmək lazımdı.

 - Ümumiyyətlə, Premyer Liqa klublarından bu vaxta kimi səninlə maraqlananı olubmu?
 - Mənim bildiyim qədərilə, yox. Aşağı dəstədə iştirak edən futbolçulara maraq o qədər də çox deyil. Ancaq sizi inandırım ki, I Divizionda elə uşaqlar var ki, Premyer Liqamızdakı legionerlərdən ikiqat güclüdü. Ancaq onları görən yoxdu. Ona görə də karyeralarını I Divizionda davam etdirmək məcburiyyətindədilər.

 - Sonda Avropa Liqasında mübarizə aparan komandalarımız haqda danışardın...

 - Belə düşünürəm ki, hər iki təmsilçimiz mərhələni keçəcək. Hər halda, biz "Tvente" və "Partizan"ı keçəcək gücdəyik. Məncə, həm "Qarabağ", həm də "Neftçi" rəqiblərinə nisbətən daha güclüdülər. Hər şeyi ayın 28-də görəcəyik. Hər iki klubumuza uğurlar diləyirəm.


Müəllif: Elvin Rüstəmov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail