Mehmet Ak: "Neftçi"yə görə çox pis oldum" - MÜSAHİBƏ

31.08.2014 | 5179 dəfə oxunub

Ölkəmizdə "Neftçi" və "Qarabağ" klublarında çalışmış, hazırda isə aşağı dəstə təmsilçisi "Kırıkhanspor"un baş məşqçisi olan Mehmet Ak Stadium.Az saytına müsahibə verib. Türk mütəxəssis "Qarabağ" və "Neftçi"nin Avrokubok oyunlarından danışıb.


- Sabiq "Qarabağ"lı kimi komandamızın tarixi uğurunu şərh edərdiz...

- İlk növbədə "Qarabağ"ı və orada çalışan hər kəsi təbrik edirəm. Böyük uğura imza atdılar. Bundan sonra qrup mərhələsində yaxşı nəticələr qazanaraq, xal ehtiyatlarını artırmalıdılar. Planlı şəkildə çalışanda hər şeyə nail olmaq mümkündü. Bundan sonra "Qarabağ"ın üzərinə daha böyük yük düşür. Qrup mərhələsində "Qarabağ"dan 8-9 xal gözləyirəm. Ağdam klubuna qarşıdakı oyunlarda uğurlar diləyirəm. Türkiyədən bütün Azərbaycana və futbolsevərlərə salamlarımı göndərirəm.

 - "Qarabağ"ın "Tvente" səddini keçəcəyinə inanırdız?
 - Bir süpriz olacağına ümid edirdim. Hesab 1:1 olunca dedim ki, artıq bu iş tamamdı.

 - Məlum olduğu kimi, "Qarabağ" çətin qrupa düşüb. Təmsilçimizin rəqibləri haqda danışardız...
 - Həqiqətən "Qarabağ"ın yer aldığı F qrupu çətin qrupdu. Ancaq bir şeyi unutmayaq ki, "Qarabağ" Avropada adından söz etdirən "Salsburq" və "Tvente" ilə matçlarda gözəl oyun sərgilədi. Ona görə "Qarabağ"ı da Avropa təcrübəsi olan bir klub saymaq olar. Bu amilə görə komandadan qrup mərhələsində sürpriz gözləmək lazımdı.

 - "Qarabağ"dan fərqli, "Neftçi" son turu keçə bilmədi...
 - Açığı, "Neftçi"yə görə çox pis oldum. Çünki bu komanda Azərbaycanda işlədiyim iki klubdan biridi. Həm "Qarabağ"da, həm də "Neftçi"də uğurlar qazanmışam. "Qarabağ"la yanaşı, "Neftçi" də Avropada yaxşı mübarizə apardı. Lakin Bakı klubunda heyətlə bağlı problemlər var idi. Komandada uyğunlaşma prosesi tam getməmişdi. Bundan başqa, "Neftçi" bu il stabil oyun göstərmədi. Uğursuzluğu bununla əlaqələndirirəm.

 - Düşünmürsüz ki, əgər komandada heyətlə bağlı problem olsaydı, ilk iki turda mübarizəni dayandırardı?
 - Yox, "Partizan" digər iki rəqibə nisbətən, daha güclü idi. Ona görə də nəticə belə oldu.

 - Ümumiyyətlə, təmsilçilərimizin Avrokubok oyunlarını canlı izləyə bildiz?
 - Əlbəttə. Həm "Qarabağ", həm də "Neftçi"nin bütün oyunlarını canlı seyr etdim.

 - Azərbaycan futbolunun inkişaf etdiyini söyləmək olar?
 - İlk dəfə idi ki, Azərbaycanda bu qədər Avrokubok oyunları keçirilirdi. Bu özü inkişafdan xəbər verir. Məncə, növbəti mövsümlərdə daha da böyük uğurlar əldə olunacaq.

 - Hal-hazırda baş məşqçisi olduğunuz "Kırıkhanspor"a azərbaycanlı futbolçu qatmaq istəyərdiz?
 - İndi belə bir fikrim yoxdu. İnşallah, komandam PTT I Liqasına çıxsa, bu haqda nəsə düşünmək olar.

 - Ölkəmizdə ən çox xoşunuza gələn futbolçular kimlərdi?
 - Qardaş ölkədən Ruslan Abışovun oyununu bəyənirəm. Onunla yanaşı, Ruslan Əmircanovla Maksim Medvedev də bəyəndiyim oyunçulardandı.

 - Yenidən Azərbaycan klublarından təklif alsaz, cavabınız nə olar?
 - Azərbaycan mənim üçün doğma məkandı. Həmişə orda işləmək istəyərəm. Keçən illərdə Azərbaycandan təklif almışdım. Lakin başqa klubla müqaviləm olduğundan, gedə bilmədim.

 - Məşqçilik karyerasınızda ən böyük hədəfiniz nədən ibarətdi?
 - Ən böyük hədəfim 5 il ərzində Türkiyə Super Liqasında çıxış edən klublardan birini çalışdırmaq. İnanıram ki, məqsədimə nail olacam.


Elvin Rüstəmov



  #1   Adınız: namık;   E-mail: [email protected]

31.08.2014 15:07

süperrr.......

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail