Respublika stadionun diktoru müğənnidir, yoxsa diktor? - MÜSAHİBƏ

05.09.2014 | 4761 dəfə oxunub

"Hazırda 30-a yaxın idman mahnılarım var. Mənə elə gəlir ki, Azərbaycanda ikinci belə bəstəkar yoxdur" 

Tanınmış diktor, müğənni-bəstəkar Ramiz Qafarovun “Qafqazinfo”ya müsahibəsi

-İllərdir səsinizi tribunalardan eşidirik. Heç düşünməzdik ki, bu səsin sahibi müğənnidir. Maraqlıdır özünüzü diktor kimi təqdim etmək rahatdır, ya müğənni?

- Bəli, dediyiniz kimi mən illərdir diktorluqla məşğulam. Ancaq müğənni kimi də yeni faəliyyət göstərmirəm. Oxumağımla bağlı maraqlı bir əhvalat danışım sizə. Bir dəfə boks üzrə Bakıda möhtəşəm tədbir keçirilirdi. Mən də həmin tədbirə dəvətli idim. Geniş bir ziyafət təşkil edilmişdi. Birdən xaricdən gələn boks federasiyasının nümayəndəsi belə bir fikir səsləndirdi ki, mən xahiş edirəm, sizin diktor bir mahnı ifa etsin. Bu sözsüz ki, məndə təəccüb yaratdı. İlk olaraq belə düşündüm ki, yəqin yanımda əyləşənlər ona mənim müğənni olmağım barədə məlumat veriblər. Lakin onlar bunu etmdiklərini dedilər. Mən soruşdum ki, niyə məhz məndən xahiş etdi? Həmin nümayəndə cavabında maraqlı bir fikir söylədi. Dedi ki, mən neçə gündür sizin diktora qulaq asıram və onun səsində o qədər musiqi var ki, ola bilməz o oxuya bilməsin. Çünki mən cavanlığımda gitara ifaçısı olmuşam musiqidən və musiqiçidən başım çıxır. Bu sözlərdən sonra mən oxumaya bilməzdim və Rəşid Behbudovun “Üzüyümün qaşı firuzədəndir” mahnısını oxudum. Mən oxuduqca fikir verirdim ki, həmin nümayəndə başını aşağı salıb və göz yaşı da sel kimi axır. Artıq bilmədim Tofiq Quliyevin mahnısı ona belə təsir etdi, ya Rəşid Behbudovun boğazları. Bundan sonra da hansı toy məclisinə gedirdimsə, mənə söz verirdilər ki, Ramiz Qafarov çıxış etməlidir. Bir növ adət halını almışdı. Deyirdilər ki, Ramiz Qafarov gəlibsə, bir bəstəkar kimi öz mahnılarından ifa etsin. O müğənnilərin sözü olmasın, deyirlər, mən 50 ildir sənətdəyəm, 5 yaşımdan oxuyuram. Əslində bu doğrudan da belədir. Mən də məktəb illərindən bəri oxumağa başlamışam. 

- Etiraf edək ki, bu yaxınlarda efirdə müğənni kimi çıxışınızdan sonra sizə olan maraq bir qədər də artdı?

- Əgər rəsmi şəkildə incəsənətə gəlməyimdən söhbət gedirsə, 15 ildən çoxdur ki, mən incəsənətdəyəm. Həm də ki, mən bəstəkarlıq fəaliyyəti ilə məşğulam. Bilirsiz ki, Azərbaycanda  demək olar ki, bütün idman mahnılarının müəllifiyəm. 2002-ci ildə ilk mahnım “Azerreyl” olub. O zaman bizim komandamız uğurlarını sıralayırdı. Mən də fikriləşdim ki, niyə “Barselona”nın, “Real”Madridin və başqa klubların öz mahnıları var bizim yoxdur. Ona görə belə bir mahnı bəstələdim. Özüm də elə onu canlı olaraq “Azerreyl”- “Uraloçka” matçının fasiləsində ifa etmişəm. 15 il bundan qabaq 5 min tamaşaçını qabağında mən məhz bu mahnı ilə çıxış etmişəm. Daha sonra “Azərbaycan, sən birinci ol”, “Neftçi” və.s mahnılar yazdım. Hazırda 30-a yaxın idman mahnılarım var. Mənə elə gəlir ki, Azərbaycanda ikinci belə bəstəkar yoxdur.

-Bəs diktorluğa maraq sizə necə yarandı?

- Bilirisiniz, bu istedad varsa, gəlib öz yolunu gec-tez tapacaq. Məndə də bu səs, diksiya  savad var idi. Pis də çıxmasın, mən savadlı insanam. Orta məktəbi və universiteti fərqlənmə diplomları ilə bitirmişəm, çoxlu qiraət etmişəm. Minlərlə bədii kitab oxumuşam. İdman İnstitutunda mənə yaxınlaşdılar və dedilər ki, Respublika stadionuna diktor lazımdır, işləyə bilərsiz? Mən də getdim, özümü yoxladım və alındı. Diktorluq karyeram da belə başladı. Məni də ilhamlandıran səs, ikinci dünya müharbəsi dövründə elanları verən, xalqı gur səsi ilə bir araya toplayan Levitan olub. Həmişə ona həsəd aparmışam və onu təqlid də etmişəm. Sonra yavaş-yavaş öz səsimi tutmuşam.

- Bəs futbolçu olmaq barədə düşünmüsünüz?

- Mən elə futbolçu olmuşam. İdmana gəlişim  futbolla bağlı olub. O vaxtı “Ulduz” futbol klubu var idi. Mən orda çıxış etmişəm. Daha sonra əsgər getmişəm və əsgərlikdə də idman rotasına düşmüşəm və orada da oynamışam. Əsgərliyə qədər məşğul olmuşam qayıtdıqdan sonra isə futbolu atmşam.

-Səsinizə görə sizi stadiondan kənarda tanıyanlar olurmu?

- Olur, bir də görürsən ki, birinci sözdən tuturlar. Yada salmasalar da deyirlər ki, səsiniz tanış gəlir. Hətta bəzən telefonda cavab verərkən həmin an tanıyırlar. 

- Ancaq sizin televiziya proqramında oxuduğunuz mahnını bir qədər sizə yaraşdırmadıq. Bir qədər daha ciddi bir ifa ilə çıxış edə də bilərdiz...

-Mənim mahnı oxumağım birdən –birə olmayıb. 10 il qabaq  mahnılarım bütün radiolarda səsləndirilib. Mən “Şəhidlər” mahnısının müəllifiyəm. “Əsgər balam” mahnısı bütün kanallarda səsləndirilir. Bu mahnı ilə əsgər və vətənpərvərlik müsabiqəsində qalib olmuşam. Ancaq çoxları elə bilir ki, o mahnıları Şəmistan Əlizamanlı oxuyub. Mən efirlərə, səhnələrə çıxmadığıma görə camaatda belə bir fikir formalaşıb. Azərbaycanın əksər ciddi müğənniləri mənim mahnılarımı ifa edblər. Ədalət Şükürov, Nisə Qasımova, Azərin, Samir Piriyev və.s. müğənnilər mənim mahnılarımı oxuyublar. Daha sonra gördüm ki, bizim toylarımızda çox layiqsiz mahılar oxuyurlar.Toya dəxli olmayan mahnılar gedir. Mən də qarşıma məqsəd qoydum ki, bizim toylarımızın səviyyəsini qaldırmaq lazımdır. Diqqət etmisinizsə, diskimin adı “Toy axşamı”dır. Orda olan 5 mahnı məhz toya aiddir. “Toy axşamı”, “Gözün aydın”, “Qayınata”, “Qayınana” və “Subaylar” mahnısı bu diskdə var, hamısı da toya aiddir.Yəqin müğənnilərimiz də eşidib bu mahnıları bundan sonra oxumağa başlayacaqlar.

- Ailə vəziyyətiniz necədir? Evlisiniz?

-Bəli, sözsüz. Bir qızım var 25 yaşında. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Onda da səs var, hətta mahnı da yazır. Amma biraz ciddi qız olduğuna görə efirlərə filan çıxmaq istəmir. İdman Azərbaycan kanalı təzə açılanda mənə təklif etdilər ki, qızınız gəlsin və kanalımızın ilk aparıcılarından biri olsun, lakin özü istəmədi.

- Diktorluk fəaliyyətiniz zamanı ən yadda qalan, maraqlı hadisə sizin üçün nə olub?

- Bax, onu deyim ki, mən Azərbaycanda hansı klubla işləmişəmsə, həmin klub çempion olub. Məsələn bir il “Xəzər Lənkəran”ın stadionunda diktorluq etmişəm və komanda çempion olub. Ondan sonra da “Xəzər Lənkəran” heç bir uğur qazana bilmir. Daha sonra “Şəfa” stadionuna dəvət etdilər, “İnter” çempion oldu. “Neftçi”, “Qarabağ” və “Bakı”da eyni ilə çempion olublar. İndi digər çempion ola bilməyən komandalar mənə müraciət edə bilərlər.

- Efirdə çıxışınız zamanı bildirmisinz ki, bu mahnılarımla toy biznesinə gəlirəm. Bəs, hazırda toylarda “at oynadan” müğənnilərin ciddi müqaviməti ilə qarşılaşacağınızdan qorxmursunuz ki?

- Sözsüz ki, müqavimət olacaq. Bu şou-biznesin qanunudur.Amma məsələ burasındadır ki, xalq mənə deyir ki, bu səslərdən yorulmuşuq. Eyni səs, eyni ifa. Radioya qulaq asırsan adı deyilməmiş bilmək olmur ki, hansı müğənnidir ifa edən. Xalq da yeni bir səs istəyir. Mən də deyirəm ki, mənim mahnılarımda yeni səs, yeni tərz var. Əsl Azərbaycan musiqləridir. Belə fikirləşdim ki, əgər xalq bəyənirsə, niyə bir bəstəkar-müğənni kimi toylarda öz mahnılarımı ifa etməyim. Əsas məqsədim odur ki, toyların səviyyəsi qalxsın. Bir şeyi də deyim ki, mənim “Nənəm” mahnım artıq partlayışa səbəb olub. İnternetdə ən çox dinlənilən mahnıdır.

-Müğənniliyə gəlişiniz diktorluqdan gedişinizə səbəb olmayacaq ki?

-Xeyr, hara gedirəm. Mənim əsas sənətim aparıcılıqdır, diktorluqdur. Mən daima böyük sənətkərların, dövlət konsertlərinin aparıcısı olmuşam.  Hər işin öz yeri var.  

İqbal Aslanov



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail