Əmrah Çəlikəl: “Biabırçı məqam odur ki, qara bazarda media biletləri pulla satılır” - MÜSAHİBƏ
“Qarabağ” klubunun direktoru Əmrah Çəlikəlin Stadium.Az saytına müsahibəsi:
- Avropa Liqası barədə ümumi fikirləriniz maraqlı
olardı…
- Əlbəttə, bizim üçün bu ilkdir, böyük həyacandır. Biz istəyirik ki,
ölkəmizi və komandamızı layiqincə təmsil edək. Qrupumuzda dünya nəhənglərindən
Milan “İnter”i kimi komanda var. Bu komandayla oynamağın özü bir fəxrdir.
İndiyədək oyunlardan necə başımız uca çıxmışıqsa, çalışacağıq qrupdan da belə
çıxaq.
- Rəqiblər barədə düşünmürsüz ki, bu dəfə bəxt biz
tərəfdə idi?
- O da bəxt idi, bu da. Mən deməzdim ki, bizə zəif komandalar düşüb. Hər
biri adlı sanlı və çətin klublardır. Rəqiblərə ciddi yanaşsaq, biz daha az səhv
edərik.
- “Tvente” səddin keçmək ayrı, Avropa Liqasına düşmək
ayrı – yoxsa sizing üçün ikisidə eyni sevinc idi?
- Biz hər oyuna ayrıca motivasiya oluruq. “Tvente”ylə oyundan da ancaq sərfəli
nəticəylə çıxmaq istəyirdik. Şükür ki, buna nail olduq. Bu da bizə Avropa
Liqasın gətirdi. “Tvente”ylə səfər oyununda meydandan qələbəyə bərabər
üstünlüklə ayrılmaq, ayrıca bir sevinc idi. Qrupa düşmək də ayrıca bir sevinc.
Necə deyərlər, bizim üçün qoşa bayram oldu.
- Qrup barədə fikirləriniz necədir?
- Biz oyunlara böyük motivasiyayla çıxacağıq, amma çox çətin qrup olduğun
da etiraf etməliyik. Məncə qrupda olan digər üç komanda bizi ən zəif kimi
qiymətləndirir. Bunun da belə olmadığın oyunlar zamanı biz onlara göstərəcəyik.
“İnter” bir neçə il əvvəl Çempionlar Liqasının qalibi olan İtaliya
nəhəngidir. Və bu komanda məncə son iki ildəkindən daha güclüdür. “Sent Etyen”
Fransada 10 dəfə çempion olan komandadır. “Dnepr”in isə ötən mövsüm Avroliqada
və yerli çempionatındakı çıxışı göz önündə idi.
- Məncə rəqiblərin “Qarabağ”ı qiymətləndirməməsi
xeyrimizə işləyən amildir…
- Əlbəttə, xeyrimizədir, amma bu da reallığı dəyişmir. Əslində, onların
bizə yuxarıdan aşağı baxması bu komandaların daha güclü çempionatlarda oynaması
reallığın dəyişdirmir.
- “İnter”in güclü olduğu aydın məsələdir. Sizin üçün “Sent
Etyen” daha çətin rəqibdir, yoxsa “Dnepr”?
- Hər ikisi. Biz bu komandalarla var gücümüzü ortaya qoyub oynamalıyıq.
Sizin də qeyd etdiyiniz kimi, “İnter”in qrupda öz yeri var. Biz ikinci yeri
tutmaq üçün əlimizdən gələni etməliyik.
- “İnter”lə oyunun son tura qalması “Qarabağ”ın
xeyrinədirmi?
- Son tura kimi biz biləcəyik ki, qrupdan çıxırıq, yoxsa qalırıq. Biz
üçüncü turdan sonra biləcəyik ki, “İnter”lə oyun bizim üçün nə qədər önəmli
olacaq.
- Rəhbərlik olaraq “Qarabağ”ın qarşısına şərt qoymusuz
ki, komanda qrupda mütləq ikinci yeri tutmalıdı?
- Uzun illədir bu məqam müzakirə olunurdu ki, “Qarabağ” niyə çempion olmaq
istəmir. Biz komandaya hər il çempion olmaq üçün sponsorluq edirik. Əgər Avropa
Liqasına qalmışıqsa, burada qazana biləcəyimiz ən yüksək nəticəni əldə
etməliyik. Biz bunu komandanın qarşısında şərt olaraq qoymamışıq. Amma baş
məşqçi Qurban Qurbanov və futbolçular da yaxşı dərk edirlər ki, komndamız
burada ən yaxşı nəticəni göstərməlidir.
- Sabah “Sent Etyen”lə oyun var...
- Bu oyunla bağlı əvvəlcə xoşagəlməz məqamlara toxunmaq istərdim. Biz
müəyyən etdik ki, qara bazarda saxta biletlər satılır. Bu məqam yetərincə
üzücüdür. Ən biabırçı məqam isə odur ki,
qara bazarda media biletləri pulla satılır. Demək ki, “Qarabağ”ı istəməyən
qüvvələr var. Sabah media işçilərimiz stadiona gedəndə yerində başqasın
görəcəklər və burada da narazıçılıq olacaq. Görünən odur ki, “Qarabağ”ın qara
piarı üçün xeyli iş görülür. Biz bunları görürük. Şükürlər olsun, xalqımız da “Qarabağ”a
sahib çıxır. Buna görə də, bizi yıxmaq mümkün olmayacaq. Bu oyun bizim üçün
böyük həyacandır. Biz bir çox yerlərdən telefon zəngləri alırıq, bizə uğurlar
arzulayırlar. Komanda işinə də Qurban müəllim cavabdehdir. Hazırlığın isə
yüksək səviyyədə getdiyini deyə bilərəm. Mən əminəm ki, sabah Respublika
stadionunda yaxşı atmosfer olacaq və biz də meydandan qələbəylə ayrılacağıq.
- Mövsümün əvvəlində Tahir Gözəl bildirmişdi ki, “gözləyin,
biz gəlirik”. Bu sözlər daha əvvəl deyilmirdi. Bu sözlər deyildi və komanda
çempion oldu. Sizcə təsadüf idi?
- Bu, komandaya, Qurban müəllimə, bizlərə olan inam idi. Biz həmişə demişik
ki, inanmaq uğurun yarısıdır. Biz inanıb, üzrəimizə düşən işi yüksək səviyyədə
yerinə yetirəndən sonra, nəticə özü gələcək. Tahir bəy də buna inanırdı.
- Abdulbari Gözəl bəy bir neçə dəfə deyib ki, “Heydər Əliyev məni çağırdı, “Qarabağ”ı götür, bütün dünyaya tanıd” dedi”. Sizcə bu iş həll olundumu?
- Biz işimizi bitmiş saymırıq. Buna kimi gəldiyimiz yolda adımızı layiqincə daşımışıq. Nəticələr gəldikcə, məsuliyyət də artır. İndi futbolun olduğu hər yerdə “Qarabağ” adı var. Biz bundan sonra daha da qabağa getmək barədə düşünməliyik.
ÜMİD BABA
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |