Azad Rəhimov: "Düşünürük ki, ermənilər də iştirak edəcəklər" - MÜSAHİBƏ

24.09.2014 | 3596 dəfə oxunub

Gənclər və idman naziri Azad Rəhimov Bakı-2015 Avropa Oyunları ilə bağlı yeni tərəfdaşla müqavilənin imzalanma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb. Stadium.Az həmin müsahibəni təqdim edir.


- Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Ermənistana səfər edəcək. Düşünmürsünüz ki, həmin görüşdə erməni idmançıların da Oyunlarda iştirakı məsələsi həllini tapacaq?
- Bütün 49 ölkə Avropa Oyunlarına dəvət olunub. Ermənistandan gələn məlumatlara əsasən, düşünürük ki, onlar da iştirak edəcəklər. Dövlət tərəfindən təhlükəsizlik, viza və digər zəmanətlər verilib. Ermənistana səfər edib-etməmək Patrik Hikkinin öz işidir, bu səfərləri izləmirik.

- Avropa Oyunlarında nümunəvi xarakterli idman növləri yer alacaq?
- 2 idman növü tam təsdiqlənib. Birincisi, sualtı üzgüçülük, digəri küçə atletikası olacaq. Düşünürük ki, biz bu yarışı bulvarda keçirə biləcəyik.

- Oyunların yayım məsələsi nə yerdədi?
- Yayımla İSB ilə müqavilə bağlanılıb. Onlar çəkilişi ölkəmizdə aparacaqlar. Hazırda müxtəlif ölkələrin telekanalları ilə danışıqlar aparılır. Hələlik 10 ölkədən razılıq əldə olunub. Cənubi Amerika, Çin və ərəb ölkələri də Avropa Oyunlarının yayımına maraq göstərirlər. Gələcəkdə də ən böyük telekanallarla müqavilə bağlamağa çalışacağıq.

- Ümumiyyətlə, neçə tərəfdaşın olması nəzərdə tutulub?
- 8 baş sponsor ola bilər. Hələlik 6-sı ilə müqavilə bağlanılıb. Qalan 2-sini seçmək üçün hazırda seçim aparırıq.

- Avropa Oyunlarında nə qədər turistin iştirakını gözləyirsiniz?
- Turistlər arasında maraq çox böyükdü. Ən çox turistin gəlişi yaxınlıqdakı regionlardan gözlənilir. İdmançıların ailələrini gözləyirik. Bu, normal haldır. Bəzi ölkələrdən valideynlər ailələri ilə birgə qatılırlar. Mehmanxanalarımızdakı yerlər qədər turist gözlənilir. Bakıda 10 minədək otel nömrəsi var. Yaxın bölgələrimizdən də bəzi insanların Oyunlara baxaraq, gecə də qayıtmaları mümkündü.

- Oyunlara hazırlıqla bağlı hansı çətinliklər var?
- III Koordinasiya Komitəsinin iclasındakı bəzi iclaslar növbəti iclasadək aradan qaldırılıb. Heç bir problem yoxdu. Komissiya üzvləri bütün obyektlərlə tanış olublar və tam razılıq ediblər.

- Mingəçevirdə Avropa Oyunlarına hazırlıq necə gedir?
- Avropa Oyunları üçün bəzi qurğular müvəqqəti tikilir. Mingəçevir və Tofiq Bəhramov adına stadionda yeni işlər aparılmayacaq. "Kür"də vəziyyət yaxşıdı. Heç bir problem yoxdu. Yeni qayıqlar alınıb. Yeganə olaraq, xüsusi qurğuların salınması qalıb. Bunlar əsasən, giriş və çıxış, media üçün tentlərdən ibarətdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail