"Millidə oynamaq şərəfinə nail olmağı arzulayıram" - MÜSAHİBƏ

07.11.2014 | 3455 dəfə oxunub

Son zamanlar inamlı oyunu ilə adından söz etdirən "Bakı"nın üzvü Vüqar Bəybalayev klubun rəsmi saytına müsahibə verib. Stadium.Az xəbər verir ki, gənc və perspektivli müdafiəçilərdən olan futbolçu müsahibəsində bir sıra maraqlı məqamlara toxunub:
 


- “Bakı”ya gəlişinizi necə xatırlayırsan?
- İlk dəfə Məqsəd Yaqubəliyev əvəzedici heyətın baş məşqçisi işlədiyi vaxt baxışa gəldim. İlk məşqdən sonra Məqsəd müəllim bundan sonra bizimlə olacaqsan dedi. Bundan bir ay sonra Gürcüstana Batumidəki təlim-məşq toplanışına sənədləri hazırlamağı tapşırdı. Beləliklə klubun üzvünə çevrildim.
 
- Premyer Liqada debütun Bakıda yox Tovuz “Turan”ında olub. Bu necə alındı?
- Əvəzedici heyətdə “Turan”a qarşı oyunda “Turan” rəhbəliyi oyunumu bəyənərək klub rəhbərliyi ilə razılığa gəlib məni istəmişdi. Rəhbərlik və məşqçilər heyəti mənə ora getməklə böyük futbola, Premyer Liqaya qalxmaq üçün yaxşı fürsət yarandığını bildirdilər. Mən də düşünmədən dərhal bu təklifi qəbul etdim. Ertəsi gün icarə əsasında Tovuza yollandim. Premyer Liqada debütüm də bu klubun heyətində baş tutdu.
 
- “Turan”dan qayıdandan sonra bir müddət ehtiyatda qalırdın. İbrahim Uzuncanın baş məşqçi təyinatından sonra daim əsas heyətdə çıxış edirsən. “Bakı” carı çempionatda əsasən klubun akademiyasında yetişmiş, oyun praktikası az olan gənclərə güvənməklə milli çempionata yeni bir etalon gətirdi. Bu komanda ilə çempionata uyğunlaşmaq sənin üçün necə keçdi?
- Düzün desəm ilk oyunlarda hər birimizə bir qədər çətin idi. Premer liqada oynamaq üçün az da olsa vaxt lazım idi. Göründüyü kimi bir neçə oyun keçirdikdən sonra komandamız xallar qazanmağa başladı. Komandadakı gənclər əvəzedicilərin çempionatında bir yerdə oynayıb. Çoxumuz İbrahim Uzuncanın rəhbərliyi altında çempion olmuş komandadandı. Bu amillə yanaşı təcrübəli azərbaycanlı və legionerlərimizin də yaxşı oyunçu olmasının uğurlarımızda böyük rolu olduğunu düşünürəm. Gənclərlə çıxış etmək nə qədər çətin olsa da bu özünü doğrultmaqdadı.
 
- İlk dövrə arxada qalıb. Ən çətin oyun hansı oldu?
- Qırmızı vərəqəyə görə buraxdığım oyundan başqa bütün oyunlarda Premyer liqada forma geyindim. Çempionatda asan oyun, asan komanda yoxdu. Bütün oyunlar çətin keçir.
 
- Bildiyin kimi 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının 4 oyunu Azərbaycanda oynanılacaq. Bu vaxta qədər milli komandamızda nəsil dəyişəcək. Millidə oynamaq, Bir gənc kimi Avropa çempionatına qatılmaq şanslarını necə görürsən?
- 4 oyunun ölkəmizdə keçirilməsi çox gözəl haldır. Millimizi də həmin Avropa çempionatında görmək istərdim. O vaxta kimi millidə oynamaq şərəfinə nail olmağı arzulayıram. Bunun üçün çox çalışacağam.
 
- “Qarabağ” UEFA kubokunda səfərdə “Dnepr”i məğlub etməklə bütün Avropanı təəccübləndirdi. Komandamızın növbəti mərhələ şanslarını necə görürsən?
- “Qarabağ” ölkəmizi indiyə kimi layiqincə təmsil edib. Bundan sonra da elə olacağına şübhəm yoxdu. Növbəti mərhələyə cıxmaq şansı var və bunu bacaracaqlarına inanıram.
 
- Akademiyadakı yeniyetmələrə tövsiyyələrin…
- Akademiyadakı yeniyetmələrə ilk öncə nizam-intizama fikir vermələrini, böyük-kiçik bilmələrini, həmişə böyüklərə hörmət etmələrini tövsiyə edirem. Birdə ki, çoxlu əlavə məşq etməyi unutmasınlar.
 
- “Bakı”nı çətin vəziyyətdə tək qoymayan fanatlara nə deyə bilərsən?
- Meydanlara gələn və ya gəlməyib bizi dəstəkləyən hər bir kəsə öz təşəkkürümü bildirirəm. Hər oyun meydanda komandamızı tək qoymayan “The Capital” azarkeş qrupunun hər bir üzvünə xüsusi minnətdarlığımı bildirirəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail