Asif Məmmədov "İnter"dən gedir - MÜSAHİBƏ

05.12.2014 | 4418 dəfə oxunub

"İnter" klubunun yarımmüdafiəçisi Asif Məmmədovun müsahibəsi:

- Bir neçə müddətdir zədədən əziyyət çəkirdin. İndi vəziyyət necədi?

- Zədəm sağalıb. Dünəndən etibarən komanda ilə məşqlərə başlamışam. 


Səni AZAL-la görüşdə görə biləcəyik?
Məşqçinin seçimidir. Oynasam əlimdən gələni edəcəm ki, komanda qalib gəlsin. Oynamasam da pis olmaram, çünki zədədən yeni qayıtmışam. 

- "İnter"lə müqavilən nə vaxt başa çatır?

- Müqaviləm 2015-ci ilin mayında bitir. 

- Hansısa klubdan təklif almısan?

- Bəli. Premyer Liqanın bir neçə aparıcı klubu məni heyətində görmək istəyir. Amma mən "İnter"də qalmaq istəyirəm. Heç bir yerə getmək fikrim yoxdu.

- Cari mövsüm oyunların birində ehtiyatdan meydana daxil oldun, 10 dəqiqə sonra baş məşqçi səni əvəzlədi. Bundan sonar sanki səndə eniş başladı. O zamandan da səni meydanda çox az-az görürük…

- Axırıncı üç oyunu çıxmaq şərti ilə demək olar ki, ilk on birlikdə olmuşam. Üç-dörd oyun isə sonrada meydana daxil olmuşam. Əgər məşqçi məni əvəzləyirsə deməli, yaxşı oynamamışam. Normal qəbul edirəm. Baş məşqşi ilə aramda heç bir problem yoxdu. 

- Millinin yeni baş məşqçisi xorvatiyalı mütəxəssis Robert Prosineçki oldu. Necə düşünürsən, bu səfər milliyə dəvət olunacaqsan?
- Foqts dönəmi başa çatdı. Mən elə gəlir ki, hər şey özümdən asılıdır. Düşünürəm ki, yaxşı oynasam, milliyə dəvət alacam.

- "İnter" hal-hazırda yaxşı futbol sərgiləyir. Çempion ola biləcəksiz?

- İndidən heç nə demək olmaz. Çünki hələ sona 20-dən çox oyun var. Lap 10 xal qabaqda da olsaq, mən deyə bilmərəm ki, bu mövsüm çempion olacağıq. İstəyirik mövsümü ilk pillədə başa vuraq. Neçə ildi çempion ola bilmirik. Hər şeyi zaman göstərəcək. (goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail